az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
18.01.2007, 15:06
AMEA Rəyasət Heyətinin iclası

17 yanvar 2007-ci il tarixdə AMEA Rəyasət Heyətinin iclası keçirildi. İclasa AMEA-nın elmi müəssisələrinin rəhbərləri, gündəlikdəki məsələlərə aidiyyatı olan alim və mütəxəssislər dəvət olunmuşdular.

İclasın əsas məsələsi AMEA Kimya Elmləri Bölməsinin (KEB) illik hesabatı idi.

İclasdan əvvəl Bölmənin institutları tərəfindən cap olunmuş kitab və elmi jurnalların sərgisi təşkil olunmuşdu.

İclası giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akad. Nəriman Quliyev açdı. Sonra iclas iştirakçıları bir dəqiqəlik sükutla "20 Yanvar" faciəsinin qurbanlarını yad etdilər.

AMEA Rəyasət Heyətinin elmi katibi fil.e.n. Sərxan Xavəri iclas iştirakçılarını Nazirlər Kabineti tərəfindən ünvanlanmış 13 yanvar 2007-ci il tarixli 11/6-4 saylı məktubun məzmunu ilə tanış etdi. Məktubda deyilir: "20 Yanvar faciəsinin 17-ci ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq 15-19 yanvar tarixlərində respublikanın bütün idarə və təşkilatlarında 20 Yanvar gününün Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd olunması ilə əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulsun."

Daha sonra AMEA KEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Ayaz Əfəndiyev Bölmənin 2007-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məruzə etdi. O bildirdi ki, Bölmənin institutlarında 17 problemi əhatə edən 39 mövzu üzrə iş aparılmış və fundamental tədqiqatlar sahəsində 22 mühüm nəticə əldə edilmişdir. AMEA-nın müxbir üzvü A.Əfəndiyev, həmçinin qeyd etdi ki, tamamlanmış elmi-tədqiqat işlərinin istehsalata tətbiqi üzrə 11 iş aparılmış, 6 iş istehsalata tətbiq olunmuşdur. O, cari ildə Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-sənaye zavodunda 7 yeni texnoloji qurğu və sahənin işə salındığını önə çəkdi. Hesabat ilində Bölmənin institutlarının əməkdaşları tərəfindən 8 doktorluq və 12 namizədlik dissertasiyası müdafiə edilmiş və 29 nəfər aspiranturaya qəbul olunmuşdur. Natiq qeyd olunanlarla yanaşı, 2006-cı ildə kimyaçı-alimlər tərəfindən hazırlanmış 10 kitabın işıq üzü gördüyünü, 430 məqalə və tezisin (148-i xaricdə) nəşr olunduğunu və 16 patent alındığını da bildirdi. Çıxışının sonunda AMEA-nın müxbir üzvü A.Əfəndiyev hesabat ilində Bölmənin 2 ümumi yığıncağının və büronun 13 iclasının keçirildiyini qeyd etdi və Bölmə institutlarının işində bir sıra çatışmazlıqlar və problemlərin də olduğunu vurğuladı.

Akademiklər Musa Rüstəmov, Məhərrəm MəmmədyarovNadir Seidov, AMEA-nın müxbir üzvləri Vaqif FərzəliyevYavuz Rüstəmov çıxış edərək Bölmənin illik fəaliyyətini qənaətbəxş hesab etdilər.

E-MAİL

ELANLAR
H.CAVİDİN EV MUZEYİ