az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 04.05.1951
Təhsili: V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya müəllimi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.15 - Kimyəvi kinetika və kataliz
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 141
Xaricdə çıxmış elmi əsərlərin sayı: 88
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4
Əsas elmi nailiyyətləri:

Cütləşməmiş spini olan paramaqnit təbiətli komplekslərin, radikalların, mərkəzlərin quruluşunun və reaksiyayagirmə qabiliyyətinin, onların iştirakı ilə gedən katalizin, xüsusi ilə nikel, mis, palladium, vanadium, molibden, volfram və reniumun paramaqnit komplekslərinin quruluşu, reaksiyayagirmə qabiliyyəti, onların katalizator kimi xassələrinin, üzvi radikalların- metil-, etil-, allil radikallarının və O-, O2- ion-radikallarının oksid səthlərində kimyasının və onların iştirakı ilə katalizin, metanın ifratkeçirici oksid kontaktlar üzərində "in situ" şəraitində termiki və fotokimyəvi çevrilmə reaksiyalarının mexanizminin tədqiqi üzrə əsaslı işlər aparılmışdır.

Re-Al metalüzvi sistemlərdə reniumun karben tipli ilk paramaqnit kompleksinin eksperimental təsdiqi verilmiş, onun katalitik sistemdə quruluşu və çevrilmə mexanizmi öyrənilmişdir, oksid kontaktlar üzərində allil radikalı identifikasiya olunmuş və propenin katalitik dehidrodienləşmə reaksiyasının mexanizmi verilmişdir.

Neft Kimya Prosesləri İnstitutunda onun təşəbbüsü ilə katalizator və katalitik reaksiyaların spektroskopik metodlarla tədqiqi laboratoriyası yaradılmış, katalitik aktiv mərkəzlərin identifikasiyasına, reaksiyayagirmə qabiliyyətinin və onların iştirakı ilə gedən reaksiyaların mexanizminin tədqiqinə imkan verən, spektroskopik (ESR, MS) və adsorbokinetik metodların birgə tətbiqinə əsaslanan eksperimental qurğu qurulmuş, maqnit-rezonansı parametrlərinin optimizasiyasının aparılması ilə hesablanması üçün kompüter proqramları hazırlanmışdır. 

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 9
Əsas elmi əsərlərin adları:
  1. Silica-Immobilized Binuclear Chromium-Molybdenum Complexes // React. Kinet.Catal. Lett. ,1983, vol. 22, No3-4, pp. 345-353.

  2. Исследование термического разложения парамолибдата аммония и молибденовой  кислоты методом ЭПР // Докл. АН СССР, 1985, т.283.

  3. Contribution of One Electron Acceptor Centers of Oxidative Dimerization of Methane // React. Kinet. Catal. Lett.,1987, vol. 34, No1, pp. 51-55.

  4. Парамагнитные интермедиаты в каталитических системах циглеровского типа. Реакции азо-, азометиновых комплексов  Ni(II) с Et2AlCl // Коорд.химия,1987, т.13, вып.6

  5. Catalytic Degradation of Polyolefinуs Under the Action of Friedel-Crafts Catalysts in Solution // Acta Polymerica, 1990, vol. 91, No4, pp. 226-229.

  1. Preparation and Investigation of Catalytic Properties of Superconducting Oxides//Soviet-German Bilateral Seminar on Rare-Earth Materials, September, 1991, Kazan (Russia).

  2. Photostimulated Reaction of Nitric Oxide with Methane over YBa2Cu3O7-d // 3-rd Intern. Symposium and Exibition on Environmental Contamination in Central and Eastern Europe, Warsaw'96, 1996.

  3. A Combined ESR and Mass-Spectroscopy Study of Methane Interaction with High Temperature Superconductors YBa2-xSrxCu3O7-d // 1-st Asia-Pacific EPR/ESR Symposium, Hong Kong, January, 1997.

  4. Превращение метана в бензол на Re,Pt-содержащих катализаторах //Процессы нефтехимии и нефтепереработки, 1 (8) 2002.

  5. Природа каталитически активных центров H/D обмена в реакции CH4+D2 на Pt- Re- содержащих оксидных катализаторах // Процессы нефтехимии и нефтепереработки, 3 (22) 2005, c.81-91.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlxalq Maqnit rezonansı cəmiyyətinin üzvü, Rusiya Petrov Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, Avropa Birliyinin Tempus-Tasis komitəsi tərəfindən maliyyələşdirilmiş (1999-2001) ekologiya üzrə magistr səviyyəsində ixtisasçıların hazırlanması layihəsi qrupunun üzvü, Tasisin "Cənubi Qafqazın su hövzələrinin ekoloji monitorinqi" layihəsinin Azərbaycan tərəfdən eksperti (2002-2004)
Elmi-təşkilatı fəaliyyəti:

Azərbaycan Prezidentinin yanında Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1994-2000) və elmi katibi (1998-2000), Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiyaların müdafiəsi şurasının üzvü, NKPİ-nin Elmi Şurasının üzvü

Pedaqoji fəaliyyəti: 1978-1990, 1998-2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya və fizika fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, spektral metodların kimyaya tətbiqi, YMB fizikası, neft fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
İş yeri və ünvanı:

AMEA-nın Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30

Vəzifəsi: "Kataliz problemlərinin spektroskopik metodlarla tədqiqi" laboratoriyasının müdiri
Xidməti tel.: (994 12)  4902476
Ev tel.: (994 12) 4414875
Mobil tel.: (994 50) 3248764
Faks: (994 12) 4903520
Elektron poçtu: anipcp@dcacs.ab.az