az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 902280 (439)

Email:

ipcp@baku-az.net

Struktur bölmənin rəhbəri:

Eldar Bahadur oğlu Zeynalov
Kimya elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Fərdi və neft karbohidrogenlərinin oksidləşmə proseslərinin tədqiqi. Karbon və neft turşularının, eləcə də digər qiymətli oksigen saxlayan törəmələrin sintezi və tətbiqi. Fullerenlərin, katalitik və antioksidativ sistemlərin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri:

Neft karbohidrogenlərinin maye fazada oksidləşmə proseslərinə dair yeni elmi istiqamət yaradılmışdır. Müxtəlif yağ, naften, naften-aromatik, oksiturşuların və efirturşularının alınma texnologiyası işlənib hazırlanmışdır. Bu işlər əsasında  bir sıra təcrübi-sənaye qurğuları layihələşdirilib işə salınmışdır.

İlk dəfə olaraq, naften karbohidrogenlərinin oksidləşməsi nəticəsində sintetik naften turşularının (SNT) alınması prosesi işlənib hazırlanmışdır. ABŞ, İngiltərə, Almaniya, Rumuniya və Yaponiya ölkələri tərəfindən bu prosesin patenti alınmışdır.

Naften karbohidrogenlərinin oksidləşməsindən alınan məhsulların xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunmasının kompleks sxemi işlənib hazırlanmışdır. SNT və onların duzları, təbii naften turşularını əvəz etməklə, sikkativ, lak, emulqator, kanifol, oksosintez üçün katalizatorun alınmasında, filizlərin çıxarılmasında və ayrı sahələrdə tətbiq üçün təqdim olunmuşdur.

Polimerlərin modifikasiyası sahəsində yüksək keyfiyyətli yeni plastifikatorların, plastifikator-stabilizatorların, həlledicilərin və yumşaldıcıların alinma prosesləri işlənib hazırlanmışdır. Plastifikatorlardan "Plastiazan-1" qazma texnikasında, "Plastiazan-60" avtomaşınların hissələrinin hazırlanmasında, "Plastiatan-1,15/1,37" isə linoleum sənayesində tətbiq edilmişdir. EPST tipli plastifikator-stabilizatorlar elektron sənayesində, kompaundların və elektrik istilik keçiricilik xassəsənə malik olan yapışqanların resepturasında istifadə edilmişdir.

İlk dəfə olaraq Azərbaycanda yeni cilalayıcı polimer kompozisiyası yaradılıb. Bu kompozisiya "Toşibo" Yapon firmasının analoqunu əvəz edərək Bakı Məişət Kondisionerləri Zavodunda tətbiq edilmişdir.

Təbii dərilərin və xəzlərin yağlanmasında, yeni səmərəli maddələr kimi JM tipli maddənin və eləcə də texniki zeytun yağınln alınma prosesləri işlənib hazırlanmışdır.

Kiçik molekullu C1-C4 yağ turşuları silos istehsalında konservator və taxılın ziyanvericilərinə qarşı mübarizə maddələri kimi ilk dəfə təqdim edilmişdir.

Zeytun yağının alınmasının yeni, daha sadə texnologiyası işlənib hazırlanmışdır. Görülən işlərin nəticəsi olaraq Bakı Konserv Zavodunda qurğu qurulmuş və işə salınmışdır.

Yeni tipli səthi-aktiv maddələr alınmış və neftin hasilatını yüksəltmək məqsədi ilə neft və qaz buruqlarının turşu tərkibli maddələrinin əvəzedicisi kimi, sənaye tullantısı sayılan qazların uducusu, həlledicisi və s. maddələrin istehsalatında istifadə olunmuşdur.

Model oksidləşmə reaksiyaları vasitəsə ilə mürəkkəb kompozisiyaların - neftlərin, polimerlərin tərkibində olan antioksidantların təsir mexanizminin kinetik təsviri təyin edilmişdir. Bu işlər nəticəsində ilk dəfə olaraq bəzi antioksidantlara dair məlum olmayan parametrlər tapılmışdır.

İlk dəfə karbohidrogenlərin oksidləşmə reaksiyalarında fullerenlər C60 və C60/C70-in rolu tədqiq edilmişdir.

Görülən işlərin nəticələri 600-dən çox elmi əsərdə, patentlərdə və 11 monoqrafiyada əks etdirilmişdir.