Əsədli Könül Xanqulu qızı

 

Anadan olduğu yer Azərbaycan, Ağsu  
Təvəllüdü 02.10.1979   
Bitirdiyi ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti  
Elmi dərəcəsi Tarix üzrə fəlsəfə doktoru 
Elmi rütbəsi  

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad


 

5102.01                                                                               

Etnoqrafiya, etnologiya                                         

“Ə.Ələkbərovun tədqiqatlarında arxeologiya və etnoqrafiya elminin problemləri”

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

30

 

4

 

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfədoktorlarının sayı

 
Əsas elmi nailiyyətləri

Ə.Ələkbrovun arxeoloji və etnoqrafik səciyyəli tədqiqatlarının Azərbaycan xalqının bəşər tarixində yerinin və rolunun müəyyənləşdirilməsində əsas mənbə kimi rol oynaması.

Ə.Ələkbrov Azərbaycan xalqının çoxçalarlı maddi və mənəvi mədəniyyətinin zənginliyini, milli etnoqrafiyamızın özünəməxsusluğunu qabarıq şəkildə göstərmişdir.  Tədqiqatçının müxtəlif arxeoloji obyektlərdə apardığı arxeoloji qazıntılar nəticəsində Azərbaycan xalqının bu və ya digər  məsələləri işıqlandırılmışdır.                            

Şirvan bölgəsi əhalisinin əsrlər boyu formalaşdırdığı mənəvi mədəniyyəti və bununla bağlı bir sıra ümumiləşdirmələr  Şirvan ərazisi qədim mədəniyyət mərkəzlərindən biri olaraq zəngin və çoxəsrlik mədəniyyəti ilə nəinki Azərbaycanda eləcə də, qədim Şərqin iqtisadi və mədəni həyatında ənənəvi rolunu və əhəmiyyətini itirməmişdir. Daş, su, əcdad və qismən də ağac ayini ilə bağlı inancların Şirvan bölgəsi əhalisinin məişətinə böyük təsiri olduğu danılmazdır. İslam dininin güclü təsir gücünə malik olmasına baxmayaraq ibtidai dini ayinlər əsrlərdən əsrlərə süzülüb gəlmiş, əhalinin məişətində böyük iz buraxmışdır. Şirvan bölgəsində sufilik geniş deyil, müəyyən bir çərçivədə yayılmışdır.  

Azərbaycan musiqi sənəti sahəsində özünəməxsus yeri və siması olan Şirvan aşıq mühiti orijinal və ənənəvi ifa tərzinə malik olan aşıq mühiti hesab olunur. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şirvan bölgəsinin aşıq sənəti qədim kökləri və milli koloriti özündə əks etdirən bir  mədəniyyət örnəyidir.       XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın ədəbi − ictimai aləmində Şirvan bölgəsinin ədəbi mühitinin də önəmli yeri olmuşdur.   

Elmi əsərlərinin adları

1. Azərbaycanda su kultu

2. Ağsu rayonunun bəzi toponimlərinin mənşəyinə dair XIX-XX əsrin əvvəllərində Şirvanda dini görüşlər (Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir rayonlarının materialları əsasında)

3. XIX-XX əsrin əvvəllərində Şirvanda ayinlər və mərasimlər (Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir rayonlarının materialları əsasında)

4. Azərbaycanın ictimai – siyasi və mədəni həyatında Şirvan bölgəsinin rolu (tarixi –etnoqrafik araşdırma).

5. XIX-XX əsrin əvvəllərində Azərbaycanın Şirvan bölgəsinin aşıq sənəti haqqında

6. XIX-XX əsrin əvvəllərində Şirvan ədəbi mühitinin Azərbaycan mədəniyyətinin inkişafında rolu.

7. XIX-XX əsrin əvvəllərində Şirvan bölgəsində xalq inamları

8. Zəngin mədəniyyətimizin təbliğində Şirvan bölgəsi

9. Diyarşünaslıq Muzeylərinin rolu

10. Şirvan ipəyi və Böyük İpək Yolunda Şirvan bölgəsinin rolu (tarixi – etnoqrafik araşdırma)

11. Şirvanda musiqi sənəti haqqında.

12. XIX-XX əsrin əvvəlləri XIX XX əsrin əvvəllərində Şirvanda qonaqpərvərlik

13. Народные и религиозные праздники в Ширванском регионе Азербайджана в конце XIX- начале XX вв.

14. Mənəvi mədəniyyətin öyrənilməsində Milli AzərbaycanTarix Muzeyinin rolu

15. Etnoqrafiya – xalqşünaslıq elmi və muzeylər

16. Eski Türk halklarının sanat örneklerinde akisini bulmuş dini görüşler

17. Bir fikir harekatının yüz yılı.Azerbaycan Halk Cumhuriyetininnkurucusu M.E.Resulzade ve Türkçülük Kuruluşundan 90 yılına Türkiye Cumhuriyeti Ə.Ələkbərov ayrımlar haqqında

18. Azərbaycanda muzey işinin təşəkkülündə Ə.Ələkbərovun rolu

19. Görkəmli alim Ələkbərovun elmi tədqiqatları haqqında

20. Ə.Ələkbərovun küp qəbirlər mədəniyyəti üzrə apardığı arxeoloji tədqiqatlar

21. Ə.Ələkbərovun Naxçıvan ərazisində apardığı arxeoloji qazıntılar və onların təhlili

22. Ə.Ələkbərovun tədqiqatları

23. Ə.Ələkbərovun tədqiqatlarında arxeologiya və etnoqrafiya elmlərinin problemləri

24. Xalq yaşayış evlərinin tədqiqində Ə.Ələkbərovun rolu

25. Ə.Ələkbərovun əsərlərində mənəvi mədəniyyət

26. Ə.Ələkbərov qadın geyimləri haqqında

27. Ə.Ələkbərovun Örənqala şəhər yerindəki qazıntıları

barədə

28. Azərbaycanın tarixi memarlıq abidələri Ə.Ələkbərovun əsərlərində

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti   
Təltif və mükafatları  
Əsas iş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı şəhəri, H.Cavid prospekti, 31  
Vəzifəsi Böyük elmi işçi 
Xidməti tel. (+994 12) 5391507
Mobil tel. (+994 50)3938452 
Ev tel.  
Faks  
Elektron poçtu feyakonul@rambler.ru