| Struktur bölmənin rəhbəri: | ||
| İşçilərin ümumi sayı: | ||
| Struкtur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Bаzаr
münаsibətləri şərаitində Nаxçıvаn MR-in sоsiаl-iqtisаdi inкişаf prоblеmləri. |
|
| Struktur bölmənin əsas elmi nəticələri:: |
Bazar iqtisadi sistemində emal sənayesinin müasir vəziyyəti analiz edilib, onun hazırki inkişaf səviyyəsi öyrənilib və müəyyən olunub ki, bu sahənin inkişafının qarşısını alan başlıca amil onun xammal bazasının yox olması, Muxtar respublikanın blokadada olması ilə əlaqədar ölkə bazarından kənarda qalması, əsas fondların mənəvi və fiziki aşınmasıdır. Bu sahənin inkişafı ilə bağlı əsas məsələlərin işlənib hazırlanması üçün sahədə fəaliyət göstərən sahibkarlıq subyektlərinin daxili və xarici mühiti araşdırılıb, müvafiq təkliflər verilib. Respublikamızda əmək bazarı təhlil edilib, onun vəziyyəti öyrənilib, bununla bağlı müəyyən təkliflər irəli sürülüb. Naxçıvan MR–də əmək bazarının əsas müəyyənləşdiricisi olan orta aylıq əmək haqqı, status almış işçilərin sayı dinamikasının müxtəlifliyi müəyyənləşdirilmişdir. Muxtar Respublikanın inkişafının əsas məsələlərindən olan büdcə gəlirləri o cümlədən onların artırılmasının əsas mənbələri olan vergi sistemi öyrənilmişdir. Eyny zamanda müəyyən edilmişdir ki, fiziki şəxslərin gəlir vergisinin fiskal əhəmiyyəti 2000-2006-cı illərdə 19.3–38.1%, mənfəət vergisininki 5–4.2%, torpaq vergisininki, 1.2–5.5%, əmlak vergisininki isə 3.1–5%-dir. |
