az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
06.09.2012, 14:11
Doktoranturaya qəbul planı təsdiq edildi

Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və digər təşkilatlarında 2012-ci il üçün yüksəkixtisaslı kadr hazırlığı üzrə qəbul planı AR Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Qəbul planına əsasən, ümumilikdə doktorantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 288 yer (158 əyani, 130 qiyabi), elmlər doktoru hazırlığı üzrə 110 yer (26 əyani, 84 qiyabi), dissertantura yolu ilə fəlsəfə doktoru hazırlığı üzrə 279 yer, elmlər doktoru hazırlığı üzrə isə 137 müəyyən olunub.

Qeyd edək ki, doktoranturaya sənəd qəbulu elan dərc edildiyi gündən etibarən oktyabrın 1-dək davam edəcək. Doktoranturaya qəbul imtahanları isə oktyabr ayının 10-dan başlayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

E-MAİL

ELANLAR
MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ