Yusifzadə Xoşbəxt Bağı oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri   
Təvəllüdü 14.01.1930 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


04.00.17

Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı

Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


04.00.17

Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı

Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı
 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

Aprel 2007-ci il

Neft-qaz yataqların geologiyası, kəşfiyyatı və axtarışı
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
203

 

81

 

30

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 5 müəlliflik şəhadətnaməsi və 3 patent 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


3

Əsas elmi nailiyyətləri - Akademik X.B.Yusifzadə Xəzər dənizində neft-qaz ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqnozunu vermiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələrini tərtib edib həyata keçirmiş, onun redaktorluğu altında Azərbaycanın neftliliyinə və qazlılığına aid bir sıra xəritə və atlaslar – «Azərbaycanın neft və qaz yataqları və perspektivli strukturları» (miqyası: 1:500 000 , 1985-ci il) xəritəsi, «Azərbaycanın geoloji xəritəsi» (dəniz və quru; miqyası: 1:500 000, Azərbaycan, rus və ingilis dillərində, 2007-ci il) və s. nəşr edilmişdir;

- Dəniz neft və qaz yataqlarında sürətləndirilmiş kəşfiyyat üsulu və metodikasını, Xəzərin Azərbaycan sektorunda Məhsuldar Qat (MQ) çöküntülərində böyük dərinlikdə çoxmərtəbəli neftqazlılığa və böyük stratiqrafik diapazona malik perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasının üçmərtəbəli («Fasilə», «Qirməkialtı» və «Qala» lay dəstələri) üsulunun elmi əsaslarını işləyib hazırlanmış və tətbiq etmişdir;

- X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20-dən çox neft və qaz-kondensat yatağı, o cümlədən Xəzərin Azərbaycan sektorunda Bahar, Səngəçal-dəniz – Duvannı-dəniz – Xərə-Zirə adası, Xərə-Zirə-dəniz, Günəşli, Çiraq, Azəri, Kəpəz, Şahdəniz, Xəzərin Rusiya sektorunda İnçxe-dəniz, Qazaxıstan sektorunda Rakuşeçnaya və Skalistоyе-more, Türkmənistan sektorunda LAM (indiki Geytun), Qubkin (indiki Qaragöl-dəniz), Livanov (indiki Mahtumqulu), Priçelekenskiy kupol (indiki Çələkən kümbəzi), Barinov (indiki Diyarbəkir) və s. yataqlar kəşf edilmişdir;

- Kəşfiyyatda ilk quyu ilə yatağın aşkar edilməsinin dəniz şəraitində xüsusilə böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, X.B.Yusifzadə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlarda ilk quyunun yerinin seçilməsi prinsiplərini (tağdan uzaqlaşma prinsipi) işləyib hazırlamış və bu prinsipin Günəşli, Azəri, Çiraq (bunlar ilk quyu ilə aşkar edilmişdir) yataqlarında həyata keçirilməsinə nail olmuşdur;

- X.B.Yusifzadənin rəhbərliyi və iştirakilə hidrotexniki-mədən qurğularının istismar müddəti nəzərə alınaraq, Xəzərin Azərbaycan sektorunda aşkar edilmiş neft-qaz yataqlarında hər mərtəbənin istinad horizontu eyni zamanda yatağın işlənilməsində də istinad horizontu kimi qəbul edilməklə, kəşfiyyat və sınaq-sənaye istismarı mərhələlərinin birləşdirilməsi metodikası işlənilmişdir. Beləliklə, aşkar edilmiş neftli-qazlı layların kəşfiyyatı qabaqlayıcı istismar qazması ilə aparılmış, yataqların qısa müddətdə işlənilməyə hazırlanması və istismara daxil olması təmin edilmişdir;

- Alimlərin bir qrupu (M.T.Abbasov, F.H.Orucəliyev və b.) ilə birlikdə X.B.Yusifzadə dəniz qaz-kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin və yataqların işlənilməsinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamışdır. Bu dəyərli iş 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür;

- X.B.Yusifzadənin bilavasitə rəhbərliyi altında Cənubi Xəzər hövzəsindəki əsas neft və qaz yataqlarının geoloji-fiziki və istismar parametrlərinin təyin edilməsi məqsədilə neft və qaz-kondensat yataqlarının işlənmə vəziyyəti öyrənilmiş və sistemli şəkildə təhlil edilmişdir. Yataqların parametrlərindən asılı olaraq, lay təzyiqinin saxlanılması məqsədilə müxtəlif suvurma sistemlərinin seçilməsi və konkret yataqlarda tətbiq edilməsi məsələləri həll olunmuş və bunun nəticəsi kimi, dünya təcrübəsində birincilər sırasında Neft Daşları yatağında ümumi neftvermə əmsalının 0,5 olmasına baxmayaraq, yatağın bəzi sahələrində bu əmsal 0,8-ə çatdırılmışdır;

- Xəzər dənizinin dərinsulu hissəsində iri neft və qaz yataqlarının aşkara çıxarılmasının və onlardan istifadə olunmasının sürətləndirilməsini təmin edən elmi-texniki kompleksin yaradılması və tətbiqi işinə dəyərli töhfələr vermişdir. Bu böyük iş üçün alim və mütəxəssislərin bir qrupu ilə birlikdə X.Yusifzadə 1991-ci ildə ikinci dəfə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür;

- X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakilə xarici şirkətlərlə birlikdə geoloji-geofiziki, elmi-tədqiqat işləri aparılmış və saziş sahələri üçün geoloji-kəşfiyyat işlərinin proqramı və işlənilmənin layihələri hazırlanmışdır;

- Xəzərin neft və qaz-kondensat yataqlarının kəşfiyyatında perspektivli strukturların tektonik-struktur quruluşlarının mürəkkəbləşmə dərəcəsindən asılı olaraq, axtarış-kəşfiyyat quyularının sayının təyin edilməsi üçün empirik düsturlar verilmişdir;

- Azəri-Çiraq-Günəşli və Şah-dəniz neft və qaz-kondensat yataqlarında axtarış-kəşfiyyat işlərinin xarici neft şirkətləri tərəfindən tətbiq edilən metodikası X.B.Yusifzadənin əvvəl Xəzər dənizindəki neft-qaz yataqları üçün işləyib hazırladığı və uzun illər tətbiq edilmiş axtarış-kəşfiyyat işlərinin metodikası ilə üst-üstə düşmüşdür. Bu metodikalar arasında əsas fərq birincinin kommersiya faktoruna söykənməsindən ibarət olmuş, lakin indiki zamanda dünyada neftin və qazın qiymətinin artması nəticəsində bu fərq aradan qaldırılmışdır. X.B.Yusifzadəyə görə, əsas məsələ əvvəlcə yatağın kəşf edilməsi və yalnız bundan sonra onun kommersiya faktorunun hesablanmasıdır;

- X.B.Yusifzadə dəniz yataqlarının işlənilməsində geoloji-istismar göstəricilərinə əsaslanaraq, quyuların yerləşmə şəbəkələrinin sıxlığının artırılmasının həm nəzəri, həm də təcrübi cəhətdən işlənib hazırlanması məqsədilə, hələ sovet dövründə bir qrup tədqiqatçı alimlə birlikdə istismar quyularının arasındakı məsafəni optimallaşdırmaq və işlənilmədə olan yataqlarda şəbəkənin sıxlığını artırmaq ideyasının düzgünlüyünü sübut etmişdir.

Elmi əsərlərinin adları 1. Исследование нефтяных скважин и пластов и вопросы рациональной разработки и эксплуатации нефтеносных объектов юго-западного крыла месторождения «Нефтяные Камни», Автореферат, Баку.

2. Геология и разработка морского газоконденсатного месторождения «Южная», Изд-во «Элм» Академии наук Азербайджанской ССР.

3. Разработка и разведка морских нефтегазовых месторождений, Азербайджанское Государственное издательство, Баку.

4. Строение и нефтегазоносность осадочной толщи Каспийского моря, Обзорная информация, серия «Геология и разведка морских нефтяных и газовых месторождений», ВНИИЭГазпром, выпуск 4, Москва.

5. Атлас нефтегазоносных перспективных структур Азербайджана, ВСЕГЕИ, Ленинград.

6. Атлас нефтегазоносных перспективных структур Каспийского моря, Ленинградская картографическая фабрика.

7. Месторождения нефти и газа Южно-Каспийской нефтегазоносной провинции, 1-й том справочного двухтомника «Нефтяные и газовые месторождения СССР», изд. «Недра», Москва.

8. Каспийское море. Геология и нефтегазоносность, АН СССР, ГКНТ и др., Москва

9. Геологическое строение и условия формирования мезозойских отложений юга Южно-Каспийской впадины, Обзорная информация, серия «Нефтегазодобывающая промышленность», АзНИИНТИ, Баку.

10. Фрагменты разработки морских нефтегазовых месторождений, Международная Восточная Нефтяная Академия, изд-во «Элм», Баку.

11. Azərbaycanda neft-qaz sənayesi XXI əsrin Astanasında.

12. «Научные основы разработки и внедрения нанотехнологий в нефтяной промышленности», Нанонаука и нанотехнологии Энциклопедия систем жизнеобеспечения, Издательство ЮНЕСКО-2011

13. Xəzərin Azərbaycan sektorunda yerləşən neft-qaz yataqlarının mənimsənilməsində yeni texnologiyalar. ANT

14. Xəzər dənizinin dərinsulu sahələrində aparılmış axtarış-kəşfiyyat işlərinin nəticələri" II Beynəlxalq elmi-təcrübi konfransın materilları toplusu, Bakı

15. Применение современных технологий в области разведки и добычи нефтегазовых месторождений в Азербайджан, ANT, № 7-8, 2013

16. Neft və qaz quyularının qazılmasında nanotexnologiyalar, Bakı, 2014

17. Azərbaycanın neft-qaz sənayesinin müasir vəziyyəti və gələcək perspektivləri. ANT, №1, 2016

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki

2. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü

3. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki

4. Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü

5. Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü

6. Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki

7. Azərbaycan Geofizikləri Milli Komitəsinin üzvü

8. Azərbaycan Neftçi-Geoloqları Assosiasiyasının üzvü

9. Amerika Neftçi-Geoloqları Assosiasiyasının üzvü

10. Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının üzvü

11. SOCAR ilə AMEA-nın təsis etdikləri “SOCAR-ın Elm Fondu” İdarə Heyətinin sədri

12. SOCAR ilə Milli Aviasiya Akademiyasının təsis etdikləri “SOCAR-ın Elmi Tərəqqi Fondu” İdarə Heyətinin sədri

13. “Azərbaycan Neft Təsərrüfatı” jurnalı redaksiya heyətinin üzvü

14. “Azərbaycanın geofizika yenilikləri” jurnalı redaksiya heyətinin üzvü

15. “Azərbaycan Milli Ensiklopediyası” redaksiya heyətinin üzvü

Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü 
Təltif və mükafatları 1. “Qırmızı Əmək Bayrağı” ordeni (1963)

2. “Şərəf Nişanı” ordeni (1971)

3. “Qırmızı Əmək Bayrağı” ordeni (1976)

4. “İstiqlal” ordeni (2000)

5. “Şöhrət” ordeni (2004)

6. “Şərəf” ordeni (2010)

7. Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu (2015)

8. Vyetnam Sosialist Respublikasının “Dostluq” ordeni (2011)

9. Birləşmiş Millətlərin İctimai Təltiflər Şurası Beynəlxalq Mükafat Komitəsinin (Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri) “Şərəf və vicdan” ordeni (2013)

10. Azərbaycan SSR-in Dövlət mükafatı (1982)

11. Azərbaycan SSR-in Dövlət mükafatı (1991)

12. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı (1960)

13. “Azərbaycan SSR-in Əməkdar mühəndisi” (1964)

14. “Azərbaycanın Əməkdar mühəndisi” (2006)

15. “SSRİ-nin Fəxri neftçisi” (1970)

16. “Yer təkinin Fəxri kəşfiyyatçısı” (1985)

17. “Türk Dünyasının Fəxri Alimi” (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası, 2011)

18. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” medalı (Türkiyə, 2008)

19. Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə adına Gümüş Medalı” (2015)

20. Keçmiş SSRİ-nin 3 medalı

21. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yubiley medalları (2013, 2015)

İş yeri və ünvanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftçilər prospekti, 73
Vəzifəsi SOCAR-ın birinci vitse-prezidenti
Xidməti tel. (+994 12) 4928890 
Mobil tel. (+994 50) 7140550 
Ev tel. (+994 12) 5415580
Faks (+994 12) 4988305 
Elektron poçtu xoshbakht.yusifzadeh@gmail.com