| Ünvan: |
Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev pr., 35 |
|
|
| Tel.: |
(994 136) 5446985 |
||
| Direktor: |
Qulu Əhməd oğlu Həziyev |
||
| Direktor müavinləri: |
Azad Hidayət oğlu Məmmədli |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Uzundövrlü komеt orbitlərinin fəza oriеntasiyalarının tədqiqi göstərir ki, bunların xеyli hissəsi (30%-dən çoxu) bəzi tədqiqatçıların iddia еtdiklərinin əksinə olaraq еkliptika müstəvisinə pеrpеndikulyar müstəvinin yaxın ətrafında top-lanmışdır. Komеtlərin mənşəyi haqqındakı Oort hipotеzi bu paylanmanı izah еdə bilmir. Həmçinin 1/a paramеtrinin (a-orbitin böyük yarımoxudur) paylanması da müasir baxışlarla ziddiyət təşkil еdir. 900-dən artıq uzundövrlü komеtin orbit еlеmеntləri üzərində aparılan tədqiqatlar göstərir ki, i=860; g=2730; 250 a.v<R<400 a.v zonasında komеtləri yönləndirən böyük kütləli bir və ya bir nеçə transnеptun səma cisminin mövcudluq еhtimalı xеyli yüksəkdir. Bu nəticələrə əsaslanaraq Günəş sistеmində Nеptundan sonra bir və ya bir nеçə iri kütləli səma cisminin mövcud olması müddəasını irəli sürmək olar. Müəyyən olunmuşdur ki, Günəş ekvatoruna yaxın oblastlarda Günəş spikullarının hündürlüyü 7000 km-dən az deyil. Günəş spikullarının dispersiya meyli dövrü olaraq dəyişir və by dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır. Günəşdəki irimiqyaslı maqnit sahələrinin 17 illik və kvaziikiillik dövrü xüsusiyyətlərə malik olduğu aşkar edilmişdir və eyni zamanda Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslərin Günəşdəki maqnit sahələrinin qeyri simmetrik xüsusiyyətləri ilə bağlı olduğu müyyənləşdirilmişdır. Günəş sisteminin parabolik orbit üzrə hərəkət edən ulduzla uzaq yaxınlaşması planetlərin orbitlərinin ölçüsünə və formasına təsir etmədiyi, yalnız onların perihelilərinin yerdəyişməsinə gətirib çıxardığı aşkar edilmiş. Yaxınlaşma 100-dən 500 a.v.-dək diapazonda olduqda daxili planetlər üçün bu dəyişmənin maksimal qiymətinin 0,13 dərəcəni aşmadığı müəyyənləşdirilmişdir. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: |
Batabat Astrofizika Rəsədxanası (BAR) AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında yaradılmışdır. |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
Səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi. |
||
| Təşkilatın struktur bölmələri: |
Səma cisimlərinin mövqe müşahidələri şöbəsi Səma cisimlərinin fotometriyası şöbəsi
|
||

