| Tel.: | (994 12) 4902012 |
|
| Faks: | (994 12) 4903520 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: | Azər Əli Bala oğlu Qasımov |
|
| İşçilərin ümumi sayı: | 12 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Dehidrogenləşmə proseslərinin və onlar üçün katalizatorların işlənib hazırlanması, olefintərkibli qazlarda olan karbohidrogenlərin açıq rəngli neft məhsullarına çevrilməsi proseslərinin işlənməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Katalitik krekinq prosesi üçün "qaynar lay" texnologiyası yaradılmış, bunun əsasında Bakı NEZ-da iri sənaye İ-B və İ-A tipli qurğular quraşdırılmışdır. Proses üçün yüksək keyfiyyətli alümosilikat katalizatoru yaradılmışdır. Monoolefinlərin alınması məqsədi ilə C3-C5 parafin karbohidrogenlərinin dehidrogenləşməsi üçün dünyada ilk dəfə olaraq kiçikdispersli K-5 katalizatorunun qaynar layında katalitik dehidrogenləşməsi prosesii işlənib hazırlanmışdır. Bu prosesin sənayedə tətbiqi divinilin istehsalında istifadə olunan etanolun həcminin kəskin dərəcədə azalmasına səbəb olmuşdur. Bu proses keçmiş Sovet İttifaqının bir çox şəhərlərində - Sumqayıtda, Kuybışevdə, Omskda və Rumıniyada sintetik kauçuk zavodlarında əeniş tətbiq olunmuşdur. Sintetik yuyucu maddələrin istehsalında xammal kimi işlənilən C9 -C14 xətti olefinlərinin alınmasını təmin edən C9-C14 parafin karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşdirilmə prosesi işlənib hazırlanmışdır. Sənaye katalizatorlarının iştirakı ilə C4-C5 karbohidrogenlərinin uyğun dien karbohidrogenlərinə dehidrogenləşmə prosesinin yaradılması sahəsində orijinal tədqiqatlar aparılmışdır. Akril və epoksi birləşmələrinin əsasında yeni suda həll olan polimerlər alınmışdır. Para-tret-butilfenol və para-tret-oktilfenolun alınmasını təmin edən atmosfer təzyiqində maye fazada seolittərkibli katalizatorun iştirakı ilə fenolun izobutilen ilə alkilləşməsi prosesi işlənib hazırlanmışdır. Alınmış alkilfenollar neft-kimya və üzvi sintez sənayesində geniş tətbiqini tapmışdır. Onlardan səthi-aktiv maddələr istehsalında, sürtgü yağlarında aşqar kimi geniş istifadə edilir. İzobutilenin oliqomerləri ilə fenolun alkilləşməsi prosesinin texnologiyası işlənib hazırlanmışdır. Proses stasionar laylı katalizatorun iştirakı ilə pilot qurğusunda sınaqdan çıxarılmışdır. C2-C3 parafin karbohidrogenlərinin oksid və oksixlormanqan tərkibli katalizatorun iştirakı ilə oksidləşdirici cevrilmələrinin qanunauyğunluqları öyrənilmişdir. Katalizatorun selektivliyinə natriumin təsiri və olefinlərin yüksək çıxımını təmin edən optimal tərkib təyin edilmişdir. Müxtəlif oksid katalizatorlarının iştirakı ilə metanın, etanın, propanın karbondioksidlə çevrilmə reaksiyalarının əsas qanunauyğunluqları öyrənilmişdir. Prosesin optimal şəraiti kinatik qanunauyğunluqları, mexanizmi və kataliz prosesində CO2-nin istifadəsinin imkanları öyrənilmişdir. Etilenin, propilenin xətti və tsiklik oliqomerlərin, butadienin, izoprenin istehsalı üçün yeni effektiv proseslər və katalizatorlar yaradılmışdır. Yeni bifunksional katalizator-stabilizatorlar və onların əsasında aşağı və yüksəkmolekullu polibutadien istehsalı üçün yeni, ekoloji cəhətdən təhlükəsiz texnologiya işlənib hazırlanmışdır. Son illər laboratoriyada hazırlanmış oksid katalizatorların iştirakı ilə propanın və izobutanın dehidrogenləşmə proseslərinin yaradılması istiqamətində tədqiqatlar aparılır. Oksid katalizatorları termovakuum şəraitində hazırlanırlar. Bu üsulla sintez olunmuş katalizatorların fiziki-kimyəvi tədqiqi katalizatorun tərkibində olan, dehidrogenləşmə reaksiyasının gedişində böyük rol oynayan və məqsədli məhsulun yüksək çıxımını təmin edən K2Cr2O7 kompleks birləşmələrinin miqdarını təyin etməyə imkan verir. Laboratoriyada Ni, Cr, Bi metalları ilə modifikasiya olunmuş və g-Al2O3 əlaqələndiricisi olan seolittərkibli katalizatorlar işlənib hazırlanmışdır. Bu katalizatorlar eyni zamanda parafin karbohidrogenlərinin olefin karbohidrogenlərinə dehidrogenləşməsi reaksiyasının və olefin karbohidrogenlərinin oliqomerləşmə reaksiyasının həyata keçirilməsinə imkan verir. Bu ardıcıllıqla gedən reaksiya nəticəsində xüsusi reaktorlar cütündə C3H8-dən maye məhsullar alınır. Maye məhsulların çıxımı ilkin C3H8-ə görə 60-70%-dir. Katalitik krekinq qazlarının tərkibində olan (PPF və BBF) karbohidrogenlərin seolittərkibli sənaye katalizatorlarının iştirakı ilə maye məhsullara çevrilməsi prosesinin texnoloji sxemi hazırlanmışdır və geniş tədqiqatlar aparılmışdır. Bu prosesdə istifadə olunan katalizatorlarda əlaqələndirici kimi gildən istifadə olunmuşdur. Tədqiqatlar stasionar laylı katalizatoru olan reaktorda aparılmışdır. Reaksiyada alınan maye məhsullarının çıxımı xammalda olan olefinlərin cəminə görə 150-160%, motor üsulu ilə müəyyən edilmiş oktan ədədi 80-82, tədqiqat üsulu ilə 90-92, başlanğıc qaynama temperaturu 600C, son qaynama temperaturu 2200C-dir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011