az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Nəsimi adına Dilçilik İnstitutu

Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31, V mərtəbə
Tel.: (994 12) 5372081
Direktoru əvəz edən:

Fəxrəddin Yadigar oğlu Veysəlli
Filologiya elmləri doktoru, professor

Direktor müavini:

Məsud Əhməd oğlu Mahmudov
Filologiya elmləri doktoru
Tel.: (994 12) 5372089

Elmi katib:

İlham Mikayıl oğlu Tahirov
Filologiya elmləri doktoru
Tel.: (994 12) 5372088

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

"Azərbaycan dili tarixi", (3 cilddə);

"Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə);

"Azərbaycan dialektoloji lüğəti", (2 cilddə);

"Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə);

"Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.

Təşkilatın tarixi haqqında qısa məlumat:

1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi Nəsiminin adı verilmişdir.

Təşkilatın işçilərinin ümumi sayı: 128
Təşkilatın struktur bölmələri: Nəzəri və tətbiqi dilçilik

Müasir Azərbaycan dili

Azərbaycan dili tarixi

Azərbaycan Dialektologiyası

Dil əlaqələri

Terminologiya

Onomastika

Lüğətçilik

Türk dilləri şöbəsi

Roman - german dilləri sektoru

Elmlər doktorları