İbrahimov Vaqif Rza oğlu

 

Veb-sayt    
Anadan olduğu yer Naxçıvan r-nu, Cəhri kni 
Təvəllüdü 09.05.1947 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti 
Elmi dərəcəsi Fizika-riyaziyyat üzrə elmlər doktoru
Elmi rütbəsi Professor 

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun ad

 

01.01.07

Hesablama riyaziyyatı

Adi diferensial tənliklərin ədədi həll üsulları

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


01.01.07

Hesablama riyaziyyatı 

Adi diferensial tənliklər üçün Koşi məsələsinin çoxaddımlı üsullarla həlli

Müxbir üzv seçilməsi

 -      tarix

 -       ixtisasın adı


2017

Kompüter elmləri 

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

158

 

79

 

84

 
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  

Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


3

Əsas elmi nailiyyətləri V .R.İbrahimovun elmi fəaliyyət sahəsi adi diferensial tənliklərin ədədi həllinin tədqiqindən ibarətdir. V.R.İbrahimov ədədi üsulların dəqiqliyinin yüksəldilməsi ilə məşğul olmuş və bu məqsədlə müxtəlif üsulların xətti kombinasiyasından və Riçardson ekstrapolyasiyasından istifadə etmişdir. V.R.İbrahimov Riçardson ekstrapolyasiyasını ədədi üsula bir dəfə tətbiq etdikdə onun dəqiqliyinin maksimum qiymətinin tapılması üçün ədədi üsullarının xətasının asimptotik münasibətindən istifadə edərək bir formula təklif etmişdir.
O, müasir hesablama riyaziyyatının əsas istiqamətlərindən biri olan yüksək dəqiqliyə malik üsulların qurulması sahəsində fəaliyyətini davam etdirərək ikinci və yüksək tərtib törəmədən istifadə edən çoxaddımlı üsulları, Obreşkov tipli çoxaddımlı üsullar kimi tədqiq etmiş və bu üsulların tərtibi ilə dərəcələri arasındakı münasibəti təyin edən formulanı vermişdir. V.R.İbrahimov qeyri-aşkar üsulların tətbiq dairələrinin geniş olmasını nəzərə alaraq, bu üsullar üçün müxtəlif variantlarda proqnoz-korreksiya tipli üsullar təklif etmiş və onların yığılması üçün kafi şərtlər tapmışdır. O, Obreşkov tipli üsulları yüksək tərtibli adi diferensial tənliklərin ədədi həllinə tətbiq etmiş və effektiv üsulların qurulmasını göstərmişdir. 
Dalkvist baryerini aşan dayanıqlı irəliyə qaçma üsullarının varlığı V.R.İbrahimov tərəfindən isbat olunmuş və konkret dayanıqlı irəliyə qaçma üsullarını tərtib etmişdir. 
V.R.İbrahimov Adams və Runqe-Kutta üsullarını tədqiq edərək, bu üsulların müsbət xüsusiyyətlərinə malik yeni üsulların qurulması ilə məşğul olmuş və bu üsulların hibrid üsullar sinfinə daxil olduğunu isbat etmişdir. 
V.R.İbrahimov hibrid üsulların müxtəlif formalarda ümumiləşməsinə baxmış, yüksək dəqiqliyə malik dayanıqlı hibrid üsullar qurmuş və onları müxtəlif model məsələlərin həllinə tətbiq etmişdir. Dəqiqlik tərtibi olan dayanıqlı hibrid üsulun varlığı V.R.İbrahimov tərəfindən isbat olunmuş və dəqiqlik tərtibi olan konkret üsul qurulmuşdur. O, bu üsulların Volter tipli integral və integro-diferensial tənliklərin həllinə tətbiqini araşdırmış, və isbat etmişdir ki eyni bir üsulu adi diferensial tənliklərin, Vilter tipli integral və integro diferensial tənliklərin həllinə tətbiq etmək olar. 

Elmi əsərlərinin adları

1. Mehdiyeva G.Yu., Imanova M.N., Ibrahimov V.R. On one application of forward jumping methods. Applied Numerical Mathematics, Volume 72, October 2013, p. 234–245.
2. V.R. Ibrahimov. On the maximum degree of the k-step Obrechkoff’s method. Bulletin of Iranian Mathematical Society, Vol. 20, No. 1, pp.1-28 (2002).
3. G. Mehdiyeva, M. Imanova, V. Ibrahimov On a Research of Hybrid Methods. Numerical Analysis and Its Applications, Springer, 2013, pp. 395-402. 4. G. Mehdiyeva, M. Imanova, V. General Theory of the Application of Multistep Methods to Calculation of the Energy of Signals, Wireless Communications, Networking and Applications, Wcna 2014 Volume: 348 Pages: 2016, 1047-1056.
5. G. Mehdiyeva, M. Imanova, V. Ibrahimov Some refinement of the notion of symmetry for the Volterra integral equations and the construction of symmetrical methods to solve them Journal of Computational and Applied Mathematics Volume: 306, 2016, 1-9.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   - İdarəetmə Sistemləri İnstitutunun dissertasiya şuranın üzvü
- BDU Mexanika-riyaziyyat fakültə elmi şuranın üzvü
Pedaqoji fəaliyyəti 46 il 
Digər fəaliyyəti   
Təltif və mükafatları - Əməkdar müəllim
- İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə mükafat müsabiqəsində II yer
-Diploma "Scientific Progress İnternational Academy of Sciences and Higher Education (London UK)
Əsas iş yeri və ünvanı AMEA аkademik Ə.İ. Hüseynov adına İdarəetmə Sistemləri İnstitutu, Bakı ş. B.Vahabzadə küç 9  
Vəzifəsi Professor 
Xidməti tel. (+994 12) 4387494 
Mobil tel. (+994 55) 5757535 
Ev tel.  
Faks  
Elektron poçtu

Ibvag47@mail.ru