az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4902476

Faks:

(994 12) 4903520

Email:

ipcp@baku-az.net

Struktur bölmənin rəhbəri:

Əli Pənah oğlu Məmmədov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Ultrabənövşəyi-, infraqırmızı- spektroskopiya, EPR və lüminessensiya metodunun tətbiqi ilə neft məhsullarının və sintetik üzvi birləşmələrin analizi. Neft lüminoforlarının işlənib hazırlanması, onların tətbiq sahələrinin aşkar edilməsi, neft məhsullarında fotokimyəvi proseslərin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Yüksək keyfiyyətli neft lüminoforları alınmış və onların tətbiq sahələri müəyyən edilmişdir.
Neft məhsullarında geniş temperatur intervalında (77-540 K) fotokimyəvi proseslərin elementar mərhələlərinin mexanizmi verilmişdir.
Katalitik krekinqin qazoylu və ağır piroliz qətranı əsasında alınmış lüminoaorlarda aromatik karbohidrogenlərin struktur-qrup tərkibi təyin edilmiş və göstərilmişdir ki, krekinq təbiətli lüminoforlarda xətti və perikondensə edilmiş benzol həlqələri olduğu halda piroliz təbiətli lüminoforlarda yalnız atsenlər mövcuddur.
Alınmış lüminoaorların fotostabilliyi öyrənilmiş və piroliz təbiətli lüminoforların böyük stabilliyə malik olması göstərilmişdir.
Lüminoforlarda dönər və dönməyən xarakterli fotooksidləşmə prosesləri öyrənilmiş və dönər fotokimyəvi proseslərin ancaq üç və daha yüksək həlqəli atsen olan lüminoforlara xas olması aşkar edilmişdir.
Lüminoforların effektiv işıq enerjisi və üzvi birləşmələrin parçalanmasında fotosensibilizator kimi xassələri aşkar edilmiş və bu proseslərin müvafiq olaraq bir- və ikikvantlı mexanizmi üzrə baş verməsi müəyyən edilmişdir.
Lüminoforlarda nazik zolaqlı termokimyəvi lüminessensiya müşahidə edilmiş və bu prosesdə əmələ gələn yeni kristal səthlərinin katalitik aktivliyə malik olması göstərilmişdir.
Alınmış lüminoforlar polimer maddələr üçün lüminessent boyalar və kapilyar defektoskopiyada penetrant kimi təklif edilmişdir.