az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Ünvan: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan ş., Babək küç., 10
Tel.: (994 136) 5450501
Direktor: Talıbov Tariyel Hüseynəli oğlu
AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi
Tel.: (994 136) 450501  E-mail: t_talibov@mail.ru
 
Direktor müavinləri:

İsmayıl Bəqiyyət oğlu Məmmədov
Elmi işlər üzrə direktor müavini
Biologiya üzrə fəlsəfə doktoru
Tel: (994 136) 5450502    E-mail: ismayil_mamedov@box.az

Cabbar Sərdar oğlu Nəcəfov
Ümumi işlər üzrə direktor müavini 
Tel:
(994 136) 5452337

Elmi katib:

Ənvər Mehdi oğlu İbrahimov
Biologiya üzrə fəlsəfə doktoru
Tel: (994 136) 5450475    E-mail: enver_ibrahimov@mail.ru
 

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genefondun qorunması və səmərəli istifadəsi.

Son səkkiz ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Naxçıvan MR, Azərbaycan və Qafqaz floraları üçün ilk dəfə olaraq 4 yeni bitki növü (Erundium planium L, U. caucasikum Trantv (bibersteniana), Carlina sirsioides Klok, C.onopordifolia Bess .ex Srat) aşkar edilmişdir. Naxçıvan MR-ın bitki örtüyü xəritəsi tərtib olunmuş, ali sporlu, çlpaqtoxumlu və örtülütoxumlu bitkilər üzrə "Qırmızı kitabı"ı II cild. hazırlanılmışdır.  

Naxçıvan MR flora biomüxtəlifliyinə daxil olan ibtidai bitkilər öyrənilmiş, 31 fəsilə və 61 cinsə daxil olan 219 növ şibyə aşkar edilmişdir. Ərazinin alqoflorası tədqiq edilmiş, 4 cinsə  aid edilən 18 yosun növü Naxçıvan MR florası üçün ilk dəfə qeyd olunmuşdur. Tədqiqatlar nəticəsində ibtidai bitkilər üzrə Azərbaycan florası üçün 5, Naxçıvan  florası üçün 33 yeni papaqlı göbələk növü ilk dəfə verilmişdir. 

Naxçıvan MR-ın flora biomüxtəlifliyinə daxil olan ali bitkilərdən çılpaqtoxumlular, soğankimilər, zanbaqkimilər, zəngçiçəyikimilər, süsənkimilər, qlobulariyakimilər, dalamazkimilər və qırxbuğumkimilər fəsilələrinə daxil olan bitkilərin növ spektri dəqiqləşdirilmiş, ərazinin ali bitkilər florasına 9 yeni növ əlavə edilmiş, nadir növlərin mühafizə yolları müəyyənləşdirilmişdir. Naxçıvan MR-in brioflorası tədqiq edilmiş, ərazidə 31 fəsilə və 70 cinsə aid 114 növ mamır aşkar edilmişdir ki, onlardan da 4 fəsilə, 15 cinsə aid olan 29 mamır növü ərazi florası üçün yenidir. Bunlardan da bir cins və 16 növ Azərbaycan florası üçün ilk dəfə olaraq qeyd edilir.

Üzüm genofondu bağı salınmış, nadir sortlar müəyyənləşdirilmiş, yeni klon və formaların alınması istiqamətində tədqiqat işləri aparılmışdır. Yabanı armud növlərinin yayılma zonaları dəqiqləşdirilmiş, bioloji məhsuldarlığı tədqiq edilmiş, Naxçıvan MR florası üçün yeni növlər verilmiş, bəzi növlər Nəbatat bağına köçürülərək biomorfoloji xüsusiyyətləri izlənilməyə başlanılmışdır. Ərazidə almanın 102 sort və formasının olduğu müəyyənləşdirilmişdir. Tədqiqatlara əsasən Naxçıvan MR-də çətirçiçəklilər fəsiləsinə aid 9 cinsdə birləşən 14 növ yabanı tərəvəz bitkisinin yayıldığı müəyyən edilmişdir. Rheum ribes L.–Qarağat rəvəndi və Gundelia tournefortii L.–Turnefor qlundelyası (çəngər) yabanı tərəvəz bitkiləri ilk dəfə olaraq toxumla çoxalmasına və mədəni florada bərpasına nail olunmuşdur.

Naxçıvan MR üçün yumuşaq buğdanın adi arpa yarımnövünə aid olan nümunələri daha qiymətli hesab edilmişdir. Suvarma şəraitində yumşaq buğdanın 4 növ müxtəlifliyinə (Craccum (70), Erythrospermum (120), Ferrugineum (24) və Lutescens (82)), əlavə olaraq arpa bitkisinin 2 yarımnövünə (Hordeum vulqare (63), Hordeum distixum (43)) aid sort nümunələri üzərində tədqiqat işləri aparılmış, erkən yazda nümunələrin qışa davamlılığı öyrənilmiş və qiymətləndirilmişdir. Intensiv texnologiyanın əsas elementlərindən olan optimal səpin müddəti və norması təyin edilmişdir. Belə ki, Naxçıvan MR-in suvarılan aran bölgələrində payızlıq buğda oktyabr ayının ikinci ongünlüyündə səpildikdə səpin norması hektara 4-4,5 mln. cücərmə qabiliyyətli toxum, sələflərdən asılı olaraq N60R90K60 (təsiredici maddə hesabı ilə) verildikdə daha yüksək məhsul əldə edildiyi müəyyənləşdirilmişdir. 120 noxud sortu üzərində aparılan tədqiqatlar yekunlaşdırılaraq, məhsuldarlığına görə fərqlənən 20 sort müəyyənləşdirilmişdir.

Naxçıvan MR-in Ordubad rayonu ərazisində dağ kserofit bitki örtüyünün dinamikası, yayılma xüsusiyyətləri, bioloji məhsuldarlığı öyrənilmiş və bəzi efir yağlı bitkilərdən 26 adda bioaktiv maddələr alınmışdır. Crataegus monogina L.- Təkyuvalı yemişan növünün meyvələrinin kimyəvi tərkibi araşdırılarkən alınmış etanol, dietil efiri və su ekstraktlarının antioksidant aktivlikləri öyrənilmişdir. Tədqiqat zamanı müəyyənləşdirilmişdir ki, etanol ekstraktı daha yüksək radikal neytrallaşdırma fəallığına malikdir. Ordubad rayonu ərazisində pişikotu növünün təhlili zamanı iki növün – Külrəng (V. leocuphaea) və Çökəyarpaq (V. tilifolia) pişikotunun təbii ehtiyatlarının çox olduğu müəyyən edilmişdir. Aparılan təhlillər nəticəsində efir yağının Külrəngi pişikotu növündə olmaması, Çökəyarpaq pişikotunda isə kifayət qədər (0,78%) olduğu müəyyənləşdirilmişdir. Çökəyarpaq pişikotundan təbabətdə dərman pişikotu kimi istifadə edilməsi tövsiyə olunmuşdur.

Naxçıvan MR-in Mühüm Ornitoloji Əraziləri (MOƏ) tədqiq edilərək onların taksonomik spektri, reproduksiya, qida xarakteri, indikator növləri öyrənilmiş və Muxtar Respublika ornitofaunası üçün 8 yeni növ müəyyən edilmişdir. Naxçıvan MR faunasına 3 növ onurğalı əlavə edilmiş, ərazinin zoocoğrafi xəritəsi tərtib olunmuşdur. Naxçıvan MR-in onurğalı heyvanlarının "Qırmızı Kitab"ı hazırlanılmışdır. Beynəlxalq Təbiəti Mühafizə Fondundan "Asiya muflonu və bezoar keçisinin Azərbaycanda qorunma strategiyası" mövzusunda udulmuş qrant layihəsinin işlənilməsi nəticəsində yeni elmi nəticələr alınmışdır.

Muxtar Respublikanın fauna  biomüxtəlifliyinə daxil olan bir sıra onurğasız heyvanlar tədqiq edilmiş, xırdabuynuzlu heyvanlarda parazitlik edən Sarkosporidilərdən Sarcocystis tenella və iribuynuzlu heyvanlarda parazitlik edən S. cruzi; Sestodlardan Stilesia globipunctata növləri ilk dəfə olaraq qeyd edilmişdir. Naxçıvan su anbarının zoobentosuna daxil olan 3 növ ali xərçəng aşkar edilmişdir. Tədqiqatlar zamanı aydınlaşdırılmışdır ki, ilin isti dövründə su biotoplarının əksəriyyətinin müvəqqəti xarakter daşıması ağcaqanadların kütləvi çoxalmasına və onların epizootik vəziyyət yarada bilməsinə imkan vermir. Həşaratlar üzrə Azərbaycan faunası üçün 22, Naxçıvan MR faunası üçün 33 növ arıkimi ilk dəfə qeyd edilmişdir.
 

Təşkilatın tarixi haqqında qısa məlumat:

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu Ümummilli lider H.Ə.Əliyevin 07 avqust 2002-ci il tarixli "Azərbaycan MEA Naxçıvan Bölməsinin təsis edilməsi haqqında" sərəncamına müvafiq olaraq, Naxçıvan Regional Elm Mərkəzinin biologiya bölməsi və Genetik Ehtiyatlar İnstitutunun Naxçıvan Elmi–Tədqiqat Bazası əsasında yaradılmışdır.

Təşkilatın işçilərinin ümumi sayı: 121
Təşkilatın struktur bölmələri: Meyvə, tərəvəz və üzüm laboratoriyası

Dənli taxıl, paxlalı və texniki bitkilər laboratoriyası

Nəbatat şöbəsi

Bitki sistematikası  şöbəsi

Zooloji tədqiqatlar şöbəsi

Biokimyəvi tədqiqatlar laboratoriyası

Torpaq ehtiyatları laboratoriyası