Hüquq və Kadrlar İdarəsi

Ünvan Bakı şəh., İstiqlaliyyət küç. 30 
Tel. (+994 12) 4928616, (+994 12) 4925556 
Faks (+994 12) 4928616 
Elektron poçtu htsh@science.az
İdarənin rəhbəri

Rasim Mizi oğlu Ağasiyev

Hüquq üzrə fəlsəfə doktoru

(+994 12) 4925556

htsh@science.az 
İdarənin işçiləri

Rzaqulu Musa oğlu Hacıyev

Rəis müavini

(+994 12) 4928616 

htsh@science.az 

İdarənin fəaliyyət istiqamətləri

Hüquq və kadrlar idarəsinin fəaliyyətinin əsas məqsədi AMEA-ya həvalə olun-muş səlahiyyətlərin yerinə yetirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını, AMEA-nın daxil olduğu hüquq münasibətlərində onun qanuni mənafelərinin qorunmasını və AMEA-nın fəaliyyətində yaranan digər hüquqi məsələlərin həllini təmin etməkdən ibarətdir.

İdarənin əsas vəzifələri aşağıdakılardır

Azərbaycan Respublikasında elmin inkişaf doktrinasının layihəsinin hazırlanmasında iştirak edir;

dövlət əhəmiyyətli elmi, elmi-texniki, iqtisadi proqramların və innovasiya layihələrinin hazırlanmasında iştirak edir; 

AMEA-nın səlahiyyətinə aid olan məsələlər üzrə qanunvericilik bazasını hazırlayır və təkmilləşdirir; 

elmin inkişafı ilə bağlı tərtib edilmiş AMEA-nın iştirak etdiyi ikitərəfli və çoxtərəfli müqavilələrin, sazişlərin, memorandumların  layihələrinə dair hüquqi rəy verir; 

AMEA-nın fəaliyyətini tənzimləyən hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəy və təkliflər verir; 

AMEA ilə Azərbaycan Respublikasının qanunverici və mərkəzi icra hakimiyyəti orqanları arasında hüquqi əlaqələndirmə işini təşkil etmək və həmin əlaqələrin təkmilləşdirilməsinə dair AMEA-nın prezidentinə təkliflər verir;

AMEA-nın Ümumi yığıncağına, AMEA Rəyasət Heyətinin iclaslarına çıxarılmış qərarların və AMEA prezidentinə imzalanmaq üçün təqdim edilmiş, sərəncam və digər aktların layihələrini hüquqi ekspertizadan keçirir və müvafiq rəylər verir;

AMEA Nizamnaməsinin və AMEA Rəyasət Heyəti aparatı qurumlarının əsasnamələrinin, həmçinin AMEA-nın yeni yaradılan struktur vahidlərinin tərtib edilmiş nizamnamə və əsasnamə layihələrinin hüquqi ekspertizasını aparır; 

AMEA-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq qaydaları, təlimatları, metodiki göstərişləri və digər normativ sənədləri hazırlayır;

AMEA-ya daxil olan təklif, ərizə və şikayətlərə baxır və daxil olmuş sor-ğulara vaxtında cavab verir;  

İdarənin iş planına uyğun olaraq AMEA-nın elmi müəssisələrində kargüzarlıq fəaliyyətini yoxlayır; 

AMEA-da kadr  siyasətinin təkmilləşdirilməsini təmin edir;

AMEA-nın elmi müəssisələrində kadr məsələləri ilə bağlı tərtib edilmiş sənədlər üzrə hüquqi ekspertizanın keçirilməsini təmin edir;

AMEA Rəyasət Heyətinin qərarları və AMEA prezidentinin sərəncamlarına əsasən işə götürülmüş işçilərlə  əmək müqavilələri bağlayır, onlara dəyişikliklər edir və xitam verir və bu barədə əmək müqavilələri bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmasını təmin edir;

AMEA-nın elmi müəssisələrinin kadrlar şöbələrinin fəaliyyətlərinə nəzarət edir və onlara praktiki və metodiki köməkliklər göstərir,  bu işin təşkil olunması və aparılması vəziyyətini öyrənir, müsbət iş təcrübəsini yayır;

Kadr işinin istiqamətləri ilə bağlı statistik hesabatları aparır;  

AMEA Rəyasət Heyəti aparatının və aidiyyəti işçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyətləri ilə bağlı işləri aparır.

İdarənin şöbələri

Qanunvericilik təminatı şöbəsi

Kadrlar şöbəsi