az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Mineral Xammalın Kompleks Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu (MXKE Tİ XKTB)

Ünvan:

AZ1149, Azərbaycan Respublikası, Bakı ş., Hüseyn Cavid pr. 31

 

Tel.: (994 12) 4975965
Faks: (994 12) 4975965
Email: sdeo@azdata.net
Direktor:

Qəhrəman Söyün oğlu Həsənov
Tel.: (994 12) 4975965  Faks: (994 12) 4975965
Email: sdeo@azdata.net

Direktor müavinləri:

Vaqif Qədir oğlu Vəliyev

Tel.: (994 12) 4975965

Baş mühəndis: Fuad Zeynaloviç Abdullayev
Tel.: (994 12) 4975965
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Təşkilatın elmi texniki fəaliyyətiniin əsas istiqamətlərini mineral və təbii xammalın emalı, sənayedə istifadə üçün yeni növ maddə və materialların alınma texnologiyalarının işlənməsi, istehsalı təşkil ediləcək proseslərin layihə-konstruktor və normativ texniki sənədlərinin hasırlanması, yeni qurğuların tikintisi və montajı və yeni texnoloji proseslərin təcrübi və təcrübi-sənaye miqyasında istehsala tətbiqi təşkil edir.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Xəzər dənizində saturasiya işlərində dalğıcların normal iş fəaliyyətini təmin etmək üçün əhəngli kimyəvi uducu («ƏKU») maddəsinin alınma texnologiyasının işlənməsi və onun istehsala tətbiq edilməsi. Abşeron yarımadasının neftləçirklənmiş torpaqlarının neftdən təmizlənməsinin sənaye miqyasında texnologiyasının işlənməsi və maliyyələşdirmək üçün məhsuldarlığı 600 ton/sutka olan qurğunun texniki iqtisadi göstəricinin hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetində təqdim edilməsi.
Neftin hasilatı və çıxarılması zamanı Kür-Araz ovlağının Şərq hissəsində və Əli-Bayramlı şəhərinin yaxınlığında yerləşən «Qara-SU» Beynəlxalq Şirkətə məxsus sahələrdə yaranmış 2000 tondan yuxarı qazma şlamlarının təmizlənməsi və zərərsizləşdirilməsinin təssərüfat müqaviləsi əsasında icrası.
Avropa Birliyinin İNTAS Proqramı çərçivəsində «Metall oksidlərinin nanokompozitləri: qaza həssaslıqla əlaqədar onların sintezi və göstəriciləri» (layihə «0066-2001») mövzusu üzrə beynəlxalq qrantın alınması və onun uğurla icrası.
Ukrayna Elmi Texnoloji Mərkəzinin «Nəqliyyat qəzaları, hərbi konfliktlər və terror aktlarının ekoloji nəticələrini aradan qaldırmaq üçün effektli texnologiya və avadanlıq hazırlanması» (layihə № 3322) mövzu üzrə beynəlxalq qrantının alınması və onun icrası.
Tekstil, xalçaçılıq və yeyinti sənayesində istifadə edilən bitki mənşəli təbii boyaq maddələrinin alınması texnologiyasının işlənməsi ismtiqamətində əldə edilmiş nəticələri.
Elektron sənayesində planar texnologiyada inteqral sxemlərin və yarımkeçirici cihazların istehsalında istifadə edilən üzvi birləşmələr əsasında işığa həssas maddələrin (fotorezistlərin) alınma texnologiyasının işlənməsi, təcrübi sənaye miqyasında istesalının təşkili və istehsalata tətbiq edilmişi.
Aviasiya sənayesində uçuş məlumatlarının avtomatiq qeydedicilərini («Qara qutu») qorumaq üçün oda və istiliyə davamlı materialların alınma texnologiyasının işlənməsi və istehsala tətbiq edilməsi.
 

Təşkilatın tarixi haqqında qısa məlumat:

AMEA-nın MXKE Tİ XKTB Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 iyun 322 saylı sərəncamı və Azərbaycan Elmlər Akademiyasınınnın Rəyasət Heyətinin 1981-ci il 30 iyun 30 saylı qərarı əsasında yaradılmışdır.

Təşkilatın işçilərinin ümumi sayı:

55

Təşkilatın struktur bölmələri:

Elmi texniki və patent şöbəsi
Layihə konstruktor şöbəsi
1 №li texnoloji şöbə
2 №li texnoloji şöbə
3 №li texnoloji şöbə
4 №li texnoloji şöbə
5 №li texnoloji şöbə
6 №li texnoloji şöbə
Təcrübə-istehsalat şöbəsi

                                                                                    Elmlər doktorları