az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Qasım Məmməd oğlu Qasımov

Texnika elmləri namizədi

İşçilərin ümumi sayı:

15

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

İnstitutun elmi-tədqiqat laboratoriyalarında yeni yaradılan, neft emalı və neft- kimyası müəssisələrində istehsal edilən neft məhsullarına normativ-texniki sənədlərin hazırlanması, reqlamentlərin, elmi hesabatların, layihə-konstruktor işlərinin norma yoxlanması, elmi işlərin nəticələri üzrə patent-lisenziya tədqiqatlarının aparılması, ixtiraya iddia sənədlərinin tərtibi və elmi nailiyyətlərin hüquqi mühafizəsinin təmin edilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

1970-ci ildən hal-hazırki dövrə qədədr 256 normativ-texniki sənəd tərtib edilmiş və Dövlət qeydiyyatından keçirilmişdir. 2000-2004-cü illərdə neft və neft-kimya məhsullarına hazırlanmış və Dövlət qeydiyyatından keçmiş normativ-texniki sənədlər:

AZS Dövlət Standartları

- "Neft bitumları" AZS 0050-2001

-"Etilsiz avtomobil benzinləri" AZS 059-2001

- "İlkin emal benzini" AZS 072-2001

- "İ-8 və İ-30 markalı yağlar" AZS 073-2001

- "Xəzər deemulqatoru" AZS 093-2003

- "Unikal tərkibli Azərbaycan neftləri" AZS 115-2004

Texniki şərtlər

- "KO-20" markalı kerosin TŞ AZ 35 36601-170-99

- Fraksiya tərkibli ağırlaşdırılmış dizel yanacağı TŞ AZ 35 36601-181-2001

- Oliqodivinilstirol lakları TŞ AZ 35 36601-184-2002

- Ərptəmizləyici kompozisiya "Bakı" TŞ AZ 35 36601-187-2003

- "Nefras" həlledicisi TŞ AZ 35 36601-188-2003

- "Nafta" həlledicisi TŞ AZ 35 36601-189-2003

- Sürtgülərin istehsalı üçün distillat yağları TŞ AZ  35 36601-190-2003

- Açıq rəngli neft məhsullarından alınan qələvi tullantılar TŞ AZ 35 36601-191-2003

-Qudron TŞ AZ 35 36601-192-2003

-"Azəri" korroziya və duzçökmə inhibitoru TŞ AZ 35 36601-195-2003

- Hidrogen-sulfid korroziyasına qarşı "Kaspi" inhibitoru TŞ AZ 35 36601-196-2003

- "Kaspi-X" bakterisid korroziya inhibitoru TŞ AZ 35 36601-197-2003

720 ədəd müəlliflik şəhadətnamələri, 65 ədəd Azərbaycan patentləri, 33 ədəd Rusiya Federasiya patentləri alınmışdır.

2001-2004-cü illərdə 15 patent alınmışdır.