| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, Nigar Rəfibəyli küç., 9
Tel.: (994 12) 4923437
Faks: (994 12) 4921455
E-mail: seys@azeurotel.com
Direktor: Qurban Calal oğlu Yetirmişli
Geologiya-mineralogiya elmləri namizədi
Tel.: (994 12) 4923437  Faks: (994 12) 4921455  E-mail: seys@azeurotel.com
Direktor müavinləri:

Abuzər Rüstəm oğlu Əliyev
Tel.: (994 12) 4972475 E-mail: seys@azeurotel.com

Azay Qürbət oğlu Rzayev
Fizika-riyaziyyat elmləri namizədi
Tel.: (994 12) 4923165  Faks: (994 12) 4921455  Email: seys@azeuretel.com

Ramiz İman oğlu İskəndərov
Tel.: (994 12) 4923165  Faks: (994 12) 4921455  Email: seys@azeuretel.com

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Respublikanın seysmikliyinin, seysmiktektonikasının aspektləri, geomaqnit, qravitasiya sahələrinin variasiyalarında, elektromaqnit şüalanmalarının intensivliyində və hidro-, qaz-, radiogeokimyəvi sahələrin parametrlərində seysmoanomal effektləri müəyyənləşdirməklə zəlzələlərin proqnozu.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Yerli, yaxın və uzaq zəlzələləri qeydə almaq üçün geniş seysmik stansiyalar şəbəkəsi yaradılmışdır. Azərbaycan ərazisində seysmik rejim və zəlzələ episentrlərinin miqrasiyasının xüsusiyyətləri öyrənilmişdir. Zəlzələ episentrlərinin qırılma dislokasiyaları ilə əlaqəsi müəyyənləşdirilmişdir.Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilmişdir. Azərbaycan ərazisinin dərinlik quruluşu və seysmikliyinin neft-qazlılıqla əlaqələri haqqında yeni məlumatlar alınmışdır. Respublika şəhərlərinin və sənaye obyektlərinin seysmik riskinin qiymətləndirilməsi. Geomaqnit, elektromaqnit, qravitasiya sahələrində, həmçinin hidro-,qaz-, və radiogeokimyəvi parametrlərində güclü zəlzələlərdən əvvəl təzahürlərinin qanunauyğunluqları aşkar edilmişdir.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1980-ci ildə "Geofizika" Elmi Mərkəzinin nəzdində Təcrübəvi Metodik Geofizika Ekspedisiyası yaranıb. 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yaranıb.

Təşkilatın işçilərinin ümumi sayı: 302
Təşkilatın struktur bölmələri: Seysmoloji ekspedisiya

Geofiziki ekspedisiya

Geokimyəvi ekspedisiya

Elmlər doktorları

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az