Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Quliyev Əlövsət Gülüş oğlu

 

Anadan olduğu yer Ermənistan Respublikası, Sisyan rayonu 
Təvəllüdü 10.07.1947 
Bitirdiyi ali təhsil müəssisəsi Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu, Hidromeliorasiya fakültəsi, Meliorasiya ixtisası
Elmi dərəcəsi Aqrar elmləri üzrə elmlər doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2511.01

Torpaqşünaslıq

Naxçıvan muldası torpaqlarında təkrar şorlaşması və ona qarşı mübarizə yolları

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

2426.01 və 3103.02

Ekologiya və Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

Naxçıvan MR Arazboyu və dağətəyi torpaqlarının ekomeliorativ qiymətləndirilməsi

Müxbir üzv seçilməsi

-        tarix

-        ixtisasın adı

 

02.05.2017

Aqrar elmlər üzrə

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

151

 

45

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı

 

5

2

Əsas elmi nailiyyətləri Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarında təkrar şorlaşma və ona qarşı mübarizə yollarına dair eksperimental nəticələr əsasında torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olmuşdur. O, Naxçıvan Muxtar Respublikasında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut etmiş, torpaqlarda su-duz balansı elementlərini təyin edərək təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləmişdir.

İlk dəfə olaraq Naxçıvan MR-nın Duzdağ və Böyükdağ maili düzənliklərində dellüvial mənşəli şorlaşmış torpaqların duzlardan azad edilərək əkin dövriyyəsinə cəlb olunmuşdur.

İlk dəfə Azərbaycanda qədim su mənbələri - kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini aparılmış və GİS əsasında xəritələşdirilmişdir.

Hazırda Azərbaycanın kəhriz olan bölgələrində (Qazax, Ağstafa, Şəmkir, Tovuz, Göygöl, Gəncə, Samux, Goranboy, Tərtər, Ağdam,Yevlax, Bərdə və Ağcabədi) kəhrizlərin öyrənilməsi, bərpası və yeni su mənbələrinin tədqiqat işlərini aparır, eyni zamanda kəhriz sularından suvarmada tətbiqi məsələləri tədqiq olunur.

Muxtar Respublikada torpaq və su ehtiyyatlarından səmərəli istifadə edilməsi və onların mövcud ekoloji vəziyyətinin qiymətləndirilməsi işlərini yerinə yetirmişdir.

Eyni zamanda Azərbaycanda kəhrizlər, ovdan və s. üzərində olan qədim memarlıq abidələrinin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarda işləmişdir. Bu abidələrin Dünya İrs Abidələri kimi qorunması və qeydə alınması məsələsini aidiyyatı olan təşkilatlar qarşısında gündəmə çıxarmışdır.

Elmi əsərlərinin adları • Guliyev A.G., (2016). Evolution of the Qanāt (Kahriz) Systems in the Arid Countries of the Caucasus and Central Asia. Underground Aqueducts Handbook, Chapter 19, pp. 321-332.

• Guliyev A.G., (2014). Development experience delluvial saline soils of the Nakhchivan Autonomous Republic. 9th International Congress on “The Soul of Soil and Civilization” (Soil Science Society of Turkey cooperation with Federation of Eurasian Soil Science Societies) October 14 - 16, 2014 in Antalya, Turkey.

• Guliyev A.G., (2013). Environmental problems and soil degradation in Central Asia. 1st Central Asıa congress on modern agrıcultural technıques and plant nutrıtıon.01-03 October 2013,Soil-Water Journal, Vol. 2 (2013) number 2 (2), Bişkek, Kyrgyzstan.

• Guliyev A.G., (2010) Ecomeliorative estimation of soils of Nakhichevan AR, “International Soil Science Congress on Management of Natural Resources to Sustain Soil Health and Quality” in Samsun, Turkey to be held May 26-28, pp. 313-317.

• Кулиев А.Г., (1981). Динамика засоления почво-грунтов и минерализация грунтовых вод в условиях Нахичеванской мульды. ДАН Азербайджанской ССР, том, ХХХУ11, Баку, № 7, с. 65-68.

• Quliyev Ə. G. və b. (2001). Kəhriz harayı. Elmi publistik məcmuə. BMqT, Bakı, 16 s.

• Quliyev Ə. G. və b.(2004) Naxçıvan MR-da subartezian və kəhriz sistemlərinin istismarında bəzi göstəricilərin müqayisəli tədqiqi. AMEA Məruzələri№ 1-2,«Elm» nəşr., Bakı, 145-151 s.

• Quliyev Ə. G. və b. (1999). Azərbaycanın şorlaşmış torpaqları,onların meliorasiyası və münbitliynin artırılması.«Elm», Bakı, 75 s.

• Quliyev Ə.G., (2008). Naxçıvan kəhrizləri. Bakı, Nurlan nəşr., 165 s.

• Quliyev Ə.G. və b. (2013). Aqrar sahənin inkişafininn regional problemləri (dərslik). Bakı, Avropa nəşr. 173 s.

• Quliyev Ə.G., (2014). Naxçıvan Muxtar Respublikasının suvarılan torpaqlarının ekomeliorativ qiymətləndirilməsi. Naxçıvan, 168 s.

• Quliyev Ə.G., (2014) Ekoloji aspektdə elmi məruzələr. Bakı, Politex nəşr. 183 s.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü  • 2014 - Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü (akademiki)

• 2014 - ABŞ-da dərc olunan Beynəlxalq “Geoloji Sərvətlər və Mühənis texnologiyaları” jurnalının redaksiya kollegiyasının üzvü. (ISSN 2328-2193) ABŞ

• 2013 - Beynəlxalq Su Assosasiyasının üzvü,(IWA), Mərakeş

• 2007 - UNESCO-nun “Qədim hidravlik sistemlər–kəhrizlər (qanat's) üzrə dövlətlərarası idarə heyətinin üzvü. İRAN, Yəzd

• 2010 - Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Bakı

Pedaqoji fəaliyyəti 1973-cü ildən 2015-ci ilədək Naxçıvan Dövlət Universitetində Meliorasiya kafedrasının müdiri olmuş, Ekologiya və Meliorasiya kafedralarının müdiri işləmiş və bu dövrdə pedoqoji fəaliyyətini davam etdirmişdir.
Digər fəaliyyəti  • 1999-2009 -Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) "İçməli su" layihəsində məsləhətçi alim.

• 2010- Qazaxıstan Elmlər Akademiyasının Torpaqşünaslıq, Arxeologiya və Etnoqrafiya İnstitutlarının dəvəti ilə Cənubi Qazaxıstanın Türküstan vilayətində (Sauran, Otrar) qədim yaşayış məntəqələri ətrafında kəhriz və suvarma sistemlərinin tədqiqatı və bərpası üzrə məsləhətçi alim.

• 2011-2012-ci illərdə Türkmənistan Respublikasında "Qədim İpək yolu" üzərində şəhərsalma və su sistemlərinə aid Beynəlxalq Konfransda məruzəçi, daha sonra isə ekoloji istiqamətlərdə tədqiqatçı alim.

• 2013- Özbəkistan Elmlər Akademiyasının təşkil etdiyi Beynəlxalq Ekspedisiyanın tərkibində Buxara, Nəvai (Nurata ş.) vilayətlərində kəhriz və qədim suvarma sistemlərinin tədqiqində mütəxəsis alim.

• UNESCO-nun “Qədim Hidravlik Sistemlər - Kəhrizlər” üzrə Beynəlxalq dövlətlərarası idarə heyətinin IV,V,VI,VII, VIII toplantılarında məruzə etmişdir.

• Elmi fəaliyyətin coğrafiyası (ABŞ, Fransa,Almanya, Çin, Koreya, İtalya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Belarusya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Bolqarıstan, Ruminya, Oman, Mərakeş, Əlcəzair, Misir, Tunis)

Təltif və mükafatları "Qabaqcıl Təhsil İşçisi" döş nişanı, Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əsas iş yeri və ünvanı AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Məmməd Rahim küç., 5
Vəzifəsi Direktor vəzifəsini icra edən
Xidməti tel.  
Mobil tel. (+994 50) 2107136 
Ev tel.  
Faks  
Elektron poçtu elovset_q@mail.ru,