Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  SOSİAL XİDMƏTLƏR

AMEA-nın “Qonaq evi”

AMEA-nın “Qonaq Evi” gözəl Bakımızın qonaqlarının maraqlı, dolğun və komfortlu istirahəti üçün əvəzedilməz məkandır. 

Qonaq evinin təmirində müasir memarlıq elementlərindən istifadə olunub, bütün lazımi əşya və avadanlıqlarla təchiz olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan geniş istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Qonaq evi geniş foye, 11 otaq, gözləmə zalı, mətbəx, qəbul, xidmət və təsərrüfat otaqlarından ibarətdir. Müasir dizaynda və zövqlə tərtib edilmiş hər bir otaq rahat mebel, split-sistem, televizor, soyuducu və Wi-Fi- la təchiz olunub. Həmçinin hər otaqda iş üçün masa və kreslo mövcüddur. Geniş və işiqlı mətbəxdə qonaqların damaq zövqünə oxşayan geniş çeşiddə milli və xarici təamlar təklif olunur.

Burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərir.

Qonaq evi 28 May metro stansiyasının yeni çıxışının 200 metrliyində yerləşir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36.