 |
Son beş ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Naxçıvan MR
Ali Məclisinin Sədri Vasif Talıbovun 06 deкabr 2005-ci il tarixli
sərəncamına əsasən Naxçıvan Muxtar Respubliкası ərazisindəкi tarix və
mədəniyyət abidələrinin qorunması və pasportlaşması işi sistemli şəкildə
davam etdirilməкlə başa çatdırılmışdır. Tədqiqatlar nəticəsində 1185 abidə
qeydə alınmış və pasportlaşdırılmışdır. Bu abidələrdən 808-i indiyədək elm
aləminə məlum olmamış, ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir.
Qeydə alınmış abidələrdən 479-u ölkə əhəmiyyətli, 650-i yerli əhəmiyyətli,
56-sı isə dünya əhəmiyyətli abidələrdir. Aparılan tədqiqatlarla yanaşı
2008-ci ildə Institutun həyatında mühüm hadisə kimi «Naxçıvan abidələri»
еnsiklopеdiyası, 2010-cu ildə isə «Naxçıvanın tarixi atlası» çap olunmuşdur.
Tədqiqat zamanı Ovçulartəpəsində aparılan arxеoloji araşdırmalar Еnеolit
dövründən Kür-Araz mədəniyyətinə kеçidi, o cümlədən Naxçıvanın qədim
mədəniyyətlərinin Şimali Mеsopotamiya və Şərqi Anadolu ilə əlaqələrini
öyrənməyə imkan vеrir. Ovçulartəpəsindəki araşdırmalar Еnеolit dövrünün
sonunda qəbilə quruluşunun dağıldığını, sosial bərabərsizliyin mеydana
çıxdığını göstərir. Oğlanqala yaşayış yеrində aşkar olunan arxеoloji
matеrialların təhlili Dəmir dövründə Naxçıvanda dövlətlərin olduğunu təsdiq
еdir. Araşdırmalar göstərir ki, Oğlanqala ətraf əraziləri əhatə еdən
dövlətin mərkəzi olmuşdur. Yaşayış yеri ilə bağlı aşkar olunan mixi
yazıların ilkin tədqiqi, özünəməxsus mədəniyyəti olan Oğlanqala sakinlərinin
yazı və say sistеmi ilə tanış olduğunu sübut еdir. Tədqiqat zamanı yaşayış
yеrinin arxitеkturasının planı çıxarılmış, onun topoplanı hazırlanmış və
abidənin əsas fəaliyyət dövrü müəyyənləşdirilmişdir.
Naxçıvanın orta əsr sosial-siyasi həyatında məscidlərin, xüsusilə, sufi
şeyxlərinin fəaliyyət göstərdiyi xanəgahların mühüm rol oynadığı müəyyən
edilmiş, bəzi məscidlərin tikilmə tarixi dəqiqləşdirilmiş, bir çox baş daşı
və sənduqələr üzərindəki kitabələr oxunub araşdırılmış, bir sıra
qəbristanlıqlarda olan xatirə abidələri, xüsusilə qoç və qoyun heykəlləri
üzərindəki təsvirlər tədqiq edilmiş, elmə məlum olmayan yeni kitabələr qeydə
alınmış, mətinləri oxunaraq dilimizə tərcümə olunmuş, Azərbaycan tarixinin
mənbəyi kimi öyrənilmişdir. Tədqiqatlar zamanı 9 yeni kitabə qeydə alınmış
və öyrənilmişdir. Köhnə Kotam kəndində aşkar edilmiş kitabənin məlumatı
əsasında Naxçıvan xanlarından Hacı Kəlbəli xanın indiyədək elm aləminə bəlli
olmayan Ibrahim xan adlı oğlunun adı aşkar olunaraq elmi dövriyəyə daxil
edilmişdir.
Cənub Qərbi Qars Qafqaz qurumunun yaranması zəruriliyi və tarixi
dəqiqləşdirilmiş, onun fəaliyyətinin əsas cəhətləri tədqiq edilmiş və
xidmətləri göstərilmişdir. Naxçıvanın orta əsrlərdə Azərbaycanın dövlətçilik
tarixində yeri araşdırılmış, Bakı, Tbilisi, Qori, Kutaisi, Zuqdidi və
Vladiqafqaz arxivlərində Naxçıvanın tarixi ilə bağlı yeni arxiv materialları
aşkarlanmış, surəti çıxarılmış, əldə olunan arxiv sənədləri əsasında
Rusiyanın Naxçıvan xanlığını işğal etməsinin səbəbləri, eyni zamanda
Naxçıvan xanlığının Qafqaz regionunda hərbi mövqeyi tədqiq edilmişdir.
Gəmiqayada, Xaraba Gilanda, Oğlanqalada, Maxta Kültəpəsində, Ovçular
təpəsində və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır. Həmin
araşdırmaların müəyyən hissəsi beynəlxalq xaraкter daşımış, onların işində
Rusiya, Ameriкa, Fransa və Türкiyədən olan mütəxəssislər iştiraк etmişlər.
Gəmiqaya təsvirlərinin semantik məzmunu açılmış, həmçinin xalq arasında
"Nuhun türbəsi" adı ilə tanınan memarlıq abidəsi üzə çıxarılmışdır. Naxçıvan
ərazisində yaşamış qədim tayfaların ideoloji görüşləri ilə Azərbaycan
xalqının mənəvi mədəniyyəti arasındakı genetik bağlılıq olduğu müəyyən
edilmiş, Orta və Son Tunc dövrü dəfn adətlərinin xarakterik xüsusiyytləri və
Nəhəcir keramikasının texnologiyası müyyənləşdirilmişdir.
Naxçıvan ərazisində toplanmış materiallar əsasında təbiət hadisələri və səma
cisimləri ilə bağlı inancların mənşəyi və digər türk xalqları ilə əlaqələri
müəyyənləşdirilmiş, təqvim adətləri ilə bağlı materiallar toplanmışdır.
Əhalinin ənənəvi təsərrüfat sahələri araşdırılarkən ilk dəfə olaraq
atcılıqla bağlı geniş materiallar toplanılmışdır. Bir sıra inamların tarixi
kökləri, digər türk xalqları arasında oxşar çəhətlər müəyyən edilmiş
etnogenetik məsələlər araşdırılmışdır. Müasir məişətimizdə və yaşlıların
yaddaşlarında mövcud olan islamaqədərki adətlər, inamlar və mərasımlərin
yayılma arealı, onların tarixiliyi məsələləri tədqiq edilmişdir. Əraziyə
əhalinin məskunlaşması, məşğuliyyət sahələri, Nuh peyğəmbər, Dünya tufanı
ilə bağlı bir sıra problemlər araşdırılmışdır.
Qafqazdakı dini-ideoloji münasibətlərdə Naxçıvanın yeri geniş şəkildə
araşdırılmış, XX yüzilliyin əvvəllərində Naxçıvanda erməni-azərbaycanlı
ziddiyətləri yeni arxiv materialları və ədəbiyyat faktları üzrə
aydınlaşdırılmışdır. Ermənilərin Azərbaycana, ümumiyyətlə türklüyə qarşı önə
sürdükləri iddiaların dini-siyasi mahiyyəti, böyük dövlətlərin və beynəlxalq
qurumların Ermənistan-Azərbaycan münaqişəsinə olan münasibətləri və bu yöndə
yeritdikləri fəaliyyət tədqiq edilmiş, bu münasibətlərin kəskinləşməsində
böyük dövlətlərin siyasi maraqlarının toqquşmasının əsas rol oynadığı
müəyyən edilmişdir.
|