az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
03.06.2014, 15:45
AMEA Botanika İnstitutunun əməkdaşları Azərbaycan florasında yeni növ aşkarlayıblar

AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, doktorant Arzu HüseynovaBitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Naibə Mehdiyeva Quba rayonunun Cek və Qaleyxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı fərqli növ aşkarlayıblar. Növün təyinatı üçün müasir metodlardan istifadə nəticəsində elm üçün Centauera cinsinə aid yeni növ müəyyən olunub. Bu növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.

Bununla əlaqədar olaraq Sankt-Peterburqun (Rusiya) “Elm” nəşriyyatının Botanika jurnalında “Azərbaycandan Sentaurea cinsi üçün yeni növ” (“Новый вид рода Sentaurea (Asteraceae) из Азербайджана”) başlıqlı məqalə dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

E-MAİL

ELANLAR
ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI