Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Dənli, paxlalı və texniki bitkilər laboratoriyası
Tel.  
Faks  
Elektron poçtu

p_fatullaev@mail.ru 

Struktur bölmənin rəhbəri

Fətullayev Pərviz Ülkər oğlu 

İşçilərin ümumi sayı 6
Əsas fəaliyyət istiqamətləri  Dənli, paxlalı və texniki bitkilərin seleksiyasi, toxumçuluğu, intensiv becərmə texnologiyası, yeni sotların yaradılması
Əsas elmi nəticələri

“Qılcıqlı-85” arpa sortu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinə verilən səlahiyyət əsasında Yeni Seleksiya Nailiyyətinə 00169 nömrəli “Qılcıqlı-85” arpa sortuna patent və müəlliflik şəhadətnaməsi alınmışdır. “Qaraca-85” noxud sortu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli 51 nömrəli Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinə verilən səlahiyyət əsasında Yeni Seleksiya Nailiyyətinə 00171 nömrəli “Qaraca-85” noxud sortuna patent və müəlliflik şəhadətnaməsi alınmışdır.

Ətirli tütün sortlarınin muxtar respublikada intensiv becərilmə texnologiyası öyrənilmişdir. Çoxlu sayda (30 sort) soya bitkisi üzərində tədqiqat işləri aparılır.  Bərk və yumşaq buğdanın çoxlu sayda sortları sınaqdan çıxarılmış və müsbət fərqlənən sortlar üzərində müxtəlif kombinasiyalı hibridləşdirmə işləri aparılmışdır. Hibridlərin muxtar respublika şəraitində müxtəlif stress amillərə qarşı davamlığı, məhsuldarlığı, keyfiyyət göstəriciləri öyrənilir.