az en ru
The first website in Azerbaijan, created in 1995
Today 19 June 2013
E-MAIL
NEWS
30.11.2004, 16:35
The Decree of Presidium of ANAS about execution of "Contracts about cooperation in the field of protection of environment between the Governments of Azerbaijan and Turkish Republics"

Decree had been accepted by Presidium of ANAS. The decree is applied.

AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASININ RƏYASƏT HEYƏTI

SƏRƏNCAM

Bakı ş.

22 noyabr 2004-cü il ¹ 210

"Azərbaycan Respublikası Hökuməti ilə

Türkiyə Respublikası Hökuməti arasında

Ətraf Mühitin qorunması sahəsində

əməkdaşlığa Dair Saziş"in icrası haqqında

Əsas: AR Nazirlər Kabinetinin 10 sentyabr 2004-cü il tarixli 186 ¹-li sərəncamı

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin qorunması sahəsində əməkdaşlığa Dair Saziş" 9 iyul 2004-cü il tarixində Bakı şəhərində iki ölkənin hökumətləri tərəfindən imzalanmış və Azərbaycan Respublikası Prezidentinin cənab I.Əliyev tərəfindən 31 avqust 2004-cü il tarixli 364 ¹-li sərəncamı ilə təsdiq edilmişdir. AR Baş nazirinin cənab A.Rasizadənin 10 sentyabr 2004-cü il tarixli 186 ¹-li sərəncamı ilə həmin sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görülməsinə dair göstərişini nəzərə alaraq:

1. AMEA-nın elmi müəssisə və digər təşkilatlarına tapşırılsın ki, Türkiyə Respublikasının elmi müəssisələri ilə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin qorunması sahəsində əməkdaşlığa Dair Saziş"inə dair müvafiq təkliflər 2004-cü il dekabrın 11-dək AMEA-nın elmi bölmələrinə verilsin.

2. AMEA-nın elmi bölmələrinə tapşırılsın ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin qorunması sahəsində əməkdaşlığa Dair Saziş"inə müvafiq olaraq konkret təkliflər cari ilin dekabr ayının 15-dək AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin.

3. AMEA-nın Rəyasət Heyəti nəzdində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasına tapşırılsın ki, AR üzrə Türkiyə Respublikası ilə Ətraf Mühitin qorunmasına dair əməkdaşlığın həyata keçirilməsində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Ətraf Mühitin qorunması sahəsində əməkdaşlığa Dair Saziş" rəhbər tutulsun.

4. Coğrafiya Institutunun direktor müavini müxbir üzv R.Məmmədov AMEA üzrə Türkiyə Respublikası ilə Ətraf Mühitin qorunması Sazişinin təmin edilməsi məqsədilə əlaqələndirici təyin edilsin.

5. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti akademik A.Mehdiyevə tapşırılsın.

Azərbaycan MEA-nın prezidenti M.Kərimov