Anadan olduğu yer | Naxçıvan Muxtar Respublikası, Ordubad r-u, Dırnıs k. | ![]() |
Təvəllüdü | 10.02.1957 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Memarlıq və İnşaat Universiteti | |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
030005 Botanika Mərdəkan Dendrarisində olan qiymətli ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri və onların Abşeronun yaşıllaşdırılmasında əhəmiyyəti |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
030005 Botanika; Ekologiya Abşeronda yaşıllaşdırmada perspektivli ağac, kol bitkilərinin bioekoloji xüsusiyyətlərinin, aqrotexnikasını və xalq təsərrüfatında səmərəli istifadəsinin elmi əsasları |
|
Müxbir üzv seçilməsi
- tarix - ixtisasın adı |
26.04.2006 Botanika |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı
- xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
204
80
15 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 7 | |
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
9 1 |
|
Əsas elmi nailiyyətləri | 1. İlk dəfə olaraq Abşeron dendroflorasına 87 fəsilə, 230 cinsə aid 660 növ ağac və kol bitkisinin floristik tərkibi, sistematik təhlili, həmişəyaşıl, yarpağı tökülən, iynəyarpaqlılara və hündürlüyünə görə qruplaşdırılmışdır, ekoloji amillərə davamlılığı və sənaye əhəmiyyətliliyi elmi əsaslarla öyrənilmişdir. (2009)
2. Müasir dövrdə Azərbaycan dendroflorasında təbii və mədəni halda bitən 8 fəsilə, 26 cinsə aid 129 növ çılpaqtoxumlu ağac və kol bitkiləri təyin edilmiş, “Azərbaycan dendroflorası” kitabının I cildi çapdan çıxmışdır, Bakı: Elm, 2011, 311s. 3. Azərbaycanın təbii və mədəni florası üzrə monitorinq aparılmış, 40 fəsilə, 89 cins, 295 növün gerbarisi toplanmış, APG III sistemi üzrə qruplaşdırılmış, təyinedici açarları, illustrativ şəkilləri verilmişdir. “Azərbaycan dendroflorası” kitabının II cildi hazırlanmışdır. 4. Azərbaycan florasında 42 fəsilə 71 cinsə aid 198 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü müəyyən edilmiş, həmin növlər təhlükə kateqoriyaları üzrə qruplaşdırılmışdır (2013). 5. Biologiya elminin tədrisində, botaniklərin, fizioloqların, kənd təsərrüfatı mütəxəssislərinin istifadəsi üçün ilk dəfə olaraq “Bitkilərin anatomiyası və morfologiyası üzrə izahlı terminlər” kitabı çapdan çıxmışdır (2014). |
|
Elmi əsərlərinin adları | 1. Abşeron şəraitində bəzi dekorativ ot bitkilərinin introduksiyası. Nikita Botanika bağı. Konfrans materialları. Yalta, 2010.
2. Abşeron ərazisinin yaşıllaşdırılmasının əsas prinsipləri. Beynəlxalq elmi konfransın materialları, Sankt-Peterburq, 2010. 3. Adi zəfəran növünün anatomik quruluşu. Amerika – Avroasiya jurnalı. “Kənd təsərrüfatı və ətraf mühitin qorunması” elmləri bölməsi. №9 (4), 2010. 4. Azərbaycan florasının öyrənilmə tarixi və perspektivliyi. XVIII Beynəlxalq Botanika Konqresi, Melbrun, Avstraliya, 2011. 5. Abşeron yarımadasında ətraf mühitin qorunmasında Mərdəkan dendrarisinin rolu. VI Botanika bağlarının konqresi, Çios, İslandiya, 2012. 6. Eldar şamının Abşeronda (Azərbaycan Respublikası) dendroxronologiyası, böyümə və inkişafının tədqiqi. Botanika jurnalı, Oksford, 2012. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
Bolqarıstanın “Poliobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika bağlarının ekspert şurasının, Türkiyə Kahramanmaraş südçü iman Universiteti Doğa bölümləri dərgisinin ekspert komissiyasının, Qafqaz üzrə Botanika Bağları ekspert şurasının üzvüdür . “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvüdür. “Amerika Ağac-Kollar Assosiyasiyası”nın və Dünya Botanika Bağları Cəmiyyətinin üzvüdür. |
|
Pedaqoji fəaliyyəti | Bakı Dövlət Universiteti
Odlar Yurdu Universiteti |
|
Digər fəaliyyəti | Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən) kadrların seçilməsi şöbəsinin ekspertidir. Odlar Yurdu Universitetində Dövlət İmtahan komissiyasının sədridir. | |
Təltif və mükafatları | 1. AMEA-nın iki Fəxri fərmanı ilə təltif olunmuşdur 2. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olumuşdur. |
|
İş yeri və ünvanı | AMEA Dendrologiya İnstitutu, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S. Yesenin 89 | |
Vəzifəsi | Dendrologiya İnstitutunun direktoru | |
Xidməti tel. | (+994 12) 4543012;
(+994 12) 4541500 |
|
Mobil tel . | (+994 50) 2124603 | |
Ev tel. | (+994 12) 4599300 | |
Faks | (+994 12) 4540374 | |
Elektron poçtu | denrary@mail.ru |