az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarAkad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuNeftin kompleks emalı və texniki iqtisadi əsaslandırılması laboratoriyası

Tel.:

(994 12) 4903510

Struktur bölmənin rəhbəri:

Səadət Məmməd-Emin qızı Əskər-zadə
Texnika elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Respublikamızın neft emalı müəssisələrində yanacaq və yağ istiqamətlərində neftin kompleks emalı sxemlərinin səmərəli variantlarının işlənib hazırlanması və texniki-iqtisadi qiymətləndirilməsi.
Neft emalı və neft-kimya sənayelərinin perspektiv inkişafının kompleks sxemlərinin işlənib hazırlanması.
AMEA NKPI-də işlənib hazırlanmış yeni proseslərin texniki-iqtisadi qiymətləndirilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Yanacaq-energetika kompleksinin müvafiq sahələri (neft-qaz çıxarma, energetika, neft emalı və kimyası) ilə uzlaşan, Azərbaycanın yanacaq və yağ istehsalının 2000-2010-cu illər dövründə mərhələli inkişaf strategiyasına dair perspektiv kompleks sxemləri işlənib hazırlanmış və tətbiqə qəbul edilmişdir.
Emal edilən neftlərin həcminin artmasını nəzərə almaqla, xammala və enerjiyə qənaət edən, iqtisadi səmərəli, ekoloji təhlükəsiz və tullantısız texnologiyaların tətbiqi ilə dünya bazarlarında rəqabətə qadir məhsulların istehsalını təmin edən neftin kompleks emalı sxemlərinin müxtəlif variantları işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.
Sumqayıt neft-kimya kompleksinin perspektiv inkişafının kompleks sxemləri işlənib hazırlanmış və texniki-iqtisadi qiymətləndirilmişdir.
Respublikanın neftayırma və neft-kimya məhsullarına olan tələbatın müəyyənləşdirilməsi üzrə marketinq tədqiqatları aparılmışdır.
Kompleks neft emalı proseslərində məhsulların maya dəyərinin kalkulyasiyası üzrə tövsiyyələr işlənib hazırlanmış və müvafiq nazirliklər tərəfindən təsdiqlənib, tətbiqinə qərar verilmişdir.
"NEZ-da neft məhsullarının maya dəyərinin təhlili üzrə metodik tövsiyyələr" işlənib hazırlanmış və müəssisələr tərəfindən qəbul edilmişdir.
Neft emalı və neft-kimya prosesləri üzrə məlumat bankı yaradılıb.