az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan  Respublikası, Şəki ş.
Təvəllüdü: 04.01.1936
Təhsili: Azərbaycan Sənaye İnstitutu, daş mühəndisi - geoloq
Elmi dərəcəsi: Geologiya-minerologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 04.00.21, 04.00.02 - Litologiya, geokimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 55, 3 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 10
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4
Əsas elmi nailiyyətləri:

Qərbi Azərbaycanın ağcaqil çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu  elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilib, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilib, müvafiq geokimyəvi xətlər tərtib edilmişdir. Mürəkkəb dislokasiyaya uğraşma rayonların filizləşən suxurlarının litologiyası və filiz elementlərinin gekimyası Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərini təşkil edən ayrı-ayrı suxur növlərpindən dəmir qrupu elementləri və filiz elementləri və filiz elementləri hesab edilən qurğuşun, mis və sink polimetal elementlərinin tədqiq regional geokimyası öyrənilmiş, müvafiq geokimyəvi xəritələr tərtib edilməklə filizlilik baxımından yeni perspektivli sahələr müəyyən edilmişdir.

Əsas elmi əsərlərin adları:
  1. Qərbi Azərbaycanın ağcaqıl çöküntüləridə bə'zi kimyəvi elementlərin paylanması qanunauyğunluğu və onunla əlaqəli paleocoğrafi problemlər (namizədlik desertasiyası 1966)

  2. Azərbaycanın ağcaqıl çöküntülərinin litologiyası. Ə. C. Sultanov, 1979

  3. Mürəkkəb dislokasiyaya uğramış rayonların filizyerləşən suxurlarının litologiyası v filiz elementlərinin geokimyası (B. qafqazın cənub yamacının orta və üst yura çökəklikləri timsalında )D. dis. k. 1988

  4. Böyük qafqazın Cənub yamacının Tfan antiklinorisində filizləşən orta yura çöküntülərinin gokimyası. Moskva, 1980. Ümumit.müşav. tezisləri

  5. Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərinin litoloji və petrografiq tərkibinin kimyəvi elementlərinin paylaşmasına təsiri. Litoqrafiya və faydalı qazıntılar  jur-ı, Moskva. 1987

Pedaqoji fəaliyyəti:

Bakı Dövlət Universitetinin Şəki filyalında 1993-1999 illərdə Diyarşunaslığın əsasları və Təbiətşunaslıqdan dərs deyib

İş yeri və ünvanı:

AMEA-nın Şəki Regional Elmi Mərkəzi , Azərbaycan Respublikası, Şəki ş., L.Abdullayev küç., 24

Vəzifəsi: AMEA-nın  Şəki Regional Elmi Mərkəzinin sədri
Xidməti tel.: (994 177) 61712
Ev tel.: (994 177) 61797