az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5102968

E-mail:

depart4@iit.ab.az

Struktur bölmənin rəhbəri: Rəşid Qurbanəli oğlu Ələkbərov
Texnika elmləri üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı:

22

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Şöbə şəbəkə infrastrukturunun genişləndirilməsi, şəbəkədə texniki və proqram xidmətlərinin həyata keçirilməsi və şəbəkənin normal fəaliyyətinin təmin edilməsi məsələləri ilə yanaşı aşağıdakı elmi mövzuların yerinə yetirilməsi ilə də məşğul olur:

- Azərbaycan Milli Elmlər Akademiyası korporativ şəbəkəsi istifadəçilərinə göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlərin işlənilməsi, yeni  proqram təminatlarının yaradılması;

- Veb-saytların analizi nəticəsində müəyyən edilmiş lazımi kontentin keş-serverlərdə CDN texnologiyasının tətbiqi ilə yerləşdirilməsinin optimallaşdırılması üçün model və alqoritmlərin işlənilməsi;

- Sutka ərzində əlaqə kanalının intensiv yüklənməsini təmin etmək məqsədilə İnternetdən istifadə vaxtının korporativ istifadəçilər arasında optimal bölünməsi üçün model və alqoritmlərin işlənilməsi;

- Müəyyən göstəriciləri nəzərə almaqla İnternetə bağlantı sürətinin korporativ istifadəçılər arasında optimal paylaşdırılması üçün model və alqoritmlərin işlənilməsi;

- Şəbəkənin idarə edilməsinin və istifadəçilərin işinə nəzarətin təkmilləşdirilməsi, şəbəkəyə qoşulmuş kompyuterlərin Qeydiyyat və İdentifikasiya sisteminin yaradılması nəticəsində İnternet xidmətlərinin səmərəliliyinin artırılması.

-   AzScienceNet Elm kompyuter şəbəkəsinin modernizasiya işləri,

-   Tədris-İnnovasiya Mərkəzində audio-video konfrans sisteminin yaradılması işləri,

-   Tədris-İnnovasiya Mərkəzində vidionəzarət sisteminin yaradılması işləri,

-   Verilənlərin emal mərkəzinin arxitekturasının layihələndirilməsi işləri.

Struktur bölmənin əsas elmi nəticələri: İnternet və Web texnologiyalarının tətbiqinə əsaslanan AMEA Intranet şəbəkəsi yaradılmış, şəbəkə istifadəçilərinin iş rejiminin vaxt bölgüsünə görə optimal təşkil edilməsi üçün metod işlənmiş və tətbiq edilmişdir. Yeni proqram təminatlarının tərtib edilməsi, uyğun əməliyyatçı sistemlərin tətbiq edilməsi nəticəsində şəbəkə serverinin, əlaqə kanallarının səmərəli istismarına və abonentlərin qəbul etdiyi informasiya miqdarına nəzarət sistemi yaradılmış, statistik analiz nəticəsində qəbul edilmiş qərara əsasən Veb saytların qəbuluna qadağa qoyulması, onların keşləşdirilməsi və "güzgü server"inin yaradılması üçün metod, alqoritm və uyğun proqram təminatı işlənib hazırlanmışdır.