| Tel.: | (994 12) 5398719 |
|
| E-mail: | ||
| Struktur bölmənin rəhbəri: | Səyyar Həbib oğlu Abdullayev |
|
| İşçilərin ümumi sayı: | 9 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
İKT-nin tətbiqi və inkişafında səmərəliliyin
artırılmasının elmi-nəzəri əsaslarının
araşdırılması; Müasir informasiya texnologiyalarının imkanlarını nəzərə almaqla konkret proseslər üzrə əsaslandırılmış qərarlar qəbul etmək məqsədilə zaman sıralarının kompleks təhlilinin aparılması;
Verilənlərin testləşdirilməsi, statistik və proqnoz xarakteristikalarını hesablamaq üçün modelin seçilməsi qaydalarının işlənilməsi;
Ətraf mühitin müxtəlif prosesləri və hadisələrinin tədqiqi üçün modellərin keyfiyyətinin artırılmasında səmərəlilık meyarlarının araşdırılması;
Proqram təminatının (PT) işlənib hazırlanması prosesində meydana çıxan problemləri müəyyənləşdirilir onların təhlili, həlli yolları araşdırılır və tədqiq olunur. Proqram mühəndisliyinin (PM) ən vacib vəzifələrindən biri sayılan münasib xərclə, qısa müddət ərzində keyfiyyətli proqram təminatının yaradılmasının təmin olunması üçün müxtəlif metodologiya, model və metodlar araşdırılır, tədqiq və tətbiq olunur. PM ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün yaradılan müxtəlif kurslar, proqramlar, layihələr və tövsiyələr külliyyatı araşdırır və tədqiq olunur. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Dünya ölkələrində dövlət idarəçiliyi və iqtisadiyyatın inkişafı üçün İKT-nin istifadəsinin təhlili verlmişdir.
İKT-nin tətbiqi və inkişafında səmərəliliyin
artırılmasının elmi-nəzəri əsasları
araşdırılmışdır; Konkret proseslər üzrə əsaslandırılmış qərarlar qəbul etmək məqsədilə zaman sıralarının kompleks təhlili aparılmışdır;
Verilənlərin testləşdirilməsi, statistik və proqnoz xarakteristikalarını hesablamaq üçün modelin seçilməsi qaydaları işlənilmişdir;
Ətraf mühitin müxtəlif prosesləri və hadisələrinin tədqiqi üçün modellərin keyfiyyətinin artırılmasında səmərəlilık məsələləri araşdırılmışdır;
PM problemlərinin müəyyənləşdirilməsi, təhlili və onların həlli yollarının araşdırılması, müxtəlif metodologiya, model və metodların tədqiq və tətbiq olunması və bu ixtisas üzrə mütəxəssislərin hazırlanması daha keyfiyyətli proqram təminatının yaradılmasına imkan verir. "Elmi fəaliyyətdə İKT-nin tətbiqi monitorinq informasiya sistemi"nin müşaiyəti respublikanın elmi işlərlə məşğul olan idarə, təşkilat və müəssisələrinin fəaliyyətinin şəffaflığını təmin edəcək, aparılan tədqiqatların yerinə yetirilməsini sürətləndirəcək elmi təşkilatların, kollektivlərin və alimlərin qarşılıqlı sıx əlaqəsinə imkan yaradacaqdır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011