Məlikov Telman Qulu oğlu

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri   
Təvəllüdü 05.01.1950 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti) 
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



01.01.02

Differensial və İnteqral tənliklər

Bəzi optimal sistemlərdə məxsusi prosseslərin tədqiqi 
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



01.01.09

Diskret riyaziyyat və riyazi kibernetika

Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

90 (3 monoqrafiya, 3 dərs vəsaiti, 51 elmi məqalə, 26 tezis, 7 patent)

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

 

1

Əsas elmi nailiyyətləri Müxtəlif tip diskret və kısilməz tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələləri tədqiq olunmuş, gecikən təsirə malik sistemlərdə idarəetmə məsələlərinin optimal həllinin tapılması üçün ilk dəfə olaraq yeni üsul tətbiq edərək müxtəlif zəruri şərtlər- Kelli, Koppa-Moyer matris impulslu və bərabərliklər tipli zəruri şərtlər ardıcıllığı alınmışdır. Həmçinin neytral tip tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipinin analoqu, Kelli tipli və matris impulslu ikinci tərtib optimallıq şərtləri alınmışdır. Eyni zamanda Paylanmış parametirli Qursa-Darbu optimal idarəetmə məsələləri üçün: Riman matris funksiyasından istifadə edərək məsələnin məlumlarından daha az şərtlər tələb etməklə, maksimum prinsipinin analoqu isbat edilmişdir. Pontryagin mənada məxsusi idarəedici funksiyalar üçün daha güclü ikinci tərtib optimallıq şərtləri, habelə klassik mənada t-məxsusi və x- məxsusi idarəedici funksiyaların optimallığı üçün verilmiş sistemin xarakteristikaları boyunca Kelli, Koppa-Moyer matris impulslu və bərabərlik tipli zərurui şərtlər ardıcıllığı alınmışdır. Diskret sistemlərlə ifadə olunan optimal idarəetmə məsələlərinin həlli üçün müxtəlif mənada qabarıq çoxluqlar anlayışı daxil edərək yeni üsul vasitəsilə daha güclü diskret maksimum prinsipi, habelə ikinci tərtib çoxnöqtəli zəruri şərtlər isbat edilmişdir. Funksionalın sıfırıncı, daha ümumi birinci, ikinci tərtib variasiyası anlayışları verilmiş və klassik, həmçinin kvaziməxsusi idarəedicilərin optimallığı üçün daha güclü və konstruktiv optimallıq şərtləri alınmışdır. 
Elmi əsərlərinin adları
  1. Melikov T. K. On necessary optimality conditions in discrete control systems. International Journal of Control, 2015,11 pages (with M.J. Mardanova and N.I. Mahmudov).
  2. Melikov T. K. Analogue of the Kelley condition for optimal systems with retarded control (with Misir J. Mardanov )
  3. Меликов.Т.К. Об оптимальности особых управлений в системах с последействием нейтрального типа. Журн. вычисл. матем. и mатем. физ, 2001, т.41, №9, с.1332-1343.
  4. Melikov T.K. Necessary Conditions for High-Order Optimality in Systems with Delay. Transactions of NAS of Azerbaijan, 2000, v. XX, №1, pp. 84-90.
  5. Melikov T. K. A method for studying the optimality of controls in discrete systems, Proceedings of the Institute of Mathematics and Mechanics, National Academy of Science of Azerbaijan, Volume 40, Number 2, pages 5-13, 2014 (with Mardanov M.J.)
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti Riyaziyyat və Mexanika İnstitutunda, magistrlara 
Digər fəaliyyəti  Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun 01.01.09 «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə elmlər doktorları və elmlər namizədləri müdafiə şurasının üzvüdür. 
Təltif və mükafatları
  1. Təhsil Nazirliyinin fəxri fərmanı və Təhsil Nazirliyinin qabaqcıl təhsil işcisi döş nışanı.
  2. 2002-ci ildə təhsildə qazandığı nailiyyətlərə görə Fransanın Sənayeyə Yardım Assosiasiyasının «Qızıl Medal»ı ilə təltif olunmuşdur. 
Əsas iş yeri və ünvanı İdarəetmə Sistemləri İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 
Vəzifəsi Baş elmi işçi 
Xidməti tel.  
Mobil tel. (+994 50) 3713030 
Ev tel.  
Faks  
Elektron poçtu t.melik@rambler.ru