| Ünvan: | AZ5618, Azərbaycan Respublikası, Şamaxı r., Y.Məmmədəliyev ad. qəsəbə |
||
| Tel.: | (994 12) 4975268, 5398248, (994 176) 6-10-02 (Rəsədxana) |
||
| Faks: | (994 12) 4975268, 5398248 |
||
| E-mail: | |||
| Direktor: | Əyyub
Salah oğlu Quliyev |
||
| Direktor müavinləri: | Elçin Səfəralı oğlu Babayev Xıdır Mustafa oğlu
Mikayılov |
||
| Elmi katib: | Vaqif Mahmud oğlu Xəlilov |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | - Ulduzlarda qeyri-stasionar
proseslərin kompleks tədqiqi; |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | 2000-dən çox ulduzun spektrləri alınmış, emal və təhlil edilmişdir; bir sıra ulduz atmosferlərində periodik dəyişkənliklər aşkar edilmişdir; Günəş atmosferində qeyri-adi dalğavarı hərəkət qeydə alınmışdır; yeni elektron komet kataloqu yaradılmış və onun əsasında komet sistemində indiyədək məlum olmayan effektlər aşkar edilmişdir; bir sıra asteroidlərin kimyəvi tərkibi öyrənilmişdir; Günəş atmosferində qeyri-adiabatik rəqslərin nəzəriyyəsi yaradılmışdır; ionosferdən keçən yüksək tezlikli radio siqnalların ssintilyasiyası və onun Günəş fəallığından asılılığı tədqiq edilmişdir; Günəş fəallığının yeni mexanizmi irəli sürülmüşdür; yeni müşahidə sistemləri və işıqqəbuledicilər yaradılmışdır; 1999-cu ildə tam Günəş tutulması müşahidə edilmişdir; N.Tusinin 800-illik yubileyi ilə əlaqədar olaraq 8 konfrans keçirilmişdir; 11 kitab və 18 jurnal nəşr edilmişdir. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: | N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan EA Fizika İnstitutunun "Astrofizika" Sektoru bazasında 1960-cı ildə yaradılmışdır. Qısa müddətdə yaşayış qəsəbəsi və iş binaları tikilmiş, teleskoplar və digər elmi cihaz və avadanlıqlar quraşdırılmışdır: 2 metrlik teleskop, üfüqi Günəş teleskopu, AZT-8, AST-452, Seys-600 və b. |
||
| Təşkilatın işçilərinin ümumi sayı: | 150 |
||
| Təşkilatın struktur bölmələri: | Səma cisimlərinin spektroskopiyası şöbəsi Səma cisimlərinin fotometriyası və polyarimetriyası şöbəsi Planet və kiçik səma cisimləri şöbəsi Müşahidələrin texniki təminatı şöbəsi Əlaqələndirmə və təşkilat şöbəsi ŞAR Bakı şəhər bölməsi
|
||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011