| Ünvan: | Az 7000, Azərbaycan Respublikası,
Naxçıvan ş., Heydər Əliyev prоspekti 35 |
|
|
Tel.: |
(994 036)
5446994 |
|
| E-mail: | ||
| Direktor: |
Nuridə Tapdıq qızı Kəngərli |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | AMEA Naxçıvan Bölməsi institutlarının əməkdaşlarına, qeyri akademiya idarələrində çalışan mütəxəssislərə və tələbələrə informasiya xidməti. |
|
|
Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Elmi kitabxana Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərdiyi müddətdə elmi-tədqiqat institutlarının profillərinə uyğun kitablarla zənginləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Bölmənin elmi kitabxanasına respublikada çap olunmuş yeni kitablardan alınmış, eyni zamanda Naxçıvan MR Ali Məclisi, AMEA-nın Əsaslı Kitabxanası, respublikamızın görkəmli ziyallıları tərəfindən hədiyyə kitablar verilmişdir. 2005-ci ildən Naxçıvan bölməsinin elmi kitabxanasına daxil olmuş yeni kitabların xeyli hissəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr edilmiş kitablardan ibarətdir. 2006-cı ildə elmi kitabxanada xarici ədəbiyyat şöbəsi fəaliyyətə başlamış, 2007-ci ildə kitabxananın Şərq şöbəsi yaradılmışdır. Hazırda Elmi kitabxanada əlifba kataloqunda elmi redaktə işi başa çataraq 10230 nüxsə kitablar kataloqlaşdırılıb. Fondları əks etdirən 52798 ədəd çap məhsulları isə 24 adda kataloq-kartoteka sistemi vastəsilə oxuculara xidmət göstərir. Kitabxanada şöbələr üzrə kitabların elektron kataloqlaşdırılması və yenidən elmi təsnifləşdirilməsi prosesi davam etdirilir. Kİitabxana fondlarını özündə əks etdirən bütün çap məhsullarının bibloqrafik təsvirləri verilib. Elmi kitabxanada informasiya təminatı məqsədilə müxtəlif mövzu kartotekaları, ümumikartoteka, bibloqrafik kartotekalar, diyarşünaslıq kartotekası və digər kartotekalar təşkil olunub. Bu kartotekalar qəzet və jurnal materiallarını, kitabları əhatə edir ki, bu kartotekada da bir çox rubrikalar açılıb. Bunlardan "Heydər Əliyev və neft stratergiyası", "Heydər Əliyev və Azərbaycan ordusu", "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev müstəqilliyimizin banisidir" və digər rubilikaları göstərmək olar. Diyarşünaslıq kartotekasında isə Naxçıvan MR-ın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, görkəmli şəxslərin həyatına dair materiallar əks olunub. Bunlardan "Naxçıvanın elm və dövlət xadimləri", "Heydər Əliyevin Naxçıvan dövrü", "Naxçıvan və erməni siyasəti", "Kəngərlilərin tarixi" və sair mövzularda kartotekalardır. Haliyədə bölmənin elmi kitabxanasının kitab fondu 32108-ə, jurnal fondu 17645-ə, avtoreferatlar 3013-ə, dissertasiyalar cəmi 32-ə çatmışdır. |
|
|
Təşkilatın tarixi haqqında qısa məlumat: |
Az. SSR EA Rəyasət Heyətinin 1972-ci ıi 7 iyul tarixli qərarı ilə yaradılmış Naxçıvan Elmi Kitabxanasının filialı kimi 2002-ci ilə qədər fəaliyyət göstərmiş, 2003-cü ildən AMEA Naxçıvan Bölməsininin tərkibində sərbəst fəaliyyətini davam etdirir. |
