Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Xidmət şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Ofeliya Yunusova
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

1926-cı ildən fəaliyyətə başlayıb. Xidmət şöbəsi MEK-in xidmətlərindən faydalanacaq oxucuların qeydiyyatını, onların sifariş etdikləri resurslarla təmin edilməsini və geri qəbul edilərək müvafiq saxlanca göndərilməsi fəaliyyətini həyata keçirir.

Şöbə AMEA-nın elmi - tədqiqat müəsisələri və təşkilatlarının əməkdaşları daxil olmaqla, Bakı şəhərinin və respublikanın elmi tədqiqat müəssisələrinə, ali məktəblərə və xarici ölkələrin kitabxanalarından müraciət edən oxuculara xidmət göstərir. Şöbə oxuculara xidmət işini Kitabxanalararası abonoment, oxu zalları, dövrü mətbuat və akademiklərin zalı vasitəsilə həyata keçirir.

Şöbə yardımçı fondlarının komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir. Sərgi zalında MEK-ə daxil olan yeni ədəbiyyatın sərgisi təşkil edilir və bu ədəbiyyatlar 15 gün ərzində sərgilənir.

Eyni zamanda görkəmli şəxsiyyətlərin yubleyləri, əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgilərini təşkil edir.

Dövrü mətbuatın yardımçı fondunda yeni daxil olmuş jurnallar və qəzetlərin qəbulu, işlənməsi, “İrbis 64 +” proqramına daxil edilməsi və yerləşdirilməsi işləri icra olunur.