az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuPolifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası

Tel.:

(994 12) 4902280

Struktur bölmənin rəhbəri:

Nazil Fazil oğlu Canibəyov
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Tərkibində müxtəlif heteroatomları olan kompleksonların və onların əsasında metalkompleks birləşmələrin sintezi və polimerlərə, motor yağlarına, yanacaqlara stabilləşdirici əlavələr, olefin və dien karbohidrogenlərinin çevrilmə prosesləri üçün bifunksional katalizator-stabilizatorların işlənib hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Tərkibində müxtəlif  liqandlar və xelat qovşaqları saxlayan metal kompleks birləşmələrin sintez üsulları işlənib hazırlanmışdır. Nikel ditiofosfatlar əsasında poliolefinlərin qocalmasına qarşı yeni tip polifunksional stabilizatorlar yaradılmışdır. Bu stabilizatorlar əsasında yeni növ polietilen kompozisiyası və  örtük işlənib hazırlanmış və sənayedə tətbiq edilmişdir  "Stanaz" adlı stabilizator əsasında yaradılmış universal polietilen örtüyü kənd təsərrüfatında aqrotexniki qurğularda istifadə olunmuşdur. Nikel və sink ditiofosfat birləşmələri motor yağlarında antioksidant, korroziya inhibitoru kimi istifadəyə tövsiyə edilmişdir.

Nikel və kobalt ditiofosfatlar aşağı və yüksək molekul çəkili polibutadienlərin  alınmasında yüksək aktivliyə və selektivliyə malik katalizator sisteminin komponenti kimi və eyni zamanda son məhsulun stabilizatoru kimi sənayedə istifadə edilməyə tövsiyyə olunmuşdur.