Babayev Elçin Səfəralı oğlu

 

Veb-sayt  
  
Anadan olduğu yer Azərbaycan SSR, Naxçıvan MSSR, Naxçıvan şəhəri 
Təvəllüdü 04.04.1965 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) 
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi Dosent 

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


 

01.03.02

«Astrofizika, radioastronomiya»

Günəş atmosferində qeyri-adiabatik qaz-dinamik dalğaların xassələri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

102


70

 

30 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı


1

Əsas elmi nailiyyətləri

1. Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirilmişdir. Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsi işlənilib-hazırlanmışdır. Hiperhəndəsi Meyer funksiyaları ilə ifadə olunmuş maqnit-hidro-dinamik (MHD) tənliklərin tapılmış analitik həlləri plazmanın qeyri-bircinsliyi və maqnit sahəsi səbəbindən bir tip dalğaların digərlərinə transformasiyasının tam nəzəriyyəsini qurmağa imkan vermişdir. Dalğaların transformasiya və əks olunmasını xarakterizə edən müvafiq energetik əmsallar hesablanmışdır. Nəticələr Günəş şəraitinə tətbiq edilmiş və dalğaların fotosferin dərin qatlarından yuxarı qatlarına yayılması zamanı udulması və əks olunması tədqiq edilmişdir. Dalğaların qeyri-bircins mühitdə (plazmada) şüalanma ilə qarşılıqlı təsiri araşdırılmışdır. Silsilə işlərdə radiasiya itkiləri nəzərə alınmaqla qeyri-bircins, şüalanan, sıxıla bilən, stratifikasiya olunmuş istilik mübadiləsi baş verən mühitdə qeyri-adiabatik və ixtiyari optik qalınlığa malik kiçik hidrodinamik həyəcanlaşmalar tədqiq edilmişdir. Şüalanma intensivliyinin fluktuasiyalarını təsvir edən tənlik çıxarılmış və ilk dəfə olaraq energetik itkilər funksiyası üçün Eddinqton yaxınlaşmasında izotermik atmosfer halında analitik həllər tapılmışdır. Tapılmış dəqiq həllər əsasında qeyri-adiabatik atmosfer (akustik və qravitasiya) dalğalarının yayılması və radiasiya sönməsinin ümumi nəzəriyyəsi qurulmuşdur. İstilik və akustik dalğa modlarının qarşılıqlı təsirini, onların transformasiyasını nəzərə alan qeyri-adiabatik rəqslərin yaradılmış modeli Günəşin 3.3 mHz (5 dəqiqəlik rəqslər) tezliyində inteqral şüalanma selinin fluktuasiyalarının paylanmasındakı müşahidə olunan maksimumu izah etməyə imkan vermişdir. Qeyd olunan tezlikdə selin fluktuasiyalarının amplitudunun nisbi qiymətləri 1/100000 olmuşdur və bu rəqəm müxtəlif beynəlxalq eksperimentlərin müşahidələrinin nəticələrinə uyğun gəlmişdir. Göstərilmişdir ki, akustik və istilik dalğalarının yayılma sürətlərinin təqribən bərabər olduğu fotosfer səviyyələrində səs dalğaları əhəmiyyətli dərəcədə qeyri-adiabatik olur və rəqslərin modları bir-birinə qarışır. Nəticədə, eyni bir tezlikdə səs və istilik dalğalarının eyni zamanda müşahidəsi imkanı yaranır. Akustik və istilik dalğalarının inteqral şüalanma selinin və hərəkət sürətinin fluktuasiyalarına verdiyi töhvə müqayisə edilmişdir. Müəyyənləşdirilmişdir ki, Günəşin kəsilməz spektrində müşahidə olunan rəqslər əsasən istilik rəqsləridir, akustik dalğalar isə daha çox hərəkət sürətinə töhvə verirlər və bu da öz növbəsində Dopler ölçmələri ilə təsdiq edilir. Günəşin radial rəsqləri üçün inteqral şüalanma seli (parlaqlıq) və şaquli hərəkət sürəti (İ-V spektr) arasındakı faza sürüşməsinin nəzəri spektri hesablanmışdır. Alınmış nəticələrin müşahidə materialları ilə müqayisəsi rəqslərin 2.4 – 3.6 mHz tezlik intervalında kifayət qədər uyğunluq göstərir. İstilik rəqslərinin töhvəsi şüalanmanın inteqral selinin fluktuasiyalarında, akustik rəqslərinki isə - hərəkət sürətində dominant olduğundan belə bir nəticəyə gəlinir ki, alınmış faza sürüşməsi istilik və qeyri-adiabatik səs rəqsləri arasındakı fazalar fərqidir. Şüalanma itkiləri nəzərə alınmaqla müxtəlif tip qeyri-adiabatik maqnit-akustik-qravitasiya dalğalarının stratifikasiya olunmuş atmosferdə xətti transformasiyası, əks olunması və udulmasının daha təkmil nəzəriyyəsi qurulmuşdur. Maqnit sahəsinin meylinin dalğaların sönməsinə təsiri tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, sahənin meyli artdıqca MAQ dalğaların şüalanma udulması kəskin surətdə güclənir. Hərəkət sürətinin rəqsləri və plazma temperaturunun fluktuasiyaları arasında Günəş ləkəsinin fotosferi səviyyəsində amplitud nisbəti və faza sürüşməsi hesablanmışdır. Müəyyən olunmuşdur ki, ləkənin kənarına yaxınlaşdıqca faza sürüşməsi kəskin artır. Göstərilmşdir ki, Dopler sürüşmələrində rəqslərin müşahidə olunması üçün ən əlverişli sahə ləkənin kölgəsi, intensivlikdə isə - yarımkölgəsidir. Bu halda müşahidə olunan rəqslərin hər tezliyi üçün sürət və intensivlik fazaca dəqiq fərqlənirlər. Analiz nəticəsində göstərilmişdir ki, 3 dəqiqəlik rəqslər maqnit sahəsinin güclü meylə malik olduğu ləkə yarımkölgəsində parlaqlığın rəqslərində daha yaxşı müşahidə oluna bilər.

Alınmış nəticələr nüfüzlu jurnallarda dərc olunmuş və onlarla Rusiyada keçirilmiş və beynəlxalq konfrans, simpozium, seminar və qış məktəblərində məruzə edilmişdir.

2. “Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi” mövzusu üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilmiş, yeni elmi istiqamət yaradılmış və kəsişən elm sahələri (astronomiya, elektrofizika, geofizika, ionosfer fizikası, tibb, biologiya, zoologiya və s.) üzrə işlərin əsası qoyulmuşdır.

1999-2000-ci illərdə BMT-nin Xarici kosmosun tədqiqi üzrə Vyana Ofisinin (UNOOSA) proqramı çərçivəsində ишк il müddətində Avropa Kosmik Agentliyində (Hollandiya) tədqiqatçı alim kimi çalışarkən Yer ionosferində yayılan mikrodalğa uzunluqlu elekromaqnit dalğalarının ssintilyasiysının öyrənilmişdir. Transionosferik GHz tezlikli GPS siqnallarının ssintilyasiyasına heliogeofiziki şəraitin və digər fiziki faktorların təsiri bütün en dairələri üçün araşdırılmış, orta en dairələri üçün daha ətraflı tədqiq edilmiş və nəticələr Avropa Kosmik Agentliyində dərc olunmuşdur (E.S.Babayev, Scintillation of transionospheric radio waves. European Space Agency (ESA) Publication - EWP- 2064, ESA Publications Division: ESTEC Repro, Noordwijk, The Netherlands, 2000, 185 pages).

Stenford Universiteti (ABŞ) ilə yaradılmış əlaqələr sayəsində 2008-ci ildə Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə bu Universitetdə hazırlanmış cihaz Şamaxı Astrofizika Rəsədxanasında qurulmuş və beynəlxalq tədqiqatlar şəbəkəkəsinə qoşulmuşdur.

Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiya və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilmişdir.

Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlar bir sıra kardioloji xəstəliklərə (qəfil ürək ölümləri, kəskin miokard infarktı tutmaları və ölümləri və s.), ürək-qan-damar sisteminin (kardioloji parametrlər, ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, yol-nəqliyyat hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, fizioloji sağlam insanların baş beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına və s. təsirlərin araşdırılmasını əhatə etmişdir. Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji və heliotibbi eksperimenlər də aparılmışdır. Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin stabil işinə təsiri öyrənilmişdir. Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının texnoloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır. Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir. Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu göstərilmişdir.

Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year – İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilmiş, ilk dəfə olaraq Günəş-Yer əlaqələri üzrə ixtisaslaşmış “Sun and Geosphere” (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunmuşdur.

ŞAR-da hal-hazırda Kosmik Hava Mərkəzinin yaradılması üzərində iş gedir.

Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müvafiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı gündəlik proqnozlar hazırlanır.

Elmi əsərlərinin adları

- Джалилов Н.С., Бабаев Э.С. Магнито-акустико-гравитационные волны в излучающей стратифицированной атмосфере. Исследования по геомагнетизму, аэрономии и физике Солнца, Mосква, “Наука”, 1992, вып.99, сс.26 - 48.

- Babayev, E. S., Dzhalilov, N.S., Zhugzhda, Yu.D. Propagation and absorption of the magneto-hydro-dynamic waves in space plasma. Turkish Journal of Physics. Ankara, TÜBİTAK. 1994, vol. 18(11), pp.1181-1186.

- Бабаев Э.С., Джалилов Н.С., Жугжда Ю.Д. Влияние радиационных потерь на свойства волн в активных областях на Солнце. Астрономический Журнал, Москва, 1995, т.72. N2. c.230-239.

- Бабаев Э.С., Джалилов Н.С., Жугжда Ю.Д. Неадиабатические магнито-акустико-гравитационные волны в стратифицированной атмосфере. Астрономический Журнал, Москва, 1995, т.72, N2, c.240-249.

- Джалилов Н.С., Бабаев Э.С. Неадиабатические гидродинамические волны в изотермической атмосфере с произвольной оптической глубиной. Письма в Астрономический Журнал, Москва, 1995, т.21, N1, 59-65.

- Бабаев Э.С., Джалилов Н.С. Аналитическая теория флуктуаций интегрального потока излучения Солнца в приближении Эддингтона. Письма в Астрономический Журнал, Москва, 1996, т.22, N 5, с. 392-400.

- Джалилов Н.С., Бабаев Э.С. Флуктуации интегрального потока излучения Солнца. Известия АН России, серия «Физическая», Москва, 1996, 60, N8, 171-178.

- Babayev, E.S. Scintillation of transionospheric radio waves. European Space Agency (ESA) Publication EWP- 2064, ESA Publications Division: ESTEC Repro, Noordwijk, The Netherlands, 2000, 185 pages.

- Babayev, E.S. Solar-geophysical activity and scintillation of microwave radio signals propagating through ionized medium. In: ESA SP-477. ESTEC Repro, Noordwijk, The Netherlands, 2002, pp.417-420.

- Babayev, E.S., et al. Space weather and influenza epidemic in Azerbaijan during last 25 years. In: ESA SP-477. ESTEC Repro, Noordwijk, The Netherlands, 2002, pp.539-542.

- Babayev, E.S. JOSO National Report 2001 - Azerbaijan. In: Joint Organization for Solar Observations, Annual Report 2000/2001, A.Kucera (Ed.), Tatranska Lomnica, Slovakia, Astronomical Institute. 2002, vol.30/31, pp. 25 - 31.

- Babayev, E.S. Influence of the solar and geomagnetic activity on trans-ionospheric radio waves scintillation. Observations Solaires, G.Maris and M.Messerotti (Eds.), Editions de LAcademie Roumanie, Bucharest. 2002, pp.29-36.

- Babayev, E.S., et al. An influence of the heliogeophysical conditions on influenza diseases in Azerbaijan during 1976-2000. Observations Solaires, G.Maris and M.Messerotti (Eds.), Editions de LAcademie Roumanie, Bucharest. 2002, pp.37-40.

- Babayev, E.S. Non-Adiabatic Gas dynamic waves in the solar atmosphere. Observations Solaires, G.Maris and M.Messerotti (Eds.), Editions de LAcademie Roumanie, Bucharest. 2002, pp.106-113.

- Babayev, E.S. Some results of investigations on the space weather influence on functioning of several engineering-technical and communication systems and human health. Astronomical and Astrophysical Transactions, Taylor & Francis, 2003, vol. 22(6), pp.861-867.

- Babayev, E.S. Astronomical education in Azerbaijan: existing heritage, current status and perspectives. The Astronomical Society of the Pacific Conference Proceedings Series, IAU 8-th APRIM Proceedings, USA, vol. I (ISBN 1-58381-134-6), S.Ikeuchi, J.Hearnshow and T.Hanowa (Eds.). 2003, vol. CS-289, pp.157-164.

- Babayev, E.S., Allahverdiyeva, A.A. Geomagnetic storms and their influence on the human brain functional state. Revista CNIC: Ciencias Biologicas, Numero Especial, La Habana, Cuba. 2005, vol. 36, 7 pages.

- Babayev, E.S. An influence of changes of heliogeophysical conditions on influenza epidemics. Revista CNIC: Ciencias Biologicas, Numero Especial, La Habana, Cuba. 2005, vol.36, 5 pages.

- Babayev, E.S. Space weather influence on technological, biological and ecological systems: some major results of complex investigations conducted in Azerbaijan. Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839). 2006, vol.1(1), pp. 17-22.

- Stoupel, E., Babayev, E.S., Mustafa, F.R., Abramson, E., Israelevich, P., Sulkes, J. Clinical cosmobiology - sudden cardiac death and daily / monthly geomagnetic, cosmic ray and solar activity - the Baku study (2003-2005). Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839). 2006, vol.1 (2), cc. 13-16.

- Babayev, E.S., et al. On microwave radio scintillation effects and space weather impacts on electric power supply systems in middle latitudes. Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839). 2006, vol.1 (2), cc. 50-55.

- Kuznetsov, V.G., Hashimov, A.M., Babayev, E.S. Influence of space weather on systems of electric energy transmission in middle latitudes. J. Technical Electrodynamics, Kiev. 2006, No 5, pp. 49-59. (in Russian)

- Babayev, E.S., et al. An influence of changes of heliogeophysical conditions on biological systems: some results of studies conducted in the Azerbaijan National Academy of Sciences. Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839). 2007, vol.2(1), cc. 48-52.

- Babayev, E.S. et al. Space weather and beekeeping: an influence of solar and geomagnetic activity on honey bees and world honey production. Pchelovodstvo (Russian J. Beekeeping), Moscow. 2007, No 1, pp.12-15. (in Russian)

- Mustafa, F., Guliyev, A., Babayev, E., Shustarev, P. Solar activity influence on brightness changes of the periodic comets 29P/Schwassmann-Wachmann and 1P/Halley. Romanian Astronomical Journal (ISSN 1220-5168), 2007, vol. 17, Supplement (Eds.: Nedelia Antonia Popescu, Vasile Mioc, Cristiana Dumitrache), Publishing House of the Romanian Academy, Bucharest, pp. 111-118.

- Babayev, E.S. Space weather impacts on technological and ecological systems and human health: some results of Azerbaijani and collaborative studies. In: Recent Advances in Space Technologies - 2007, ISBN: 1-4244-1057-6, DOI: 10.1109/RAST.2007.4284095, 2007, pp.760-767.

- Stoupel, E., Mustafa, F.R., Babayev, E.S., Abramson, E., Israelevich, P., Sulkes, J. External triggers of sudden cardiac death (SCD). Journal of Interventional Cardiac Electrophysiology - An International Journal of Arrhythmias and Pacing, Springer, DOI: 10.1007/s10840-007-9103-3, 2007, vol.18, No 1, p.99.

- Babayev, E.S., Allahverdiyeva, A.A. Effects of geomagnetic activity variations on the physiological and psychological state of functionally healthy humans: some results of Azerbaijani studies. Advances in Space Research. Elsevier, 2007, vol.40, issue 12, pp.1941-1951. DOI:10.1016/j.asr.2007.02.099

- Stoupel, E., Babayev, E.S., Mustafa, F.R., Abramson, E., Israelevich, P., Sulkes, J. Acute myocardial infarction (AMI) occurrence – environmental links, Baku 2003-2005 data. Medical Science Monitor. International Medical Journal for Experimental and Clinical Research, New-York. 2007, vol.13 (8), pp. BR175-BR179.

- Crosby, N.B., Babayev, E.S. Promoting space weather studies in Eastern Europe and Western Asia. American Geophysical Union, EoS Transactions, USA, vol.89, No.15, 8 April 2008, p. 143.

- Хабарова О.В., Рагульская М.В., Бабаев Э.С., Димитрова С., Самсонов С. Результаты международного эксперимента по исследованию влияния изменений внешней среды на здоровье человека. Вестник Российской Военно-Медицинской Академии, том 3(23), прил.2, 2008, сс.412-413.

- Babayev, E.S., et al. Technological, socio-economic and ecological aspects of space weather impacts on the normal operation of oil and gas pipeline systems and reliability of electric power supply grids in Azerbaijan and South Energy Corridor region. Euro-Asian Journal of Sustainable Energy Development Policy (ISSN: 1791-6119), Athens, Greece, 2008, vol.1, No2, pp.15-26.

- Stoupel, E., Babayev, E.S., Mustafa, F.R., Abramson, E., Israelevich, E., Sulkes, J. Two groups of acute cardiac events and environmental physical activity. Солнечно-Земная Физика (Russian J. Solar-Terrestrial Physics), выпуск 12, том 2, Изд-во СО Российской АН, 2008, сс. 354-359.

- Babayev, E.S., Obridko, V.N., Asadov, V.V., Mustafa, F.R., Shustarev, P.N., and Allahverdiyev, A.R. Possible influence of space weather changes on dynamics of traffic accidents in middle latitudes. Солнечно-Земная Физика (Russian J. Solar-Terrestrial Physics), выпуск 12, том 2, Изд-во СО Российской АН, 2008, сс. 340-343.

- S. Dimitrova, F.R. Mustafa, I. Stoilova, E.S. Babayev, V.N. Obridko, K. Georgieva, T. Taseva, S.S. Aliyeva, Heliogeophysical activity and mortality from acute myocardial infarctions: results of studies based on data from Bulgaria and Azerbaijan, Солнечно-Земная Физика (Russian J. Solar-Terrestrial Physics), выпуск 12, том 2, Изд-во СО Российской АН , 2008, сс. 344-349. (In Russian).

- Babayev E.S. Solar and geomagnetic activities and related effects on the human physiological and cardio-health state: some results of Azerbaijani and collaborative studies. Proceedings of First Middle East and Africa IAU Regional Meeting MEARIM-I, No 1, 2008 (Cairo, Egypt, 5-10 April, 2008), Cairo University Press, Egypt, A.Hady & M.I.Wanas (eds.), ISBN: 977-403-330-2, 2008/24075, pp.235-241, doi:10.10107/977403330200154.

- H. Mavromichalaki, M. Papailiou, S. Dimitrova, E.S. Babayev, F.R. Mustafa. Geomagnetic disturbances and cosmic ray activity in relation to human physiological parameters: a wide collaboration, in: Proceedings of the 21-st European Cosmic Ray Symposium (ECRS-21), Košice, Slovakia, 9 - 12 September 2008, 2008, pp.351-356.

- Babayev E.S. Sun-Earth interaction: potential effects of solar activity and related geomagnetic disturbances on human health state on the Earth (middle latitudes). Proceedings of the 10th Asian-Pacific Regional IAU Meeting 2008 (APRIM-2008), August 3-6, 2008, Kunming, Yunnan, China, Shuang-Nan Zhang, Yan Li & Qingjuan Yu (Eds.), China Science & Technology Press, Beijing, 2008, pp.29-32, 2008.

- Dimitrova, S., Mustafa, F.R., Stoilova, I., Babayev, E.S., Kazimov, E.A. Possible influence of solar extreme events and related geomagnetic disturbances on human cardio-vascular state: results of collaborative Bulgarian-Azerbaijani studies. Advances in Space Research, Elsevier, 2009, vol.43, pp. 641-648, doi:10.1016/j.asr.2008.09.006.

- Stoupel, E., Babayev, E.S., Shustarev, P.N., Abramson, E., Israelevich, P., Sulkes, J. Traffic accidents and environmental physical activity. Int. J. Biometeorology, Springer, 2009, pp. 523-534, doi:10.1007/s00484-009-0240-5.

- S.Dimitrova, E.S.Babayev, N.B.Crosby. Space weather changes and human cardio-health state in middle latitudes. In: “Global Telemedicine and e-Health Updates: Knowledge Resources” (Eds. M.Jordanova and F.Lievens), ISSN 1998-5509, Vol. 2, 2009, Luxembourg, Luxexpo, pp.399-404.

- M. Papailiou, S. Dimitrova, E. S. Babayev, and H. Mavromichalaki. Analysis of Changes of Cardiological Parameters at Middle Latitude Region in Relation to Geomagnetic Disturbances and Cosmic Ray Variations. 7th International Conference of the Balkan Physical Union, Alexandroupolis, Greece, 9-13 September 2009, Series: American Institute of Physics (AIP) Conference Proceedings, vol. 1203, Angelos Angelopoulos and Takis Fildisis (Eds.), Springer-Physics, December 2009; 1510 p., With CD-ROM., Hardcover, ISBN 978-0-7354-0740-4, pp. 748-753.

- S.Dimitrova, E.S.Babayev, F.R.Mustafa, I.Stoilova, T.Taseva, K.Georgieva. Geomagnetic storms and acute myocardial infarctions morbidity in middle latitudes. Sun and Geosphere, The International Journal of Research and Applications (ISSN 1819-0839), vol.4, No.2, 2009.

- S.Dimitrova, E.S.Babayev, K.Georgieva, V.N.Obridko, F.R.Mustafa. Possible effects of solar and geomagnetic activity on sudden cardiac death in middle latitudes. Sun and Geosphere, The International Journal of Research and Applications (ISSN 1819-0839), vol.4, No.2, 2009.

- Germaine Cornélissen, Elchin Babayev, Franz Halberg. Gender differences in the chronome of sudden cardiac death incidence in the Absheron Peninsula, Azerbaijan, In: Noninvasive Methods in Cardiology (eds. Halberg F., Kenner T., Fišer B., Siegelová J.), ISBN 978-80-210-5356-4, Masaryk University, Brno, Czech Republic, 2010, pp.46-50.

- V.N.Obridko, A.B.Asgarov, B.D.Shelting, E.S.Babayev, “Correction of observations when calculating heliospheric magnetic fields from solar magnetograph data”, Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839), 2010, vol.5, No.1, pp. 34–37.

- Babayev, E.S., Crosby, N.B., Obridko, V.N., Rycroft, M.J. Potential effects of solar and geomagnetic variability on terrestrial biological systems. A Chapter in the Book: “Advances in Solar and Solar-Terrestrial Physics”, ISBN: 978-81-308-0483-5, Editors: Georgeta Maris and Crisan Demetrescu, Research Signpost, 37/661 (2), Fort P.O. Trivandrum-695 023, Kerala, India. 2012, pp.329-376.

- Helen Mavromichalaki, Maria Papailiou, Svetla Dimitrova, Elchin Babayev, Panayiotis Loucas, Space weather hazards and their impact on human cardio-health state parameters on Earth, Natural Hazards, Springer, 2012, vol.64, p.1447-1459. DOI: 10.1007/s11069-012-0306-2

- E. Stoupel, E. S. Babayev, E. Abramson, J. Sulkes. Days of “Zero” level geomagnetic activity accompanied by the high neutron activity and dynamics of some medical events-Antipodes to geomagnetic storms. Health, 2013, vol.5, No.5, 855-861. DOI:10.4236/health.2013.55113

- Н.С. Джалилов, Э.С. Бабаев. Исследования по физике Солнца, проводимые в Шамахинской Астрофизической Обсерватории за период 1953-2013 гг., Астрономический Журнал Азербайджана, 2013, т.8, №2, сс.12-26.

- B. D. Dimitrov, Babayev E. S. Cyclic variations in the dynamics of flu incidence in Azerbaijan, 1976-2000. Epidemiology and Infection, Cambridge University Press, 2014, DOI: 10.1017/S095026881400048X.

- Famil Mustafa, Ali Kilcik, Elchin Babayev, Atila Ozguc. Cosmic Ray Intensity and Solar Activity Variations Possible Effects on the Rainfall in Turkey and Azerbaijan and Caspian Sea Level Changes. Proceedings of the Seventh Workshop “Solar Influences on the Magnetosphere, Ionosphere and Atmosphere” (organized by: Space Research and Technologies İnstitute of the Bulgarian Academy of Sciences), Sunny Beach, Bulgaria, 1-5 June 2015, pp. 63-68.

- Svetla Dimitrova, Elchin Babayev, Famil Mustafa Potential Effects of the Heliogeophysical Activity on Dynamics of the Sudden Cardiac Death at Middle Latitudes on the Earth. Sun and Geosphere. The International Journal of Research and Applications (ISSN 1819-0839), 2016, vol.12 issue 1.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 
  1. Beynəlxalq Astronomiya İttifaqının üzvü (IAU, www.iau.org), (Division II – Sun and Heliosphere, Commission 12 and Division XII- Union-Wide Activities), 2003-cü ildən bu günə qədər;
  2. Avropa Astronomiya Cəmiyyətinin üzvü (EAS, eas.unige.ch), 1996-cı ildən bu günə qədər;
  3. Avroasiya Astronomiya Cəmiyyətinin (EAAS, http://www.sai.msu.su/EAAS/) İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisi, 1995-ci ildən bu günə qədər;
  4. Beynəlxalq Biometeorologiya Cəmiyyətinin (İSB, http://biometeorology.org/) üzvü, 2014-cü ildən. 
Pedaqoji fəaliyyəti

-       Azərbaycan Dövlət Pedaqoji Universiteti (1996-1997);

-       Bakı Dövlət Universiteti (1998-1999);

-       Əmək və Sosial Münasibətlər Akademiyası (1996-1999)

-       289 nömrəli məktəb – “Zəngi” liseyi (1995-2009) -   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rəhbər Dövlət İdarəşiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kursları (2013-2016)  

Digər fəaliyyəti 

-       AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri;

-       ŞAR Elmi Şurasının sədr müavini;

-      AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın Baş redaktor müavini. 
Təltif və mükafatları

“Tərəqqi” medalı (sentyabr 2005)

Əsas iş yeri və ünvanı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu,

Bakı şəhəri, AZ1069, Atatürk prospekti, 48B   
Vəzifəsi İcraçı director 
Xidməti tel. (+994 12) 489 08 94 
Mobil tel. (+994 50) 213 14 59 
Ev tel.  
Faks (+994 12) 489 08 92 
Elektron poçtu

elchin.babayev@sdf.gov.az