Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Radiasiya Problemləri İnstitutunun fəlsəfə doktorları

Rzayev Nizami Rza oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Naxçıvan rayonu ( indiki Babək rayonu) Yarımca kəndi
Təvəllüdü 01.01.1956
Bitirdiyi ali təhsil müəssisəsi Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji İnstitutu, (Naxçıvan Dövlət Universiteti)
Elmi dərəcəsi Biologiya üzrə fəlsəfə doktoru
Elmi rütbəsi dosent
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

02406.02 (03.00.04) 2406.02 (03.00.04) 2409.01 (03.00.15)

Genetika və biokimya

Növdaxili və növlərarası buğda hibridlərində bəzi biokimyəvi əlamətlərin irsiyyətinin öyrənilməsi.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

110

63


32

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 7
Kadr hazırlığı:     

-fəlsəfə doktorlarının sayı


2

Əsas elmi nailiyyətləri

1977-1980-ci illərdə Naxçıvan Elm Mərkəzinin Biokimya və Farmakoqnoziya Laboratoriyasında Gəvən (Astragalus microsüphalus L.), akonit (Aconitum L.), qara tut (Morus nigra) bitkisindən sərbəst aminturşuların, flavonoidlərin, antosianların və alkaloidlərin  identifikasiyasını və ayrılmasını tədqiq etmişdir.

1980-1990-cı illərdə AMEA Genetika və Seleksiya İnstitutu Biokimya və Texnologiya Laboratoriyasında- Buğda, egilops, ayrıq, çovdar növlərində  və uzaq hibridlərində zülallar və zülalın fraksiyalarının, fermentlərin, aminturşuların, şəkərli maddələrin, karotinoidlərin, vitaminlərin, piqment maddələrinin, yağların, lipoidlərin və texnoloji əlamətlərin irsiyyətini tədqiq etmişdir. İlk dəfə Azərbaycanın genetik fondda toplanmış buğda, egilops, çovdar, haynaldiya, ayrıq cinsinin növlərinin, seleksiya pitomnikində olan perspektiv formaların  zülalın prolamin, albumin fraksiyası və fermentlərinin elektroforetik spektrlərinə əsasən onların pasportlaşdırılmasını aparmışdır. Perspektivli sortlarda zülalın fraksiyaları (qliadin, qlütenin, qlobulin və albuminlərin), kleykovina, nişasta, aminturşuların (Aminturşu analizatorunda), karotinoidlərin və yağların kəmiyyət və keyfiyyətini tədqiq etməklə onların texnoloji əlamətlərlə əlaqəsini öyrənmişdir.

1990-ci ildə Naxçıvanda AMEA-nın Naxçıvan Elmi-Tədqiqat Bazasının yaradılmasını, onun bazası əsasında 2002-ci ildə Bioresurslar İnstitutunun yaradılmasını təşkil edib, burada kənd təsərrüfatı, dekorativ, yem və dərman əhəmiyyətli mədəni və yabanı bitkilərin genofondunun toplanması, öyrənilməsi, yeni hibrid formaların seleksiyasını aparmış və biokimyəvi tərkibini tədqiq etmişdir. Naxçıvan MR ərazisində təbii hibrid göy ərik, may - oktyabr ayında yetişən xalq seleksiyası sortlarını, nadir üzüm, tumlu və çəyirdıkli meyvə, giləmeyvə sortlarını aşkar etmiş və bərpa edərək genofonda (987sort) daxil etmişdir. Yeni bitki hibridləri: ərik x şəftəli, badam x şəftəli hibridləşməsindən şirin toxumlu, üzəri tüksüz şəftəli, bədrənc x reyhan hibridindən limon ətirli yeni reyhan yetişdirib, onlardan limonad, Balzam, radioprotektor xassəli kosmetik kremlər istehsalı texnologiyası işləyib hazırlamışdır. Kimyəvi mütagenlərin (kolxitsin və NDMM) təsiri ilə tikansız, məhsuldar sarıçiçək bitkisi (Carthamus L.)  yaratmış və sarıçiçək yağı və təbii rəngləyici alınma texnologiyasını hazırlamışdır. Yüksək zülala malik, məhsuldar "Üfüq", "Araz","Həbib" buğda sortları yetişdirmişdir. Yabanı İri meyvəli Doqquzdon (Lonicera japonica Thunb.), Yemişan (Crataegus L.) seçmiş, Şabdar (Trifolium resupinatum L.) populyasiyasından yüksək məhsuldar və bal verən forma seçmişdir. Ədviyə, tərəvəz, dərman, yem əhəmiyyətli yabanı bitkilərin və Azərbaycanın digər ərazilərindən perspektivli meyvə və giləmeyvə sortların introduksiyası üçün birgə tədqiqatlar aparmışdır. Yemişan, itburnu və çaytikanı likörləri alınması üçün texnologiya işləyib hazırlamışdır və  2001-ci ildə patentləşdirmişdir. Naxçıvan MR ərazisində ilk dəfə çaytikanı (Hippophae rhamnoides.L.) bitkisinin introduksiyasını, genetik fondunun toplanması, hektardan 50-70 ton meyvə məhsulu verən,tərkibinən 12,6% yağ olan “Naxçıvan 1”,Qısaboylu “Saray” çaytikanı sort-nümunəsini yaratmışdı. Çaytikanı sortlarının Naxçıvan MR üçün plantasiyalarını yaratmışdı. İlkdəfə 1991-ci ildə İran İslam Respublikasının Urmiyə, Təbriz  Vilayətləri və Türkiyə Respublikasının Araşdırma Mərkəzləri və universitetləri ilə Kənd təsərrüfatı sahəsində birgə tədqiqat işləri aparılması üçün müqavilə  Protokol  imzalamışdır.  Bunun nəticəsi olaraq Naxçıvan MR ərazisində ilk dəfə şəkər  çuğundurunun tiploid toxumlarından sənaye miqyasında əkininə başlanmışdır.Taxıl bitkiləri genetik fondunda  xalq seleksiyası sortları və endem yabanı buğda və arpa ilə yanaşı 3658 adda perspektivli hibridlər toplamışdır.Onlardan 260 perspektivli forma Genetik Ehtiyatlar İnstitutu fonduna verilmişdir.

2006-cı ildən etibarən AMEA Radiasiya Problemləri İnstitutunda;     Radioaktiv şüaların bitkilərə molekulyar-genetik  və biokimyəvi təsirinin öyrənilməsi nəticəsində radioprotektor və antimutagen xüsusiyyətli bitki mənşəli bəzi maddələri müəyyən etmişdir. Radioprotektor maddələrlə zəngin bitkilər müəyyən edilərək məhsuldar formaları əsasında xammal bazası yaradılması; şüalanma etimalı olan şəxslərin sağlamlığının qorunması üçün profilaktik ərzaq məhsulları hazırlanma texnilogiyasını işləmişdir (MN Sanitariya və Epidemiologiya Mərkəzində). Çaytikanı meyvəsinin  tullantısız texnologiyaya əsaslanmaqla emalından ekoloji təmiz yağ alınması; Hippophae rhamnoides, Ocimum basilicum, Nigella sativa, Triqonella L., Triticale efir və piyli yağlarından ibarət  radiasiya şüalanmalarına qarşı və müalicəvi  məlhəm hazrlamış və patentləşdirilmişdir. Buğda və  çaytikanı yağı; yemişan, itburnu və çaytikanı likörləri alınması üçün texnologiya işləyib hazırlamışdır və patentləşdirilmişdir. Müxtəlif dozalı radiasiya şüalarının bəzi bitkilərin reyhan (Ocimum basilicum L.), bədrənc(Melissa L), çörəkotu (Nigella sativa L), şənbələ (Triqonella L.), Elytriqia.) uzaq hibridlərinin fertilliyinə, rezistentliyi, morfoloji əlamətlərin modifikasiya və mutasiya dəyişkənliyi; qamma şüaların buğda hibridlərinin biokimyəvi əlamətlərinin kəmiyyət və keyfiyyətinə  təsirini öyrənmişdir.

Elmi əsərlərinin adları

RzayevN.R., İmaməliyev Q.N. Çaytikanı.”Nafta–Pres”, 2002. 85s.

Rzayev N.R. “Azərbaycan buğdaları”. “Əcəmi” 2001. 322c.

Rzayev N.R. “Azərbaycan florasının Aegilops L. növləri” “Əcəmi” 2003.

Рзаев Н.Р . Изменчивость и наследование содержания аминокислот у межвидовых гибридов пшеницы. Матер.V съезда. ВОГиС им.Н.И.Вавилова. Москва, 1987. т.IX.ч.2.

Рзаев Н.Р., Касумов К.К. Изменчивость и наследование содeржания белка и его фракций у гибридов пшеницы F1. "Известия" АН.Аз.ССР.1987. №4.

Рзаев Н.Р. Изменчивость и наследование сод.  белка и его фракций у гибридов пшеницы F2. "Известия " АН.Аз.ССР.1988.№2

Рзаев Н.Р. Наследование компонентного состава глиадина у межвидовых гибридов пшеницы. Мат. У. сьезда АзОГиС. Баку. "Элм", 1989.

Рзаев Н.Р. , Ибрагимов Б.Ш. Накопление алколоидов аконита носатого в зависимости от места произрастания и фазы развития. Конф."Рационал. использ. растител. сырья". Кишинев. 1989

Рзаев Н.Р. Технологические качества межвидовых константных гибридов.  Конф. "Рационал. использ. растител. сырья". Кишинев. 1989

Рзаев Н.Р. Элeктрофоретические изучения эгилопсо – пшеничных гибридов в F2. Конф. "Биология раз. живот. растений" Ташкент. 1991.том.1

Рзаев Н.Р., Степанова Л.Н. Связь компонентного состава глиадина с хозяйственно – ценными  признаками у межвидовых гибридов пшеницы. "Биология раз. живот. и растений". Ташкент. 1991. том. 2

Rzayev N.R., Mikromolekullu üzvi maddələrin buğda bitkisinin seleksiyasında istifadə edilməsi. "Genetika və seleksiya problemləri" Genetika və Seleksiya İnstitutunun  Əsərləri. Bakı 1994, Bakı.

Rzayev N.R., Piriyev M.Z. Buğda , çovdar və egilops hibridlərində zülalın miqdarca dəyişməsinin genetik cəhətdən öyrənilməsi. Naxçıvan DU-nin əsərləri. "Qeyrət" nəşriyyatı.1999. 96-101.

Rzayev N.R., İmaməliyev Q.N. Çaytikanı bitkisinin təbiətin mühafizəsində əhəmiyyəti. Beynəlxalq konfrans. İran, Ərdəbil. 1999-.(ingilis dilində)

Рзаев Н.Р. Изучение аминокислотного состава проламиновой фракции белка злаковых растений. Материалы конференции «International symposium «Novel and non- conventioal plants, prospects of practical use». Kinel, 108-113.

Rzayev N.R. Uzaq hibridlərdə zülal və amin turşularının irsiyyətinin öyrənilməsi. Naxçıvan EM.əsərləri."Əcəmi"  nəşriyyatı.2001, 14-19

Rzayev N.R., Taxıl cins və növlərinin prolamin və merkaptoetanol- prolaminlərinin aminturşu tərkibi. Naxçıvan ETB-nin əsərləri.№1 2002. 6 -12

Rzayev N.R., Vəlisoy A.N. Buğdanın birinci nəsl uzaq hibridlərində formaəmələgəlmə prosesinin öyrənilməsi. Naxçıvan ETB-nin əsərləri. №1 2002. 12 -18

Rzayev N.R. Naxçıvan MR-nin buğda və buğdayı ot cinləri. Naxçıvan ETB-nin əsərləri. №2, 2002. 29-40

Rzayev N.R. Ecological and medical advantaje of Sea-buckthorn plant. Nint İnternational Congress Baku, (7-9) June, 2007 668-671

Rzayev N.R. Quality of Grain wheat-aegilops hybrids.SJYR Transaction on Agri   Science, volume 5, № 1, Ardabil (2008).p15-20.

Rzayev N.R. Uzaq hibridləşmə nəticəsində alınmış perspektivli hibridlərin texnoloji və biokimyəvi xüsusiyyətləri. Azərbaycan Aqrar Elmi-2008, № 3, səh 36-39.

Rzayev N.R., Yabanı ikidənli buğdaların növdaxili polimorfizmi. AMEA xəbərləri.( Biologiya elmləri) cild 64.N 3-4; 2009; səh.122-128.

Rzayev N.R  Buğda,çovdar,egilops  hibridlərində lipidlərin öyrənilməsi.AMEA Botanika İnstitutunun əsərləri XXVII cild Bakı "Elm" 2007, səh 177-182.

Rzayev N.R  Taxıl bitkilərinin biokimyəvi sistematikasının hazırlanmasında zülal markerlərdən istifadə.-  AMEA Botanika İnstitutunun əsərləri. XXVIII cild, Bakı,"Elm" 2008, səh 64-68.

Rzayev N.R  Study of the influence of laser and gamma rays on far genetic hybrids. The fifth eurasion conference nuclear science and its application, Ankara,Turkey 2008. 144-145.

Rzayev N.R., Polşa buğdasının (Polonicum L.)  təkamülü./ AMEA Botanika İnstitutunun əsərləri/- XXIX cild, Bakı "Elm" 2009,səh 855-862.

Rzayev N.R  Azərbaycanın perspektivli buğda sortları. AMEA Botanika İnstitutunun əsərləri. XXIXc. “Elm” 2010, s. 362-367

Rzayev N.R  Azərbaycanın pərinc sortlarının seleksiya əhəmiyyəti. AzərbaycanMEA Botanika institutunun elmi əsərləri.  cild XXXI,  2011; səh.295-200

Rzayev N.R  Uzaq hibridləşmə nəticəsində alınmış perspektivli hibridlərin texnoloji və biokimyəvi xüsusiyyətləri. Azərbaycan Aqrar Elmi. 2008,№ 3, 35-39.

Рзаев Н.Р.  Сравнительное изучение активности ферментов амилазы у отдаленных гибридов пшеницы. IVМежд. Научно-практич. Конф. «Интродукция нетрадиционных и редких сельскохозяйственных растений»24-28 июня 2002 года, том I, Ульяновск, стр.270-272.

Rzayev N.R., A genetic fund of wild wheat and their role in evolution of grain in Nakhichevan AR. VIII International symposium «Novel and non- conventioal plants, prospects of practical use».Moscow, 2009, 161-168pp.

Rzayev N.R., A genetic fund of grasses of  Nakhichevan Autonomus Republic. Материалы конф. «Интродукция нетрадиционных и редких растений»   -22-26 июня 2009, Moskva , стр. 376-379

Rzayev N.R., Comparative analises of gliadine polymorphism in a Triticum monococcum L. collection. “Агротехника и продуктивность 21-веках”.Белгор. научно - исслед. ин-т сел. хоз-ва. Белгород -, 2010,стр. 276-279.

Rzayev N.R..  Sinskajae wheat –Triticum  Sinskayae A.Flat.et Kurk Материалы межд.  конф. «Проблемы эволюции и систематики културных растений». Санкт-Петербург. 2009. стр.

Rzayev N.R.Abşeron yarımadasının bəzi neftçıxarma sahələrinin çirklənmiş torpaqlarının ekoloji monitorinqi və rekultivasiyası.  "Akad.H.Ə.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfransın materialları" 5-7 dekabr 2007; Bakı.

Rzayev N.R  Lazer və qamma şüaların buğdanın uzaq hibridlərinin forma əmələgəlmə prosesinə təsiri. “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri”. III beynəlxalq konfrans. 2010

Рзаев Н.Р.  Влияние гамма излучений на изоензимный спектр и активности перексидaзы пшеницы.  "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi "  VI beynəlxalq elmi konfrans .6-7 dekabr 2007. Sumqayıt 2007 стр 113-114.

Rzayev N.R  γ- şüaların buğdanın uzaq hibridlərinə təsirinin öyrənilməsi. M.K.Kərimovun anadan olmasının 60 illiyinə həsr olunmuş elmi konfransın materialları. 2008.

Рзаев Н.Р. Исследование коллекции вида пшеницы Triticum monococcum L. по полиморфизму глиадинов . Междн. Конф. « Экология и биоразнообразия растений» Новосибирск, 2008 ,с. 118-125.

Rzayev N.R.  Azərbaycanın buğdayıot növləri və onların genetik uzaq hibridlərində formaəmələgəlmə prosesinin tədqiqi .  “Faydalı bitkilərin istifadəsinin aktual problemləri”. Konf. Botanika İnstitutu, 25-28noyabr., Bakı, 2011, s. 423-428

Rzayev N.R.   Texnology  of development  phytogenetic protectors   and creation of raw- material base..” İnt.conf. Perspektives of  peaceful use of nuclear energy , 23-25 nov.2011, Baku,Azerbaijan, pp.81-82

Rzayev N.R.   The plants with essence oil are potential radio protectors. Perspektives of  peaceful use of nuclear energy , 23-25 nov.2011, Baku, Azerbaijan. 82-85

Рзаев Н.Р. Межродовые гибриды пшеницы с эгилопсов мощный источник повышение качества зерна. XXIst  Int. symposium « Eniology. Non-conventional plant growing. Ecology and medicine». September 16-19, 2012,   Alushta.

Rzayev N.R.  Quliyev N.T  Azerbaijan Sea Buckthorn Varieties and  their Significance  in Medicine « Non-conventional plant growing. Ecology and medicine». 9-16, 2012, Alushta

Rzayev N.R. Evolution and genetic variety of the wheat species of Т. vavilovii Jakubz..  III Вавиловской международной конференции «Идеи Н.И.Вавилова в современном мире”. 6 по 9 ноября 2012, Санкт-Петербург. 

Rzayev N.R.   Новые сорта тритикале- сырьевая база радиопротекторных  и антимутагенных веществ. The V İnternational conference « Perspectives of peaceful use of nuclear energy”  November 21-23, 2012 Baku, Azerbaijan.

Rzayev N.R. et al. The study of the biochemical properties of Nigella sativa L. and their use as radiation protectors.. The V İnternational conference "Perspectives of peaceful use  of nuclear energy”  November 21-23, 2012 Baku, Azerbaijan. pp. 78-81.

Rzayev N.R.   Vavilov buğdasının təkamülü və genetik biomüxtəlifliyi.  Azərbaycan   MEA Botanika İnstitutunun Elmi Əsərləri.  cild XXXII,  “Borçalı” , 2012, s.355-360.

Рзаев Н.Р. Tритикале - сырьевая база радиопротекторных и антимутагенных веществ. XXIIst international symposium «Protection of bio- and noosphere. Eniology. Non-conventional plant growing. Ecology and medicine».  .September 9-16, 2013, Alushta

Рзаев Н.Р. et al. Study of biochemical content of some ether-oils plants and medical and industrial technology. “Radiation research and its practical aspects”. 20-21 November 2013.Baku, pp.115-118

Рзаев Н.Р. и др. Создание сырьевой базы радиопротекторных веществ растительного происхождения. «Radiation research and its practical aspects». 8th 20-21 November 2013.Baku, pp.118-121..

Рзаев Н.Р.  Пшеницы Азербайджана и ее отдаленные гибриды –источники радиопротекторных веществ.  Radiation research and its practical aspects. 8th Conferense Dedicate to M.K. Karimov’s 65th Anniversary. 20-21 November 2013.Baku, pp. 121-122.

Рзаев Н.Р.  Тайная способность необыкновенных людей. Международный конгресс «Здоровый Мир – здоровый Человек» 15 – 19 октября 2013г., Alushta ,Крым.

Rzayev N.R Şorakət və neftlə çirklənmiş torpaqların bərpası və ekoloji təmiz məhsul istehsalı. Materials of international scientific-practical conference on theme “Estimation of the accidents risks and problems of security in oil and chemistry industry” Baku, “Politex” , 2014. 133-138.

Rzayev N.R. Evolution and genetic diversity of the wheat species of T. turanicum Jakubz. and their selection value/ İnternational Journal of Material Science and Applications 2014, 3(6-1)

Rzayev N.R. Azərbaycanda ərzaq  təhlükəsizliyinin həllində bitki genetic fondunun əhəmiyyəti. “ Fövqaladə hallar və təhlükəsiz həyat” 2015.Bakı 108-115.

Rzayev N.R. Study of Phylogenetic Relationship of  T. timopheevii Zhuk. and T.timonovum Heslot. et Ferrary Wheat Species. İnternational Journal of  Biology and Medicinal Sciences. Vienna, Austria, “EASTWEST”, 2014. P. 15-26.

Rzayev N.R.Gamma-radiation influence on morphological features and biochemical properties of genetically distant wheat hybrids/  Journal of Radiation Researsh. Vol.2 , № 1.2015.

Rzayev N.R . The Radiopotector's Properties New-Perspektive Form of Sea-Buckthorn. /  Journal of Radiation Researsh/.2018/

Rzayev N.R .Çaytikanı meyvələrinin tullantısız emalı ilə yağının alınma üsulu. Patent 20120010.

Rzayev N.R,Abdullayev N.M. Müalicəvi diş məcunu “Çaytikanı” Patent.2016 0077. Rzayev N.R. “Çaytikanı yağının alınma üsulu”.Patent 20160027.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  1. FAO Biokimya üzrə eksperti (1985-1990 illər)

2. Rusiya Tibb Elmləri Akademiyası Alternativ Üsullarla Müalicə Assosiasiyasının üzvü (2012-ci ildən)

3. Rusiya və Azərbaycan Genetika cəmiyyətinin üzvü

4. Rusiya və Azərbaycan Botanika cəmiyyətinin üzvü

5. Azərbaycan Biokimya cəmiyyətinin üzvü

Pedaqoji fəaliyyəti Orta ümumtəhsil və texniki peşə məktəbi kimya və biologiya müəllimi ((1972-1980)
Digər fəaliyyəti  “Ekologiya və İctimaiyyətin səsi” qəzetində  I müavin; Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Təltif və mükafatları

1.  Beynəlxalq “Qalen” medalı, (2015-ci il)

2.  “Qızıl Qələm” mükafatı laureatı

3. “Xalqın nüfuzlu ziyalısı” Fəxri Diplomu

4. “Həsən bəy Zərdabi” mükafatı laureatı Fəxri Diplomu

5. “Azərbaycan Bayrağı” döş nişanı və doplomu

6.  Avropa ME “Ən yaxşı tədqiqatçı Alim”qızıl medalı.

7. “İlin alimi”  diplomu

Əsas iş yeri və ünvanı AMEA Radiasiya Problemləri İnstitutu, AZ1143, B.Vahabzadə küç., 9, Bakı şəhəri, Azərbaycan Respublikası
Vəzifəsi Aparıcı elmi işçi
Xidməti tel. (+994 12) 510 26 81
Mobil tel. (+994 50) 3236991,

(+994 70) 3236991

Ev tel. (+994 12) 5601071
Faks  
Elektron poçtu rzayevnr@rambler.ru