 |
Struktur bölmənin
əsas fəaliyyət istiqamətləri: |
-Azərbaycanın xarici siyasətinin nəzəri və praktiki əsaslarını tədqiq etmək;
-Dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərinə həsr edilmiş
toplular və monoqrafik əsərlər nəşr etmək;
-Azərbaycan diplomatiyasının universal və regional təşkilatlarda
fəaliyyətini işıqlandırmaq;
-Qloballaşma prosesinin davam etdiyi şəraitdə ölkəmizin maraqlarını təmin
edən iqtisadi əlaqələri öyrənmək;
-Beynəlxalq münasibətlərin aktual problemlərinin elmi aspektlərini sistemli
yanaşma metodlarından istifadə edərək tədqiq etmək;
-Beynəlxalq münasibətlərin qlobal problemlərinin elmi aspektlərinin
tədqiqinə həsr edilmiş müxtəlif elmi toplantılar təşkil etmək;
-Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan
qaldırılmasının beynəlxalq-hüquqi aspektlərinin araşdırılması;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının
beynəlxalq-hüquqi aspektlərinin araşdırılması;
-Beynəlxalq münasibətlərə və dünya siyasətinə həsr edilmiş beynəlxalq elmi
konfrans və simpoziumlarda məruzə və çıxışlarla iştirak etmək;
-Beynəlxalq münasibətlərlə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tədqiq
etmək;
-Beynəlxalq hüquq və insan hüquqları və əsas azadlıqlarının araşdırılmasının
həyata keçirilməsi;
-Beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində aspirantura və
dissertantura xətti ilə elmi kadrlar hazırlamaq.
|