az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Akif Dəryah oğlu Qiliyev

Kimya elmləri namizədi,  baş elmi işçi 

İşçilərin ümumi sayı:

23

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Qeyri-üzvi  maddələrin, katalizatorların; üzvi maddələrin, neftlərin fiziki-kimyəvi tədqiqat üsulları ilə analizi (atom-absorbsiya spektrometriyası, rentgen-faza, derivatoqrafik və s. analizlər). Ölçü-nəzarət cihazları və avtomatika  cihazlarının təmiri və tənzimlənməsi, metodikaların təkmilləşdirilməsi və təzələrinin hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Azərbaycan neftlərinin qrup və element tərkibi öyrənilmiş, onların tərkibindəki mikroelementlərin, metalların miqdarı təyin edilmişdir. Fiziki-kimyəvi üsullardan istifadə etməklə institutun müxtəlif bölmələrində sintez edilmiş bir sıra üzvi və qeyri-üzvi, polimer və oliqomer birləşmələrin faza tərkibi, strukturu və başqa xassələri müəyyən edilmişdir; müxtəlif texnoloji proseslər ücün katalizatorlarda koksun yanmasının optimal şərtləri təyin edilmişdir.Təbii seolitləri onları təşkil edən komponentlərə ayırmaqdan ötrü olan qurğu və modernləşdirilmiş derivatoqraf, element analizləri və s. ücün patentlər alınmışdır. Laboratoriyada öyrənilən yeni birləşmələrin difraktoqramlarının, derivatoqramlarının, İQ-UB, kütlə-spektrlərinin kataloqları yaradılmışdır.