Məmmədova Afət Dadaş-Şaraplı qızı

 

Veb-sayt     
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəh. 
Təvəllüdü 11.03.1952 
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti 
Elmi dərəcəsi Biologiya elmləri doktoru 
Elmi rütbəsi Baş elmi işçi 

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad



2409.01

Genetika

Heterozisliklə əlaqədar olaraq tərəvəz bitkilərində nuklein turşularının   müqayisəli öyrənilməsi

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



2409.01

Genetika

Bitkilərdə heterozis effektinin və stres amillərə davamlılığın fizioloji-genetik xüsusiyyətləri

 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

128


83


10 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

İlk dəfə olaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin heterozis hibridlərində hüceyrənin ayrı-ayrı strukturlarında (nüvə, mitoxondri və xloroplastlarda) nuklein turşularının miqdarındakı dəyişilmələrin valideyn formalarla müqayisədə kompleks qiymətləndirilməsi aparılmışdır. Müəyyən edilmişdir ki, hansı növə aid olmasından asılı olmayaraq, heterozis bitki hibridlərinin yarpaq toxuması hüceyrələrində DNT-nin miqdarı valideyn formaları ilə müqayisədə çoxdur. Hibridlər həm də hüceyrə nüvəsində DNT-nin miqdarının artması ilə səciyyələnmişdir ki, bu pomidorun heterozis hibridlərində nüvədə yeni sinif ploidliyin (4c – 8c) yaranması ilə, yəni nüvə DNT-sinin tam replikasiyası ilə izah olunur. Buğdada isə, DNT-nin miqdarının artması 2c – 4c arasında olan hüceyrələrin hesabına, yəni DNT-nin amplifikasiyası və differensial replikasiyası hesabına baş verir. Bu zaman fraksiya tərkibinin dəyişilməsi euxromatin fraksiyasının artması istiqamətində olmuşdur. Heterozis hibridlərdə hüceyrələrin ümumi enerji təminatının artması həm mitoxondri, həm də xloroplast sistemləri hesabına baş verə bilər.

İlk dəfə olaraq hidrazid malein turşusunun təsiri ilə böyümənin stimullaşdırılması zamanı buğda və çovdarda yarpaq toxumasının hüceyrələrində DNT-nin struktur və funksional vəziyyətinin, həmçinin mitoxondri və xloroplast genetik sistemlərində sintezin aktivliyinin kompleks tədqiqi aparılmışdır. Böyümə proseslərinin stimullaşdırılması yarpaq toxuması hüceyrələrində RNT-sintezinin aktivliyinin, labil fraksiyanın stabil fraksiyaya nisbətinin, həmçinin nüvədə euxromatin DNT-sinin payının artması ilə müşayət olunmuşdur. Bu zaman, mitoxondrilərdə nuklein turşularının sintezinin əhəmiyyətli dərəcədə aktivləşməsi müşahidə olunur ki, bu da hüceyrədə genetik sistemin mitoxondrial fraksiyasının əhəmiyyətini göstərir. Hidrazid malein turşusunun ingibirləşdirici qatılığının təsiri zamanı isə həm RNT-nin, həm də DNT-nin biosintezinin tormozlanması baş verir. Labil DNT-nin ümumi DNT-yə nisbəti və labil fraksiyanın stabil fraksiyaya nisbəti azalır ki, bu da bölünmə prosesinin zəifləməsinə və nəticədə bitkinin böyüməsinin dayanmasına səbəb olur.

G. hirsutum L. və G. barbadense L. növlərinin kolleksiya sort-nümunələrinin quraqlıq və duzluluğa davamlılığının növdaxili və növlərarası qiymətləndirilməsi aparılmış, müsbət kənd təsərrüfatı əhəmiyyətli, stresə davamlı sort-nümunələr müəyyənləşdirilimişdir. Pambıq sort-nümunələrinin quraqlıq və duzluluğa davamlılıq səviyyələrinin faiz nisbətlərinin analizi göstərmişdir ki, G. barbadense L. növü G. hirsutum L. növü ilə müqayisədə dəyişkənliyə, yeni, qeyri- adi mühit şəraitinə daha yaxşı uyğunlaşma qabiliyyətinə malikdir. Mühitin abiotik stres amillərinin təsiri zamanı pambığın davamlı sort-nümunələrində RNT-nin, ümumi, labil və qalıq DNT-nin sintezinin aktivləşməsi, stabil DNT-nin miqdarının isə azalması aşkar edilmişdir. Stresə həssas nümunələrdə isə RNT- nin, ümumi, labil və qalıq DNT-nin miqdarı azalmış, stabil fraksiyanın miqdarında isə artım müşahidə olunmuşdur.

Heterozis, böyümənin stimullaşması və stresə davamlılıq əlamətlərin inkişafının genetik tənzimlənməsi mexanizmlərindən asılı olan proseslərdir. Hər üç proses RNT-nin sintezinin güclənməsi, labil fraksiyanın stabil fraksiyaya nisbətinin, labil aktiv xromatinin payının artması ilə səciyyələnir ki, onlar morfogenezin sürətlənməsini təmin edən sintetik proseslərin intensivləşməsinə səbəb olur.

Elmi əsərlərinin adları

1. Intraspecific and interspecific estimation of drought resistance of different cottonvarieties of G.hirsutum L. and G. barbadense L. species // The 3rd International Conference of Integrated Approaches to Improve Crop Production Under Drought-Prone Environments, 2009, Shanghai, China, p.198-199.

2. Study of the functional state of the cell genome of agricultural crops as related with heterosis // International Plant Breeding Congress, Abstract Book, Antalya, Turkey, 2013, p.109.

3. Активность синтеза РНК и ДНК в клеточных органеллах у сельскохозяйственных культур в связи с гетерозисом // С.-х. биология, М., 2013, №3, с.37-44.

4. Изучение активности синтеза генетического материала в клеточных ядрах и цитоплазматических органелл у с.-х. культур в связи с гетерозисом // Вестник Томского гос.университета. Биология, 2014, т.28, №4, с.136-149.

5. Studying the intensity of physiological and genetic processes in plants treated with maleic hydrazide // Albanian j. agric. sci. 2015, vol. 14, No. 4, 3 р.38-343.

6. Adaptive reaction of cotton accessions of G.hirsutum L.and G.barbadense L. species to a drought stress. Genetika, Serbia, 2015, vol. 47, No.2, р.617-626.

7. Genetic characteristics of heterosis of wheat (Triticum L.) // İnternational Conference “From seed to pasta III. A Sustainable Durum Wheat Chain for Food Security and Healthy Lives”, Bologna-Italy, 19-21 September 2018, P.3.29.

8. Оценка хозяйственно-ценных генотипов твердой пшеницы (Triticum durum Desf) в условиях Азербайджана // Журнал «Проблемы развития АПК Региона», 2019, №1 (37), с.28-31.

9. Dynamics of changes in chromatin functional activity in plants under drought stress. İnternational Conference «Impact of chromatin domains of plant phenotypes», 9-11 deсember 2019, Madrid, Spain, P.19.58/

10. Изучение интенсивности синтеза нуклеиновых кислот в митохондриях высокоурожайных гибридов зерновых культур. Журнал «Проблемы развития АПК Региона», 2020, №2 (42), с.148-152

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  Botanika İnstitutunun Dissertasiya Şurasında “Genetika” ixtisası üzrə elmi seminarın sədri 
Təltif və mükafatları

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar olaraq, məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Fəxri Fərman (2 dekabr 2015), Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin Fəxri Fərmanı (2017-ci il), AMEA Biologia və Tib Elmləri Bölməsinin Fəxri Fərmanı (22.04.2019), AMEA elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərman(05.03.2020)

Əsas iş yeri və ünvanı AMEA Genetik Ehtiyatlar İnstitutu, AZ1106, Bakı şəh., Azadlıq prospekti, 155 
Vəzifəsi Baş elmi işçi 
Xidməti tel.  
Mobil tel. (+994 55) 6885312 
Ev tel.  
Faks  
Elektron poçtu

afet.m@mail.ru