az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Email:

anipcp@dcacs.az.net

Struktur bölmənin rəhbəri:

Hafiz Mütəllim oğlu Əlimərdanov
Kimya elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

16

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Neft fraksiyalarından fərdi karbohidrogenlərin ayrılması, karbohidrogenlərin izomerləşməsi və dehidrotsiklləşməsi, tsikloparafinlərin halogenləşməsi və dehidrohalogenləşdirilməsi, karbohidrogenlərin oksidləşdirici ammonoliz reaksiyalarının tədqiqi, aromatik karbohidrogenlərin hidrogenləşdirilməsi və naften karbohidrogenlərinin pirolizi.

Alitsiklik doymuş və doymamış karbohidrogenlərin, katalizatorların və oksigenin iştirakı ilə dehidrogenləşməsi, alkilləşməsi, kondensləşməsi və oksidləşməsi; mono- və politsiklik ketonların, efirlərin, spirtlərin alınması və onların çevrilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Beş- və altı üzvlü alitsikliklik karbohidrogenlərin müvafiq tsikloolefinlərə oksidləşdirici dehidrogenləşməsi; metil- və etiltsikloheksanın ksilollara dehidrodisproporsionallaşması və dehidroalkilləşdirilməsi; benzonitrilin, istiyədavamlı boya və piqmentlərin istehsalında aralıq maddə kimi istifadə edilən ftalonitril və ftalimidin; tsiklopentadien əsasında tsiklopenten və norbornenin alınması mono- və politsiklik ketonların, laktonların, efirlərin sadə, ekoloji əlverişli alınma üsullarının işlənib hazırlanması və sənayedə tətbiqi.