Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Mərkəzi Elmi Kitabxananın struktur bölmələri

Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi
Tel.  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri Aygün Səfərova
İşçilərin ümumi sayı  
Əsas fəaliyyət istiqamətləri 

AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycanşünaslığın inkişafı və elmi informasiya fəaliyyətinin daha səmərəli düzgün təşkili vacib faktor hesab olunur. Kitabxanada bu işi Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi həyata keçirir.

2014-cü ilin may ayında AMEA Mərkəzi Elmi Kitabxanasının yeni binası istifadəyə verilərkən ölkə başçısı İlham Əliyevə Milli Rəqəmsal Yaddaş layihəsi də təqdim olunmuşdur.

2020-ci il 23 noyabrda isə yeni struktura əsasən Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi yaradılıb. Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi – Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması, ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid olunması işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ardı davam edən nəşrlərdəki müxtəlif dillərdə elmi məqalələrin Mərkəzi Elmi Kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, İRBİS proqramında çap olunmuş kartoçkaların kartotekaya yerləşdirilməsi, AMEA İnstitutlarından göndərilən MRY-a aid ədəbiyyatların elektronlaşmasının təmin edilməsindən ibarətdir.

Bu gün Mərkəzi Elmi Kitabxanada özünün yüksək inkişaf mərhələsində olan azərbaycanşünaslıq üzrə kitabxana-biblioqrafiya və elmi informasiya xidməti sahəsində fəaliyyət azərbaycanşünaslığa dair mövcud sənədlər və informasiya tələbatçıları arasında uyğunluq yaratmaqda və sənəd kommunikasiya sistemində informasiya maneələrinin aradan qaldırılmasında səmərəli vasitədir.

Həmin vasitə oxucuların ölkəşünaslıq üzrə informasiya tələbatının təminatına xidmət etməklə ölkəmizdə kitabxana işinin inkişafına da öz layiqli töhfəsini verir.