Məcidov Əjdər Əkbər oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 06.03.1938 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, Kimya fakültəsi
Elmi dərəcəsi Kimya elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı
 

02.00.04 (2307.01)

Fiziki kimya

Stabil radikalların və ion-radikalların iştirakı ilə oksidləşmə-reduksiya reaksiyaları
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

02.00.01 (2316.01), 02.00.05 (2303.01)

Kimyəvi kinetika və kataliz. Qeyri-üzvi kimya

Paramaqnit liqandlarla metal kompleksləri

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı


2001

Kimyəvi kinetika və kataliz

Həqiqi üzv seçilməsi:

- tarix

- ixtisasın adı

 

02.05.2017

Kimyəvi kinetika və kataliz

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-      xaricdə çıxmış elmi əsərlərinin sayı

-      beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
242

 

117
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 21 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

 

17

Əsas elmi nailiyyətləri İlk dəfə olaraq tərkibində stabil nitroksil radikalı saxlayan paramaqnit liqandlı (Şiff əsaslı, karboksilatlı, ksantokenatlı və s.) metalların kristal­lik kompleks birləşmələri sintez edilmişdir. Onların kristallik və molekulyar quruluşları öyrənilmiş və paramaqnit mərkəzlər arasındakı məsafələr təyin edilmişdir. İlk dəfə olaraq bu sistemlərdə spin mərkəzləri arasında qarşılıqlı təsirin mübadilə  enerjisi  hesablanmışdır. Göstərilmişdir ki, metal ionunun (ikivalentli mis) koordinasiya sferasına radikal mərkəzin daxil olması oksidləşmə-reduksiya reaksiyalarında onun aktivləşməsinə gətirib çıxarır. Stabil radikalların aromatik amin və diaminlərlə kation radikalların əmələgəlməsi ilə gedən oksidləşmə-reduksiya reaksiyalarının kinetika və mexanizmi öyrənil­mişdir. Mis solisilaldiminatda koordinasiya olunmuş liqandlarda gedən yeni oksidləşdirici uzlaşma reaksiyası müşahidə olunmuşdur. Son illərdə Ə.Ə.Məcidovun rəhbərliyi ilə yeni koordinasyon birləşmələrin alınması istiqamətində elmi işlər aparılmış, alınmış birləşmələrin rentgen quruluşu və reaksiyayagirmə qabiliyyəti öyrənil­mişdir. Koordinasiya olunmuş o-hidroksi benzil­aminlərin və azometin rabitələrin oksid­ləşdirici dehidrogenləşmə və reduksiya reaksiyala­rının kinetika və mexanizmi öyrənilmişdir. Nitratların reduksiya edilməsi ilə metalların, oksid və karbonatların nanoölçülü tozlarının alınmasının reaksiyalarının yeni hidrotermal metodu işlənib hazırlanmışdır.
Elmi əsərlərinin adları 1. А.А.Меджидов, П.А.Фатуллаева и др. Окислительное дегидрирование N-(2-гидрокси-3,5-R1,R2-бензил)-4-аминоантипиринов в процессе kомплексообразования. Координационная химия, 2012, том 38, № 2, с.132-140.

2. P.F.Fatullayeva, A.A.Medjidov and other. New cobalt(II) and nickel(II) complexes of 2-hydroxy-benzyl derivatives of 4-aminoanti-pyrine. Polyhedron,v. 44, (2012), pp.72-76.

3. P.A.Fatullayeva, M.H.Abbasov, S.A.Ağayeva, A.İ.İsrafilov, Ə.Ə.Məcidov 8- aminoxinolinin tetradentat törəmələrinin Cu(II), Co(II), Ni(II) kompleksləri. Аз. Хим. журнал, №1, 2015. S.50.

4. B.Yalcin, P.A.Fatullayeva, S.A.Agayeva, M.G.Abbasov, S.Jafarova, A.A.Medjidov. The Reduсtion of the Metal Nitrates by Ethyleneglycole and Glycerine in Hydro-thermal Conditions Kioto (Japan) Conference Proceeding. May 2015. P.884

5. A.A.Medjidov,  P.A.Fatullaeva, S.A.Ağayeva, B.Yalcin, S.T.Jafarova, V.M.Achmedov, M.G.Abbasov. Reduction of metal nitrates by formaldehyde, ethyleneglycole and glicerol under hydrotermal conditions // Azərbaycan Kimya Jurnalı  №3, 2016, c. 75-81.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü EPR Beynalxalq cəmiyyətinin üzvü 
Pedaqoji fəaliyyəti 1992-1998-ci illərdə Bakı Dövlət Universiteti,
İstanbul (Marmara) Universiteti 
Digər fəaliyyəti  
Təltif və mükafatları "Əməkdə fədakarlığa görə" medal; SSRİ-nin Kimya Sənayesi Nazirliyinin Fəxri fərmanı;
60 illik yubileyi münasibəti ilə AMEA-nın Fəxri fərmanı,
"Şöhrət" ordeni, 14 dekabr 2005 il.
İş yeri və ünvanı AMEA akademik M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi kimya  İnstitutu, AZ1143, Bakı ş., H.Cavid, pr. 113
Vəzifəsi Şöbə müdiri, laboratoriya müdiri
Xidməti tel. (+994 12) 5389654 
Mobil tel .  
Ev tel. (+994 12) 4218085 
Faks  
Elektron poçtu ajdarmen@yahoo.com

ajdarmedjidov@gmail.com