Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

Hidrogeologiya və mineral sular laboratoriyası
Tel. (+994 51) 6879400   
Faks  
Elektron poçtu fizze.mammadova@mail.ru 
Struktur bölmənin rəhbəri

Fizzə Sadıx qızı Məmmədova

Kimya üzrə fəlsəfə doktoru, dosent 
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Naxçıvan Muxtar Respublikasında təbii suların yayılma qanunauğunluqları, onların kimyəvi tərkibi, ehtiyatı, suvarmaya yararlılıqlarının qiymətləndirilməsi 
Əsas elmi nəticələri

Babək rayonu ərazisindəki suların kimyəvi tərkibinin və komponentlərinə görə ərazinin minerallaşma şəraitinin öyrənilməsinə dair tədqiqatlar aparılmışdır. Birinci mərhələdə Babək rayonu ərazisində yerləşən bir sıra mənbələrdən su nümunələri götürülmüşdür ki, bura Qaraçuq, Cəhri I, Cəhri II, Tumbul I, Tumbul II çeşmələri, Sirab mineral su yatağının 9 və 12 saylı quyuları, Sirab su anbarı, Bulqan kanal suyu, Məmməd Rza-Dizə, Zeynəddin, Kültəpə artezian suları, Xəlilli kənd, Buzqov kənd Gülüyurd kəhrizləri, Vayxır su anbarından götürülmüş su nümunələri aiddir. Götürülən nümunələrin komponent tərkibinin kimyəvi analizi üçün zəruri reaktivlərin standartlara uyğun məhlulları hazırlanmış, klassik və ekspress analizlərin aparılması üçün metodikalar seçilmişdir. 

İkinci mərhələdə Babək rayonu ərazisindəki digər su mənbələrindən: Qahab kənd kəhriz və artezian, Vayxır kənd bulağı, Hacıvar mərkəz artezian, Badaşqan və Yarımca artezian, Cəhri Məşədi Abbas çeşməsi, Naxışnərgiz bulağı, Payız kənd kaptaj-1 və 2, Çeşməbasar kənd kəhrizi, Çalxanqala Urfan bulağı, Naxçıvan Kərbəlayı Musa çeşməsindən götürülmüş su nümunələrində quru qalığın qiyməti müəyyən edilmişdir. Analizlər üçün nəzərdə tutulan reaktivlərin bir qisminin alınması ilə suların əsas komponentləri: natrium və kalium ionlarının toplam miqdarları, suların codluqları, maqnezium- və kalsium-ionlarının ayrı-ayrılıqda miqdarları, xlorid-, hidrokarbonat-, sulfat-, bir neçə suda isə nitrat-ionlarının miqdarları müəyyən edilmiş, alınan nəticələr cədvəlləşdirilmişdir. Bulqan kanal suyunun suvarmaya yararlığı Steblenin suvarma əmsalı ilə dəyərləndirilmiş və müsbət sonuc alınmışdır. Qəbul edilmiş beynəlxalq standartlara görə suların tərkiblərinin ifadə edildiyi Kurlov formulu tətbiq edilmiş, həmin formula uyğun nəticələr göstərilmişdir. 

Babək rayonu üzrə öyrənilən su mənbələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin müqayisəli analizi nəticəsində hündürlükdən asılı olaraq sulardakı mineral komponentlərin miqdarları arasında korrelyasiya aşkarlanmışdır.