| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Quba r-u, Xucbala kəndi | ![]() |
|
| Təvəllüdü: | 05.05.1946 | ||
| Təhsili: | Azərbaycan Dövlət Universiteti, kimyaçı, kimya müəllimi | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Baş elmi işçi | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 120 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 44 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: |
16 müəlliflik şəhadətnaməsi, 4 patent |
||
| Əsas elmi nailiyyətləri: |
Aparılmış kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasında olan doymamış karbohidrogenlər əsasında alınan müxtəlif tərkib ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni reaksiyaya qabil sooliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, belə sooliqomerlər yüksək reaksiyaya qabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunurlar. Buna əsaslanaraq bu sooliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir. Hal-hazırda aşağı polidiispersliyə malik, yüksək fiziki-mexaniki göstəriciləri-istismar xassələri ilə fərqlənən polimer materialların alınması sahəsində tədqiqat işləri aparılır və nitroksil tipli iniferter-4-karboksiamidin-2,2, 5,5-tetramitilpirrolidin-1-oksil iştirakı ilə stirolun polimerləşməsi, metakril turşusunun bir sıra efirləri ilə sooliqomerləşməsi prosesinin "canlı" radikal mexanizmilə getdiyi müəyyən olunmuşdur. Ekoloji zərərsiz istehsal, emal texnologiyalarının yaradılmasının ən perspektiv üsullarından biri-ion maye həlledicilərindən istifadə etməklə yağ, yanacaq fraksiyalarının təmizlənməsi sahəsində tədqiqatlar əsasında mövcud ekstraksiya üsulları ilə müqayisədəd bir sıra üstünlüklərə malik təmizləmə metodu işlənib hazırlanmışdır. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 33 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Pedaqoji fəaliyyəti: |
NKPİ-nin nəzdində 02.00.13 - Neft kimyası, 05.17.07 - Yanacaq və qazın kimya texnologiyası ixtisasları üzrə D. 01.031 Dissertasiya Şurasının elmi katibi, 02.00.06 - Yüksək molekullu birləşmələr ixtisası üzrə Dissertasiya Şurası nəzdində Elmi Seminarın üzvü, NKPİ-nin Elmi Şurasının üzvü, AMEA Kimya Elmləri Bölməsi nəzdində yüksək molekullu birləşmələr ixtisası üzrə Problem Şurasının üzvü |
||
| İş yeri və ünvanı: | AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 | ||
| Vəzifəsi: | "Funksional oliqomerlər" laboratoriyasının müdiri | ||
| Xidməti tel.: | (994 12) 4903510 | ||
| Ev tel.: | (994 12) 4325533 | ||
| Faks: | (994 12) 4903520 | ||
| Email: | anipcp@dcacs.ab.az | ||

