az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Məhərrəm Əli oğlu Məmmədyarov

Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Müxtəlif quruluşlu mürəkkəb efirlər əsasında sintetik sürtgü yağlarının alınması üsullarının və texnologiyalarının hazırlanması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Alkenil kəhrəba turşularının mürəkkəb efirlər əsasında hazırlanmış yağlar hərbi texnikada (vertolyot yağları), cihaz yağları kimi tövsiyyə olunmuşdur. Norbornen karbon turşusu efirləri yeni sürtgü yağlarının əsasları kimi tövsiyyə edilib, törəmələri isə yüksək effektivli sürtgü materiallarında dispersion mühit komponenti kimi sınaqdan keçirilib.

Poliollar əsasında alınmış mürəkkəb efirlər "ЦЕМОЛ-6" adı altında yüksək temperatura davamlı perspektiv plastik materiallar, kompressor yağı kimi müvəffəqiyyətlə sınaqdan keçmiş və xarici "Ondina" yağının əvəzedicisi kimi tövsiyyə olunmuşdur.