az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Akif Həmid oğlu Əzizov
Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

İşçilərin ümumi sayı:

64

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Son zamanlar bir sıra ekoloji problemlərin həllinə yönəldilmiş və dünya üzrə əhəmiyyətli dərəcədə maraq kəsb etmiş ion mayelərinin sintezi, onların bir sıra neft kimya proseslərində, o cümlədən alkilləşmə, oliqomerləşmə, polimerləşmə proseslərində katalizator, modifikator, həlledicilər kimi sınaqdan keçirilməsi. İon mayelərinin neftyığma, neftayırma proseslərində ekstragentlər  kimi istifadə olunması və onların tətbiqi ilə bir sıra neft-kimya proseslərinin ekoloji əlverişli texnologiyalarının işlənib hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

İri həcmli üzvi kationlardan və müxtəlif anionlardan ibarət olan bir sıra ion mayeləri sintez olunmuş, onların bəzi fiziki-kimyəvi xassələri müəyyən edilmişdir. Sintez olunmuş ion mayeləri bir sıra metalkompleks katalitik sistemlərdə prosesin selektivliyinin artırılması üçün effektiv modifikator kimi istifadə olunmuş, onların aromatik birləşmələrin alkilləşməsi və oliqoalkilləşməsi, α-olefinlərin və piroliz məhsullarının oliqomerləşməsi və polimerləşməsi proseslərində yüksək katalitik aktivliyi müəyyən edilmişdir. Müxtəlif ion mayelərinin neft məhsullarının, o cümlədən fərqli tərkib yağlar, yanacaqların ikifazalı sistemlərdə selektiv təmizlənməsi üçün effektivliyi müəyyən edilmişdir.