| Struktur bölmənin rəhbəri: |
Məmməd Hüseynəli oğlu
Hüseynəliyev |
|
| E-mail: | ||
| İşçilərin ümumi sayı: | ||
| Struкtur bölmənin əsas fəaliyyət istiqamətləri: | Yеrli mаtеriаllаr əsаsındа Günəş еnеrji çеviricilərində istifаdə еdilən birləşmələrin аlınmаsı, fiziкi pаrаmеtrlərinin öyrənilməsi. Xаrici sаhədə yüкsəк еnеrjili еlеmеntаr zərrəciкlərin qаrşılıqlı təsirinin öyrənilməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri:: |
Günəş enerji çeviriciləri üçün perspektivli hesab olunan birləşmələrin alınaraq tədqiq olunması laboratoriyanın prioritet tətqiqat istiqaməti olunmuşdur. Birləşmələrin alınmasında sintez (Fe(Cr)–Ga–İn–S(Se), Gd S1,48, CuJnS2), kimyəvi çökdürmə (CdS) və su mühitində çökdürmə (CuJnS2, CuJn2S4, Cu6Jn2S9) üsullarından istifadə olunmuşdur. Tədqiqat zamanı kadmium sulfid (CdS) polirkristalında anomal böyük tezohəssaslıqla yanaşı həm də pyezomüqavimətin relaksasiyası müşahidə olunmuşdur. Tenzomüqavimətin dəyişilməsinin ölçülməsi ilə potensial çəpərin α və β tipli dislokasiyalardan təşkil olunması haqqında müəyyən məlumatlar almaq imkanları araşdırılmışdır. Kimyəvi çökdürmə üsulu ilə kadmium sulfid (CdS) nazik təbəqəsinin alınması prosesində çöküntü şəklində ayrılan kadmium sulfid (CdS) nazik tozunun əksolma spektri tədqiq olunmuş, həmçinin su mühitində çökdürmə üsulu tətbiq olunmaqla Cu–In–S sisteminə aid olan (CuInS2, CuIn2S4 və Cu6In2S9) biələşmələrin alınma şəraitinin öyərnilməsinə aid iş tam başa çatdırılmış, bu birləşmələrin narın tozundan istifadə etməklə onların nazik təbəqələrinin alınması istiqamətində tədqiqatlar aparılmışdır. Ga0,5+x Fe1,5+x S2,8 (x=0; 0,1; 0,2; 0,3; 0,4; 0,5) elektronoqrafik xassələrinin tədqiqi nəticəsində maddənin iki müxtəlif tipli struktura məxsus olan eyni tezliyə malik olduğu müəyyən edilmişdir. Rentgenoqramma ilə göstərilmişdir ki, layşəkilli kristallar alt qata paralel yerləşmişlər. Fazaların tezliklərinin piklərinin eyni olmaları isə bu iki fazanın təxminən bərabər olduqlarını göstərmişdir. Eyni zamanda GdS1,48 yarımkeçirici birləşməsinin müxtəlif temperaturda volt-amper xarakteristikası, optik əksolma spektri, termo e.h.q. əmsalı araşdırılaraq birləşmənin yüksək temperaturlu termoelement kimi tətbiq olunmasının mümkünlüyü müəyyən edilmişdir. Xarici maqnit sahəsində elektronların və pozitronların uzununa polyarlaşmaları nəzərə alınmaqla neytrinoların elektron qazından və pozitron qazından səpilməsi tədqiq edilmişdir. Göstərilmişdir ki, xarici maqnit sahəsində elektron qazı və pozitron qazı neytrinolar tərəfindən asimmetrik qızdırılır. Müəyyən edilmişdir ki, elektron qazı və pozitron qazının neytrinolar tərəfindən qızmasındakı asimmetriya neytrinoların aromatına və enerjisinə, başlanğıc haldakı elektronların və pozitronların spin dəyişənlərinə və enerjilərinə, mühitin xassələrinə (məsələn, temperatura, kimyəvi potensiala və s.) həssasdır. Elektron qazının və pozitron qazının neytrinolar tərəfindən asimmetrik qızması materiyanın və antimateriyanın yeni fərqli xassəyə malik olmasına dəlalət edir. Qızma asimmetriyasının təhlili göstərir ki, kollapsa uğrayan ulduz özəyinin xarici qatlarının sonrakı partlayışındakı asimmetriyaya üstünlük təşkil edən payı elektron neytrinolarının sol polyarlaşmış elektron qazından səpilmələri və elektron neytrinolarının sağ polyarlaşmış pozitron qazından səpilmələri verir. Elektron və pozitron qazlarının neytrinolar tərəfindən qızmasındakı asimmetriya Vaynberq bucağının sinusunun kvadratını təyin etməyə və xarici maqnit sahəsində Vaynberq-Salam nəzəriyyəsini eksperimental yoxlamağa imkan verir.
|
