| Struktur bölmənin rəhbəri: | Fəxrəddin Aydın oğlu
Eylazov |
|
| Tel.: |
(994 036) 5446991 |
|
| E-mail: | eylazov@mail.ru | |
| Struкtur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Naxçıvan əlyazmalarının toplanılması və tədqiqi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri:: |
Naxçıvan ərazisində mövcud olan əlyazmaların sistemli şəкildə tədqiq olunması davam etdirilmiş, əlyazmaların yerində qeydə alınması və ya fonda gətirilməsi sahəsində işlər aparılmışdır. Tədqiqat dövründə Məhəmməd Həsən Ordubadinin, Bayrək Quşçuoğlunun, Mirzə Müslüm Qüdsinin, Şeyx Məhmud Şəbüstərinin, Salik Ordubadinin, Mirzə Məhəmməd Haşim ibn Müseyib Naxçıvaninin əlyazmaları tekstoloji və filoloji cəhətdən araşdırılmışdır. Əli Əkbər ibn Məhəmmədrza Dəllak Naxçıvaninin «Muxtarnamə» əsərinin paleoqrafik xüsusiyyətləri müəyyənləşdirilmiş və həmin dövrü əhatə edən digər nümunələrlə müqayisəli şəkildə öyərnilmiş, Orta əsr Naxçıvan əlyazmalarının paleoqrafik və orfoqrafik xüsusiyyətləri, dil tarixi və tarixi fonetika baxımından geniş şəkildə tədqiq edilmişdir. |
