Seyidbəyli Məryəm Həsən qızı

 

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 03.10.1955
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi rütbəsi Dosent 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

07.00.02

Vətən tarixi

"XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında)

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


07.00.02

Vətən tarixi

Rusiya Federasiyasında Azərbaycan diasporunun formalaşması və inkişafı

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

65

 

15

 

4
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

3

Əsas elmi nailiyyətləri

Məryəm Həsən qızı Seyidbəyli İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatını tədqiq etmişdir. Burada ilk dəfə olaraq ərəb dilində Azərbaycan tarixi və mədəniyyətinə dair çoxlu sayda dəyərli faktlar elmi şəkildə şərh olunmuşdur.

"Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları" adlı tədqiqatında xarici və rus ədəbiyyatlarının ətraflı təhlili əsasında diaspor anlayışını araşdırmış, müxtəlif yanaşmalara əsasən bu fenomeni şərh etmişdir. Monoqrafiyada diaspor fenomeninin etno-mədəni özünüdərk konsepsiyası çərçivəsində təhlilini vermişdir. Müəllif, Azərbaycan diasporuna özünüidarəyə can atan etnik kollektiv kimi görür və Rusiyanın müxtəlif regionlarında inkişaf perspektivlərini dəyərləndirir.

AMEA-nın yetmiş illik yubileyinə həsr olunmuş "Milli Elmlər Akademiyası və Azərbaycan elminin inkişafı (1945-1970) sənədlər toplusu" Azərbaycan Respublikası Dövlət Arxivi və Azərbaycan Respublikaı Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında yazılmışdır. Əsərdə Azərbaycanda elmi bilklərin və  elmi potensialın Azərbaycan SSR EA-nın yaranması ərəfəsində və sonrakı dövrdəki  (1945-1970) təkamülünün ümumi təhlili verilir. Təqdim olunan arxiv sənədləri geniş elmi məlumatlar bazasına malikdir və AMEA sistemində elmi tədqiqatlar barədə yaddaşın sənədləşdirilməsi işində mühüm addımdır.

“Elm Tarixi: Dünya təşkilatları” əsərində elm tarixi və elmşünaslıq sahəsində fəaliyyət göstərən institutlar və departamentlər haqqında dəyərli məlumatlar toplamışdır.

“Azərbaycanın elitası: tarix, real durum və perspektivlər” monoqrafiyasında ilk dəfə olaraq, Azərbaycan elitasının inkişafı tarixi sistemli şəkildə vermiş, həmçinin elitamızın tarixi rolunu analiz etmişdir. Əsərdə tarixi dövr baxımından nəzərdən keçirilən “zaman elitası” konsepsiyası əsas xətti təşkil edir.

Alimin “Azərbaycanın elmi diasporu” kitabı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər barədə qiymətli mənbədir.
Elmi əsərlərinin adları

1."XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında)". Bakı, 1999.

2. "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları" (ikinci tamamlanmış nəşri). Bakı, 2011.

3. "Azərbaycan diasporu". Bakı, 2012.

4. “Azərbaycan multikulturalizmi”(ali məktəblər üçün dərslik)  Bakı 2012.

5. Azərbaycan Respublikasının tarixi. "Heydər Əliyev" (II cild), (toplu), Bakı 2013.

6. "Milli Elmlər Akademiyasının sənədlər toplusu(1945-1970). Elm və Azərbaycan elminin inkişafı, Bakı, 2015.

7. “Azərbaycanın elitası: tarix, real durum və perspektivlər” (rus dilində) Bakı, 2016.

8. “Elm Tarixi: Dünya təşkilatları” Bakı, 2017.

9. “Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentləri” Bakı, 2017.

10. “Azərbaycanın elmi diasporu” Bakı 2017.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Beynəlxalq Əlaqələr Komissiyasının Sərdi
Təltif və mükafatları

 "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları (1988-2007-cu illər)" adlı monoqrafiyasına görə 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa" müsabiqəsinin "Ən yaxşı elmi kitab" layihəsi çərçivəsində Diplom ilə təltif edilmişdir.

"Rusiyada Azərbaycan diasporu: formalaşma, inkişaf xüsusiyyətləri və ənənələr (1988-2010-cu illər)" monoqrafiyasına görə "Humay" Milli mükafatı (27 aprel 2011-ci il)

“Azərbaycan diasporu” ensiklopedik toplusuna görə Mükafat (Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi 5 iyun 2012-ci il)

Azərbaycan Respublikasında gənc nəslin inkişafında göstərdiyi xidmətlərə görə Fəxri fərman (Azərbaycan Respublikası “Həmrəy” Gənclərin Təhsilinə Dəstək İctimai Birliyi, Bakı -2014).

AMEA-nın 70 illiyi ilə əlaqədar olaraq A.A.Bakıxanov adına Tarix İnstitutunun Fəxri fərmanı təltif edilmişdir  (13 dekabr 2015-ci il).

Rusyia Elmlər Akademiyası S. İ. Vavilov adına Təbiətşünaslıq və Texnika Elmləri Tarixi institutunun “Elmin və texnikanın tarixinə töhfəyə görə” fəxri döş nişanı təqdim olunmuşdur.

Azərbaycan Kütləvi İnformasiya İşçiləri Həmkarlar İttifaqının keçirdiyi sorğu nəticəsində medianın “İl ziyalılarının nüfuzlu nümayəndəsi” adlı Ali mükafatı ilə təltif edilmişdir.

Ukrayna Elmlər Akademiyasının 100 illiyi medalına layiq görülmüşdür.

Əsas iş yeri və ünvanı AMEA Elm Tarixi İnstitutuAZ1143, H.Cavid pr.,115, 2-ci mərtəbə
Vəzifəsi Direktor
Xidməti tel. (+994 12) 5395135
Mobil tel. (+994 50) 2128796 
Ev tel.  
Faks (+994 12) 5395134
Elektron poçtu mseyidbeyli@mail.com