| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Ünvan: AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24
Tel.: (994 177) 61712;  (994 177) 60411
Direktor: Zəkəriyyə Mabud oğlu Əlizadə
Geologiya-mineralogiya elmləri doktoru, professor
Tel.: (994 177) 61712
Direktor müavinləri: Nərgiz Saleh qızı Əsgərova

Elmi işlər üzrə
Memarlıq namizədi, böyük elmi işçi
Tel.: (994 177) 60411

Adil Fətullah oğlu Həbibullayev
Ümumi işlər üzrə
Tel.: (994 177) 60504

Elmi katib: Rahib Aslan oğlu Vəliyev
Tel.: (994 177) 60504
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Yerli şəraitə uyğun yüksək məhsuldarlıqlı tut ipəkqurdu cinslərinin yaradılması. yeni biostimulyatorların alınması və onların ipəkçilikdə istifadəsi. Polimetal filiz yataqlarının axtarışında mikroelementlərin geokimyəvi xüsusiyyətlərinin rolu. Bitki genofondunun toplanması, sağlamlaşdırılması müasir ekoloji şəraitdə mühafizəsi və səmərəli istifadəsi. Sel hadisələrinin öyrənilməsi və mübarizə tədbirlərinin elmi əsaslarının hazırlanması. Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. !972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir.

Təşkilatın işçilərinin ümumi sayı: 66
Təşkilatın struktur bölmələri: Geokimya laboratoriyası

Genetika, seleksiya laboratoriyası

Biofizika laboratoriyası

Biokimya laboratoriyası

İpəkçilik laboratoriyası

Sellərin öyrənilməsi laboratoriyası

Folklorşünaslıq və el sənətləri laboratoriyası

 

            Elmlər doktorları:

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az