az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4903410

Struktur bölmənin rəhbəri:

Azadə Cəbrayıl qızı Hüseynova
Texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Yüksək oktanlı avtomobil benzinləri və onlara yüksək oktanlı əlavələrin alınma texnologiyalarının işlənib hazırlanması. Ağır neft qalıqlarının emal texnologiyasının işlənib hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Yüksək oktanlı benzinlərin istehsalının xammal bazasını genişləndirən, benzinin tərkibindən kanserogen əlavələri (TEQ) kənarlaşdıran, kükürdlü xammalı və aşağı oktanlı termiki destruksiya benzinlərini emala daxil etməyə imkan verən katalitik krekinq prosesinin özündə etilləşməmiş Aİ-93 avtomobil benzininin alınması texnologiyası işlənib hazırlanmışdır. Prosesin elmi əsasları işlənmiş və onun rejim parametrlərini, xammalın karbohidrogen tərkibini tənzimləməsi etilləşməmiş Aİ-93 benzininin alınmasını proqnozlaşdırmağa imkan verən tövsiyyələr verilmişdir. Proses H.Əliyev adına Neft Emalı Zavodunda tətbiq edilmişdir. Alınmış benzinin təcrübə-sınaq nümunəsi ÜNEETİ-də yağların və yanacaqların sınaqdan keçirilməsi üzrə DÜİST 2084-77 ilə yoxlanılmış və tətbiqə buraxılmışdır. Termiki destruksiya benzinləri və katalitik krekinq benzinlərinin 1:6 nisbətində katalitik zənginləşdirilməsi aparılaraq, aşağı keyfiyyətli benzinlərin səmərəli istifadə edilməsi problemi həll edilmiş, nəticədə etilləşməmiş Aİ-93 benzini alınmışdır. Kokslaşma benzininin katalitik zənginləşdirilməsi zamanı A-76 satış benzininin alınmasının mümkünlüyü müəyyən edilmişdir. Təkrar emal benzinlərinin doymuş biratomlu C1 -C3 spirtləri ilə bilavasitə qarşılıqlı çevrilmə prosesi işlənib hazırlanmışdır ki, bu da doymamış birləşmələrin miqdarını azaltmaqla benzin fraksiyasının davamlılığını artırmış və müasir benzinlərin vacib komponentlərindən biri olan oksigen tərkibli birləşmələrin alınmasına imkan vermişdir. Katalitik krekinq benzininin başlanğıc fraksiyasının biratomlu C1 -C3 spirtləri ilə oksialkilləşməsindən və 8500C-dən yuxarıda qaynayan  fraksiyanın katalitik zənginləşməsindən alınan məhsulların sonradan kompaundlaşdırılması benzinin çıxımını qeyri-neft mənşəli məhsullar hesabına 3,8-4,4% artırmış, oktan ədədini motor üsulu ilə 86,1-86,7 ədədə tədqiqat metodu ilə 93,4-94 ədədə çatdırmışdır və bu zaman benzinin tərkibində oksigentərkibli birləşmələrin miqdarı 2,5% olmuşdur. Riforminq benzininin tərkibində benzolun miqdarını aşağı salmaq məqsədi ilə homogen və heterogen katalizatorlardan istifadə etməklə QB-850C fraksiyasının aşağı molekullu olefinlərlə (C1 -C3) alkilləşməsi prosesi aparılmışdır ki, bu da benzolun miqdarını kütləcə 0,8-1,0%-ə qədər azaltmış, benzin fraksiyasının miqdarını 15-18% artırmışdır. Doymuş biratomlu C1 -C3 spirtləri və onların qarışığı əsasında sənaye tipli seolittərkibli Al-Si katalizatorlarından istifadə etməklə, avtomobil benzinlərinə yüksək oktanlı oksigen tərkibli əlavələrin alınması prosesi işlənib hazırlanmışdır. Metaloksid katalizatorlarının iştirakı ilə yanacaqların və tərkibində 90-95% hidrogen olan hidrogen tərkibli qazın alınmasını təmin edən ağır neft qalıqlarının emalı prosesi işlənib hazırlanmışdır. Bu prosesdə maye krekinq məhsullarının kükürdlü birləşmələrində olan kükürd dəmir şəklində (FeS) kənarlaşdırılır ki, bu da kükürdlü və yüksək özlülüyü olan xammaldan istifadə etməyə imkan verir.